Edebiyyat.az » Poeziya » Elçin Aslangil - Rauf Qədimin "Qor"u danışması

Elçin Aslangil - Rauf Qədimin "Qor"u danışması

Elçin Aslangil - Rauf Qədimin "Qor"u danışması
Poeziya
Necef Esgerzade
Müəllif:
23:30, 16 yanvar 2020
1 839
0

Bu qapıdan gəlib keçən, sonsuzluğun rəsmindən, qəflət hadisələrin sükutundakı siluet şeirləri danışdırır. Müəllif belə deyir:
 
“Daha çox getmək üçünmüş qapılar... 

Gözüm dəyir saata,
sonsuzluq necə də gözəl çəkir divara,
onsuzluğun rəsmini.”

Və sonra müəllif şeiri danışdırır, şeiri nəql edir, müəllifin bəşəri problemlərə öz prizmasından baxış bucağını:
 
“Babamın çatlamış baş daşıdır,
nənəmin tutulmuş gözləri.
Naqasakidəki partlayışın xatirə qalığıdır,
atamın satdığı pəncəyin,
pulu ilə alınan uşaq əlcəyi.”

İndi bir neçə addım uzaqlaşın, mənə doğru gəlin, deyəcəklərim var. 

 
Babasının çartlamış baş daşına nənəsinin mirvari düzdürdüyü Rauf Qədim dilimizin emosianal çalarlarının şüur altından necə zühur etdiyinin fərqinə varmalıdır. O bilməlidir ki, nənəsinin tutulmuş gözləri əslində, göz yaşı yox, “Qor” tökür. İki misrada, çartlamış baş daşı və - Gor, yarıq, yarılmış yer anlayışını birbaşa nənəsinin göz yaşlarına istiqamətləndirməyi (özdən xəbərsiz) bir xeyli düşündürücüdür. Yəni bu iki misradakı xəttin əsas məğzi nənəsinin ağlamağına işarə etmək idi ki, çartlamış, Gor, Qor, eləcə də gözlərin tutulması hadisəsi əlaqələnsin və dilimizin emosianal yaddaşına hopan, köklü söz üzə çıxsın. Doğrudur, Rauf bu mətləbdən xəbərdar olsaydı, bu iki misranın kökünə köklü şəkildə işarə edərdi amma, edəcək... Nəzərə almalıyıq ki, Raufun 19 yaşı var, yenicə yazmağa başlayıb.
 
Bilirəm, oyun çıxarmamalıyam. İnkarın inkarı qanununa əsaslansam, müəllifin hələ çox çevrilmədən keçəcəyini anlayıram, fəhm edirəm. Bunun da qeydiyyatını aparıb, bir söz də həqiqətdən qoparıb demək borcumdur ki, müəllif, bizimkilərin özgə şeirlərindən yaxşı şeirlər ortaya qoya bilir. Mən Raufa inanıram. İnam hadisəsinin bir şeyin doğru olaraq mənimsəmək olduğunu bildiyimçün, Raufun özünə inanması, mütləq şəkildə təbiətdə özgələşərək özünə qayıdanda yeni üfüqləri açacağını düşünürəm.
 
“Kapitalizm - anasının ağarmamış yox olan saçları.
Humanizm - iri reklam afişası.
Son gün... Tələsin...
Vicdana endirim aksiyası...
Mərhəmət dilənən küçə - ən ali təhsil müəssisəsi.”

 
Mənim fikrimcə, şair şeiri yazmamalıdır, danışdırmalıdır. Yəni şeir danışmalıdır. Nəyi və necəsi danışdıranın müşahidələrindən, o müşahidələri necə həzm etməsindən asılıdır. Bu mənim subyektiv fikrimdir. Bilirsiniz, həqiqətdə Allah saysız atributları olan substansiyadırsa, “aldanma ki, şair sözü yalandır” misrası qeyd etdiyim həqiqəti qucaqlayır. Nə demək istəyirəm? Necə ki, rəssam öz gördüyünü, (görünəni deyil) çəkir, şair də, Öz gördüyünü danışdırmalıdır, yazmalıdır, yazacaq, yazanlardan olacaq Rauf Qədim.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)