Edebiyyat.az » Poeziya » Mərahim Nəsib - "Şəms Təbrizinin məktubu"

Mərahim Nəsib - "Şəms Təbrizinin məktubu"

Mərahim Nəsib - "Şəms Təbrizinin məktubu"
Poeziya
nemət
Müəllif:
18:06, 25 dekabr 2019
1 677
0
Mərahim Nəsib - "Şəms Təbrizinin məktubu"


 

Bağlı qapıların arxasında bir nur var,
O nur, sənin içindəki mənəm...
 Mən, səni özüm etməyə gəlmişəm!

Cəlaləddin, sən, hələki, Konya quraqlığında bir gölsən,
 Lakin bir gün gələcək ki, dünyaya okean olacaqsan.

Sənin gözlərinin dərinliyində elə bir məsumluq var ki,
 Mən o məsumluğu ilk dəfə, yetim uşaqlar yavan çörəyə həsrətlə baxanda görmüşdüm.

Konyaya ilk gəlişimdə,
bir təpədə dayanıb heyrətlə sənə doğru gedən izdihamı izləyirdim.
Təəssüf edirdim ki, mən o izdihamın içində yoxam!
Amma bilirdim ki,
sən də o izdihamdan sevgi boyda uzaqsan,
mənim kimi...
Mən cismən,
 sən ruhən.

Səni ilk dəfə görəndə uşaq idin
Fəqət, "dənizin arxasıyla gedən okean"dan bildim ki,
axtardığım sənsən.
Onda belə, gözlərində kamil mürşidin
 insanlığa duyduğu məhəbbət
in nuru varıydı.

Cəlaləddin, bəlkə də mən eşqin adıyam,
 Amma sən, elə eşqin özüsən!

Lakin mənim də ayrılıq adında bir fərmanım var...

Bir gün qapın döyüləcək,
Şəms! deyib qapıya qaçacaqsan,
 Amma məni görməyəcəksən!

Mənim əvəzimə yazdığım qeydlər sıxacaq əllərini,
O qeydləri əllərim bilib köksünə sıxacaqsan. Titrəyən əllərinlə açıb,
kövrələn gözlərinlə oxumağa başlayacaqsan:
 "And içirəm ki, ölümümün gözlərinin qarşısında olmasını istəyirdim. Görərdin ki, eşq üçün ölmək nə deməkmiş".

Huşunu itirib yıxılacaqsan...
Yenə də məni görəcəksən.
Deyəcəksən ki,
Şəms!
 Getmə!

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)