Edebiyyat.az » Poeziya » Mərakeşli şairdən iki şeir (Yeni tərcümə)

Mərakeşli şairdən iki şeir (Yeni tərcümə)

Mərakeşli şairdən iki şeir (Yeni tərcümə)
Poeziya
nemət
Müəllif:
12:44, 07 noyabr 2019
2 354
0
Mərakeşli şairdən iki şeir (Yeni tərcümə)

                                    






                 Mərakeşdən qonaq misralar


     Mərakeşdə həm ərəbcə, həm ingiliscə şeirlər müəllifi Camal Eddin Benhayun Əbdülmalik Əssəadi Universitetinin İngilis dili və ədəbiyyatı şöbəsinin müdiridir. İngilis ədəbiyyatı və müqayisəli mədəniyyətşünaslıq üzrə professor un “Təhkiyə, naviqasiya və müstəmləkəçilik” kitabı 2006-cı ildə işıq üzü görmüşdü. O, ədəbi jurnal redaktoru kimi də fəaliyyət göstərir, Çin şairi Tianın şeirlərini ərəbcəyə tərcümə etmişdir. Camal Eddin 2019-cu il Bakıda keçirilən “LİFFT” festivalı iştirakçısı olmuş, Bakı haqqında təəssüratı diqqətimizi çəkmişdi: “Bakıda festivalda oxunan hər şeirdə başqa bir səs, tamamilə fərqli, amma inanılmaz dərəcədə rahatlaşdırıcı və yad mənaların bir-birinə hakim kəsildiyi səslər var idi. 






Fərqli və çətin dilləri dərk etmək asan deyildi. Amma şeirləri tərcümə etməyə heç bir ehtiyac yox idi. Söz dünyanın çoxdan qurulmuş və ortodoksal nüfuzunun üstündən xətt çəkmişdi. Sözün gücü heç bir məsuliyyət hiss etmədən  Xəzər dənizinin mifik aurası üzərindən şairlərə öz fikirlərini ötürməyə xidmət edirdi. Şeiriyyət danışıq dilindən istifadəyə ehtiyac duymadan, sözün əsl mənasında, bir-birimizlə əl sıxmağa,  qucaqlamağa, ünsiyyət qurmağa şərait yaratdı. Şairlərin dünyasından başqa heç bir yerdə dil mövcud ola bilməz. Biz –şairlər sözlərdən mənaları yox etmək üçün istifadə edirik, onları təxəyyül və daxili dünyamız ilə əlaqələndiririk...”. 

Ərəb və ingilis dilində yazıb-yaradan şairin ingilis dilindən tərcümə etdiyimiz iki şeirini təqdim edirik:



Tənhalıq aydır

Gecənin sonsuz qaranlığında.

Tənhalıq sənsən

Və mən səni axtarıram

Uzaqlarda

Məçhullarda...

Tənhalıq dənizdir

Duzsuz,

Su pərisiz,

Rəvayətsiz...

Tənhalıq qaçırılmış qayıqda

Qəzəbli dənizçinin yaraladığı

Topal albatrosdur.

Qəzəblə oxuyan xora bənzəyən

Kilsə zəngləriylə

Birgə səslənən 

Sonuncu duadır.

Tənhalıq 

Sənin soyuyan qədəhin,

Yoxluğumda boş vərəqlərdə

Cəng arabası tək 

Şütüyən düşüncələrim.

Sənin arzuların              

Rəssamın çəkə bilmədiyi rəsm,

Və əzilmişkətan yerinə

Ağacımız var bizim.



          


              ⃰  ⃰  ⃰


Daha gözəl bir həyat üçün 

Etdiyim dualar kimi

Asın ümidlərimi zeytun budaqlarından.

Həyat sürətlə axan çay kimi

Quru qayaları,

 Uzaqdakı çəmənləri yuyur.

Ayaqlarını coşğun sularda islatmaq istəyən

Qadınlara sevinc gətirir.

Təxəyyül okeanlarını seyr etmək üçün

Bir qayıq gözləyən uşağın ümidi,

Zamanın kandarında

Gözəlliyinə tamaşa edən

Qızın güzgüsü.

Uçuşan sərçlər üçün 

Maksimus sirki.

Qüsursuz yaradılmış

Kəpənəklər üçün rəqs meydançası.

Suyun səthində parlayan ulduzları 

Yenidən kəşf etməkdir həyat.

Ümidlərim qarderobda asılır

Bir bleyzer və ağ köynək arasında

Anı gözləyərək  vaxtı səpələyirəm

Sübh çağı səpələnən duman kimi.

Təzə, ətirli və canlandırıcıdır ümidlərim.

Zamanın yaddaşının alt rəfində

Saxlanılan sirdir

Hər ah, hər addımla gerçəkləşən.

Və hər arzuyla  xəyalımda yeni arzuların 

Şəklini çəkdim.

Ümidlərim sonsuzdur

Sərhədlərini aşan bir imperiya

Qədim suları və müqəddəs göyləri qucaqlayır.


Tərcümə: Günel Rəcəb

                        

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)