İosif Brodski ilə Oktavio Pasın söhbəti
Poeziya
Oktavio Pas: Əgər söhbət poeziyadan gedirsə…, poeziya əxlaqla bağlı olan bir nəsnədir.
İosif Brodski: Əlbəttə, ancaq onunla. Ancaq yenə də, necə olmasa da…
O. P: İctimai əxlaqla. Siyasi əxlaqla. Paund Mussolini ilə dostluq edirdi və bəzən də səfeh şeylər qaralayırdı, düzdürmü? İndi Nerudayla Araqonu götürək, onların vəziyyəti daha pis idi. Paund birbaşa adam idi, nə zaman dayanmaq lazım gəldiyini dəqiq bilirdi. Nerudayla Araqon isə dialektikaya inanırdılar, onlar Paundun bu şeirlərinə bənzəyən mətnlərini gizləyirdilər. Bu şeirlər bərbad gündəydi.
İ.B: Gəl, indi başqa bir adamı xatırlayaq. Məsələn, Marsialı. Bu şair yadındamı? Romalı.
O.P: Bəyəm o şair idi? Bizim poeziya haqqında təsəvvürlərimiz dəyişib ki…
İ.B: Oktavio, məncə, o, mükəmməl şair idi. Çox yaxşı, həm də.
O.P: Alovlu natiq. Satirik, özü də görkəmlisindən.
İ.B: Görkəmli epirqam ustası. Bu epiqramlarda gözəl poeziyanın oyandığı yerlər az deyildi. Sitat verə bilərəm. Razılaşaq ki, o heç də pis şair olmayıb, əksinə. Ancaq buna baxmayaraq o, bütün imperatorlarla, sarayla, yaxud o dövrdə hakimiyyət adına nə vardısa onunla dil tapa bilib. İnanılmaz dərəcədə boşqab dibi yalayan və lakey… Ancaq şair olaraq da qala bilib. Görünür, xristianlıq dövrüylə, necə deyim, bütpərəstlik zamanı arasında fərqlər var. Biz əxlaq deyəndə tam fərqli şeyi nəzərdə tuturuq, bizdə dəyişib hər şey. Məncə, Romada bu nəsnələrə münasibət bir belə ciddi olmayıb.
O.P: İcazə verin, razılaşmayım. Baxın: əvvəla, onlarda siyasi poeziya var idi. Yəni, Marisial korrupsiyanın tüğyan etdiyi dövrdə yazıb-yaradıb. Sonra, sinizm o zaman korrupsiyaya uğrayıb eybəcərləşmiş cəmiyyətə bir cavab idi. Bürokratik cəmiyyətdə sinizm verilməli cavablardan yalnız biridir. Ancaq məsələn, Bodler deyəndə ki, poeziya amoraldır, əxlaqsızdır, bunu nəzərdə tuturdu ki, poeziyanın əxlaqı fərqlidir – riyakarlarla, burjua əxlaqı ilə, yaxud on doqquzuncu əsrdə hakim olan xristian əxlaqı ilə müqayisədə daha yüksəkdir. Bunu anlayırsınızmı?
İ.B: Davam edək. Ancaq mən yenə də deyərdim (təkcə ona görə yox ki, əsrimiz məni bu kökə salıb, korlayıb): indi bizim yaramaz adlandırdığımız şairi mühakimə eləməyin ən yaxşı yolu onun əsərlərini çap eləməkdir. İstisnasız olaraq bütün şeirlərini. Nitq irad eləyibsə, hardasa, bunları da.
O.P: Bəli. Yaxşı ideyadır. Qoy ictimaiyyət özü mühakimə eləsin.
İ.B: İctimaiyyət. Elita yox.
Tərcümə edən: Cavanşir Yusifli

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ