Edebiyyat.az » Poeziya » Əfsanə Rəvandan 3 yeni şeir

Əfsanə Rəvandan 3 yeni şeir

Əfsanə Rəvandan 3 yeni şeir
Poeziya
nemət
Müəllif:
14:28, 17 dekabr 2019
2 140
1
Əfsanə Rəvandan 3 yeni şeir





Asıb məni sevgilim

Yer qaçar ayağından,
Göy tökülər başına.
Tuş gələr ömrün elə,
Dəniz gözlü birinin
Küt balıq yaddaşına.

Dünyanın altı-üstü,
Qarışdı bir-birinə.
Səni silib atardı,
Kim olsaydı yerimə.

Gəl, səninçün darıxıb,
Əlinə həsrət saçım.
Gəl, bitirim həsrəti,
Gəl, qanadım ol, uçum.

Təkliyə qorxa-qorxa,
Hürkə -hürkə dözürəm.
Bölünüb, parçalanıb,
Tikə -tikə gəzirəm.

Axı mən də adamam,
Gəlmirsənsə de, bilim.
Həyətdə bir ağac var,
Eşidərsənki bir gün
Asıb məni, sevgilim...




Tanrıya məktub

İlahi sənindəmi,
Dərdin başından aşır?
Beynində min cür xəyal,
Min cür fikir dolaşır?

Yoxsa niyə sən mənim,
Səsimi duymayasan.
Hər gün qapına gələn,
Sənə ən yaxın olan
Kəsini duymayasan.

Hərdən mənidə eşit,
Oyan yuxudan, oyan.
İzin vermə İlahi,
Dualarıma qıyam.

Mən hər gün əllərimi,
Səmadan asdım Allah.
İntihar günah idi
Bağışla, bir də olmaz,
Bağışla, çaşdım Allah.

Ah çəkirəm göyün də,
Yerin də silkələnir.
Günəşin od içində
Başıma kül ələnir..

Bəlkə də dərdlərimi,
Eşitsən əvəzimə
Bir ömür qəm çəkərsən.
Tanrı, özünü qoru,
Mən bir az gözü sulu
Göylərdə çox uzanma,
Gözümdən nəm çəkərsən...



Oyan çay dəmləmişəm

Bir soyuq qış gecəsi,
Qar alanda hər yeri.
Qəfil qapı açıla,
Sən girəsən içəri.

Don vurmuş əllərini,
Sıxıb köksümə bərk-bərk.
Sevincimdən ağlayam,
Gecədən, səhərədək.

Sonra sənə danışam,
Sən yoxkən olanları.
Gedişindən yaranan,
Təsəlli yalanları..

Eh ya da ki, nə bilim,
Susub qalam eləcə.
Pozulmaya o sükut.
Bitməyə həmin gecə.

Qollarında məst olub,
Deyəm sənsizləmişəm.
Bir də görəm səhərdi,
Səsləyəsənki məni-
"Oyan çay dəmləmişəm"




.............
Uzun gedişlərini
Zamanın ayağına bağladım
Çözərsən...

Axı sən anamın üzü,
Atamın gözü,
Evimin özü idin...

Bəxtimin geyindiyi
Paltarlar da qaraymış.
Dərdin ayaqlarında
Çəkmələrim darıymış...

Sanardım ki, hər dəfə
Bütün düya mənimdi.
Gedişinlə anladım
Mənim nəyim varıymış...

İndi bu yer üzünün
Yetim bir küçəsində
Ha ki, bağırasım var.
Sən getdiyin səhərin,
Gəlmədiyin gecənin
Bağrını yarasım var...

Bir də, bir də başımın
Ən havalı yerində
Oynaşan yarasalar...

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)