Edebiyyat.az » Poeziya » Nobel mükafatçısı Yorqos Seferisin şeirləri

Nobel mükafatçısı Yorqos Seferisin şeirləri

Nobel mükafatçısı Yorqos Seferisin şeirləri
Poeziya
nemət
Müəllif:
20:08, 07 noyabr 2019
1 792
0
Nobel mükafatçısı Yorqos Seferisin şeirləri




Yunan şairi, Nobel mükafatı sahibi Yorqos Seferisin şeirləri Əsl soyadı Seferiadis olan Yorqos Seferis Yunanıstanın görkəmli şairlərindən biridir. 1900-1971-ci illərdə yaşayıb-yaradıb. İxtisasca hüquqşünas olan şair 1957 – 1962-ci illərdə Yunanıstanın Böyük Britaniyadakı diplomatik nümayəndəliyində mühüm vəzifədə çalışıb. Yunan ədəbiyyatının novator şairlərindəndir. O, köhnə üsulları rədd edərək yunan ədəbiyyatına yeni modernist üslub gətirmişdir. 1963 – cü ildə Nobel mükafatına layiq görülmüşdür. ―Döngə‖ (1931) , ―Məşq dəftəri‖ (1940) , ―Kixli‖ (1947) , ―Üç sirli poema‖ (1966) və başqa kitabların müəllifidir.



 Səhər 



 Aç gözlərini.
 Qara yelkənləri də aç bu cür
 və onları çək, üfür
 Geniş aç gözlərini,
 Nəzərlərini ayırmadan bax beləcə.
 Bax, sən indi bilirsən ki,
 qara yelkənlər açılır necə.
 və bilirsən ki, onlar nə yuxuda,
 nə suda,
 nə də qırışmış,
 və sanki dəniz (çanaqları) kimi əyilmiş göz qapaqları yumulanda açılır...
 İndi sən
 qara təbil dərisinin sirrini də bilirsən,
 Odur sənin üfüqlərini büsbütün görünməz edən
 sən gözlərini açan anda...
 Qoy olsun elə bu sayaq.
 Bahar və payız gecə və gündüz bərabərliyi arasındakı sular, bağ,
 budaqlarda arıların vızıltısı
 bir körpənin qulaqlarında cingildəyir və cənnət quşları və böyük günəş,
 işıqdan da parlaq


 İmtina


 Göyərçin kimi bəyaz
 və gizli sahilboyu...
 Gündüz çox susamışdıq,
 ancaq, duzlu idi su
 Qızılı qum üstündə
 yazdıq onun adını.
 Gözəl dəniz küləyi əsib
 pozdu həmin yazını
 Hansı qəlblə, nəfəslə
 Hansı istək, ehtirasla
 Həyatımızı yaşadıq: səhv!
 Buna görə həyatımızı dəyişdik.

 
 Afinalı Evripid


 O, Troya yanğınları içində
 və Siciliya karxanalarında böyümüşdü.
 Sahildəki mağaraları
 və dəniz rəsmlərini sevirdi o.
 O, elə gəlirdi ki, insan damarları
 Allahların, bizi vəhşi yırtıcılar kimi tutmaq üçün yaratdığı şəbəkələrdir.
 Məhz onlardan xilas olmağa çalışırdı o.
 O, adamayovuşmaz idi,
 ətrafında dostları az idi.
 Gəlib çatdı vaxtın sonu
 və itlər parça-parça etdilər onu.


 Qaya çiçəkləri


 (Yay planları silsiləsindən)

 Yaşıl dəniz qarşısında qaya çiçəkləri...
 Onların damarları mənə xatırladır,
 unudulmuş sevgiləri...
 Aramla yağan yağışlarda bərq vurur onlar.
 Qaya çiçəkləri, gələn simalar,
 Onda heç kim danışmadı,
 danışmadı mənimlə
 Onlar mənə özlərinə toxunmağa izn verdilər
 sükutdan sonra
 Küknar, oleandr və çinarlar arasında

 Tərcümə etdi: Səid Əliyev 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)