Nemət Mətin - Ən böyük hədiyyə

Proza
Nemət Mətin - Ən böyük hədiyyə
Babasından qalma sobanın yanında yelləncək kreslosunda əyləşən nimdaş geyimli, düm ağ saçlı, qırış üzlü Nizam Əfəndiyev kitab oxuyurdu. Yazıçı dostu, həmkarı Əflatun Nazimoğlunun hekayələr toplusu kitabı ona qış axşamında zövq verirdi. Arada gülümsəyir, arada əsəbləşirdi. Kitaba hopmuşdu. Obrazların həyatını yenidən yaşayırdı. Qəfil

—Bu gün, gözəl qardaşım, sənin ad günündür. Oturduğum təpəni işğaldan azad etmişik. Ona görə də təpəyə sənin adını verirəm. Nizam təpəsi. Necə də gözəl səslənir. Kiçik hədiyyəm olsun sənə.
Nizam kövrək adam idi. Gözləri dolsa da formasının qoluna silib təşəkkürünü bildirmişdi.
Xoş xəyallardan Nizamı telefon zəngi ayırdı. Tez-tələsik əsasını götürüb ayağa qalxdı. Asta-asta mətbəxə tərəf getdi. Telefonun dəstəyini qaldıranda o başdan qadın səsi eşitdi:
— Nizam müəllim, axşamınız xeyir olsun. Sizi "Ədəbiyyat və dünya" jurnalının baş redaktoru Gülşən Almuradova narahat edir. Üzürlü sayın. Lakin xoş xəbəri sizinlə bölüşməliydim. Siz ədəbiyyat üzrə nobel mükafatını qazanmısınız. Bütün dünya sizdən danışır. İlk xəbəri biz sizə verdik. Nə hisslər keçirirsiniz?
—Təşəkkür edirəm qızım, əlbəttə sevinirəm.
—Sizin üçün böyük hədiyyə oldu. Elə deyilmi?
—Əslində ən böyük hədiyyəmi iyirmi iki yaşında almışam. Bir neçə saat sonra məni yaralı olduğuma görə təhlükəli ərazidən uzaqlaşdıran baş leytinantım şəhid olmuşdu. Öncə isə ad günümə görə düşmən tapdağından azad etdiyimiz təpəyə adımı vermişdi. Bundan böyük hədiyyə ola bilməz...
Jurnalist təşəkkür edərək sağollaşandan sonra nobel mükafatçısı dəstəyi asdı. Nizam asta-asta yerinə qayıtdı. Pəncərədən görünən mənzərəyə tamaşa edəndə qar narın-narın yağmağa başladı...
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:

Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )

Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)

LALƏ HÜSEYNOVA - SİRR

Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə

Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)

Fərid Muradzadə - Fədai