Edebiyyat.az » Poeziya » Mərahim Nəsib - şeirlər

Mərahim Nəsib - şeirlər

Mərahim Nəsib - şeirlər
Poeziya
nemət
Müəllif:
09:46, 30 iyul 2019
1 876
0
Mərahim Nəsib - şeirlər


 Bu fəsil də gəlmədin, 
 Yolda qoyub gözümü.
 Elə çıxıb getmisən,
 Bitirməmiş sözümü.

Denən görüm necədir, 
 Hər gün mətbəx həyatı?
 Vallah çox yorulmuşam, 
 Qınamaqdan saatı.

Günəş əvvəlki kimi, 
 Qürub etmir deyəsən?!
 Üşüyürəm yayda da, 
 Sən ömürdən gedəndən.

Hər gün fikirləşirəm, 
 Tör-töküntü  otaqda.
 
Daha vermir rahatlıq, 
 Bezdirdiyim yataq da.

Qurumuş ağac kimi, 
 Donub əlim, qollarım.
 Gözləri mənim kimi
 yolda qalsın yolların.

Gəlib sevindir məni, 
 Vaxtın olanda hərdən.
 Hər gün yıxılıram mən, 
 Tutduğum eyni yerdən.

***

Çarmıxa çəkilən köləyəm indi, 
 Hər gələn, hər gedən daş atır mənə.
 Əllərim dəmirdə, başımda məftil, 
 Bu qandan, dəmirdən nə çatır mənə?

Boğazım üzülür, boynum bükülür,
 Titrəyir əllərim, ayaqlarım da.
 Günün istisində qan
ımla birgə,
 Dualar tökülür dodaqlarımdan.

Ürəyim ağrayır başımdan betər, 
 Gözümə neçə cüt baxış dikilib.
 Bəs mənim günahım nə idi ata
,
 Ömrümə bu qədər qarğış tökülüb
?!

Birazdan gələcəm yanına sənin, 
 Yer saxla dizinin dibində mənə.
 Düşünmə, çəkdiyim bu ağrının da,
 Şükrünü etmişəm bu günki günə.

Bilirəm, günahkar bilirsiz məni,
 Axı kim ömrümü yaşatsın mənə?
 Hazırsız hərəniz bir daş atmağa,
 Birinci ən məsum daş atsın mənə.

***

Gəl apar bu yerdən, bu evdən məni, 
 Eybi yox, apar as dar ağacından.
 Adam öləndə də qoy belə ölsün, 
 Gedib sallanasan nar ağacından.

Mən səndən ilk dəfə, sonuncu dəfə, 
 Bir şey istəyirəm bu son nəfəsdə.
 Mənim bir quşum var, gedərsən bizə, 
 Açıb buraxarsan onu qəfəsdən.

Qoy elə mənimlə, məhbus olan quş, 
 Uçsun azadlığa mənimlə birgə.
 Mən özüm bir dəfə gün görmədim-o,
 bu gündən gün görə göylərdə bəlkə.

Mən də qanadlanıb gedirəm belə,
 Torpaqdan, səmadan, səndən gedirəm.
 Kefini pozma heç, öləndə belə, 
 Hamı tək səndən də gendən gedirəm.

Bir dostum, tanışım olmayan bu an, 
 "Dostum" türküsünün fonunda ölüm.
 Bilirsən, nəhayət bacarıram mən, 
 Səni unuduram bu gündən gülüm.

Bu son vəsiyyətim, son istəyimdi, 
 Deyərsən ömrünü sildi bu adam.
 Edam kəndirində boğulmadı da, 
 Təklikdən boğulub öldü bu adam.

***

Qollarımda asılılıq yaradıbdı bədənin də,
 Çox ağrayır vaxtı keçmiş, toxunmamış sarılmaqdan.
 Barmaqlarım da göynəyir dəymədiyi
 dodaqlara,
 Ürəyim də fikir çəkir həsrətindən qırılmaqdan.

Gündüzün də gün işığı, gecənin də qaranlığı,

Saçlarının ağlarından işıq düşür...

Unuduram yavaş-yavaş yamanlığı,

Hələ getmir nəfəsinin sinəmdəki dumanlığı

Bezmək olmur hər dəfə də yanındakı yorulmaqdan.


Çıxan yerdən itmək olmur, batmaq olmur,

Varlığına şükr etdiyin adamları atmaq olmur.

Düzdü, səndən bezmək olmur, getmək olmur,

Amma adam bezir hərdən, öz-özündən, var olmaqdan.




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)