Edebiyyat.az » Proza » Teymur Rəsulov - Yarımçıq qalmış ümidlər (romandan bir parça)

Teymur Rəsulov - Yarımçıq qalmış ümidlər (romandan bir parça)

Teymur Rəsulov - Yarımçıq qalmış ümidlər (romandan bir parça)
Proza
admin
Müəllif:
08:26, 30 avqust 2020
2 709
0
Teymur Rəsulov - Yarımçıq qalmış ümidlər (romandan bir parça)





Bu gecə fərz etmək istədim.

İnsan oğlunun bacardığı ən gözəl şey bu deyilmi?

Dahi dediyimiz bütün şəxsiyyətlər fərz etməklə bacarmışdılar ən çətin olanı.

Üzeyir Hacıbəyov “Leyli və Məcnun”-u yazarkən musiqi ilə sözün ahəngini fərz etməmişdimi?

Ya da Eynşteyn nisbilik nəzəriyyəsini bir tramvayda gedərkən pəncərədən gördüyü saatın əqrəblərinin rəqsini.

Yaxud Lütfi Zadə… Nisbilik özü bir fərziyyə deyildimi?

Mən də fərz etmək istədim.

Məsələn bu gecə nə yağış, nə qar, nə dolu yağacağını, nə də dumanlı çiskinli bir hava olacağını fərz etmək istədim.

Bu gecə fərqli bir şey olmalı idi.

Nur yağmalı idi məsələn göydən.

Dünya sakinlərindən soruşsan bir çox dəfə göydən nur yağdığının şahidi olduqlarını deyərdilər sizə.

Musanın onları dənizi yararaq qovuşdurduğu azadlıqda göydən yağan bildirçin ətlərini, Avstraliyada meşə yanğınları zamanı minlərlə canlı məhv olarkən yağan yağışları, Babəkin Avşinlə söhbəti sonrası töküləcək qanlara rəğmən əbədiləşə bilən, torpağa qarışan azadlıq yanğısını ya da iki sevgilinin Hindistan təbiətinin qoynunda sarıldığı zaman yağan qırmızı yağış damlalarını çoxları nur olaraq qəbul edə bilər və bunun dəyərini yalnız o xatirələrlə o inanclarla yaşayanlar bilə bilərdi.

Bu dəfə isə tamam fərli bir yağmur yağmalı idi.

Damlaları birləşik olmalı idi məsələn.

Əlini göyə açmış, aşiq bir qızcığaz o damlaları otağına qədər apara bilməli,yatağının bir kənarına toplayıb göz yaşılarını onlara toxuya bilməli idi.

Rəngi rəngarəng olmalı idi məsələn.

Hər rəngi Bakı küçələrindəki bir çuxura dolmalı, evinə tələsən hər kəs çuxurların üzərindən atlamaq əvəzinə sevdiyi rənglə dolmuş çuxura rahatca ayaq basıb dizlərinə qədər islanmalı, evə yetişər yetişməz corablarını ayaqlarındakı rəngə baxıb gülümsəməli idi.

Qoxusu həsrət qoxmalı idi məsələn.

Çöldə qoyun otaran çobanların yağmur sonrası hiss etdikləri torpaq ətrini bu dəfə həsrət qoxusu əvəz etməli idi..

Kəlbəcərdə itgin düşən şəhid anası oğlunun, 20 Yanvar günü özünü İlhama görə həlak edən Fərizənin anası nəvəsinin, Mübariz kimi bir oğlun bu dünyaya necə gəldiyini dərk etməkdə çətinlik çəkən türk dünyası igidiliyin həsrət qoxusunu hiss etməli idi…

Bir az da sevgi qoxmalı idi bu gecə yağan yağmur.

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)