Edebiyyat.az » Proza » Ovadya - Yaşamaq.

Ovadya - Yaşamaq.

Ovadya - Yaşamaq.
Proza
admin
Müəllif:
08:05, 12 may 2021
2 394
4
Ovadya - Yaşamaq.





 İlk dəfə idi ki, çıxış edəcəkdi. Çox həyəcanlı görünürdü. Yanaqları qızarmış, əllərini bir-birinə bərk 

sıxmış, gözlərini gah tavanda, gah da ətrafa gəzdirib dayanmışdı. Həmişə başqalarından özünü gizli saxlayar, öz təkliflərini bildirməkdən utanar, başqalarının ona necə reaksiya verəcəyindən çəkinərdi. Amma  bunların hamısı artıq gec idi. O, bunların hamısını geridə qoyub auditoriyaya daxil olacaqdı.

 Artıq içəridəki iştirakçı çıxdı və onun adını çağırdılar. O, içəri daxil oldu, həyəcanlı halda ona 

baxanlara nəzər saldı və böyük monitorun qarşısına keçdi. Öz mövzusuna başlamaq üçün monitoru 

yandırdı və başlamaq üçün düyməni sıxıb saxladı. Ekranın ortasında  ‘Həyat’  sözü yazıldı və cümlələr 

görünməyə başladı. Hamı diqqətlə oxuuyurdu və ekranda bu cümlələr yazılırdı ’Bir çox insanlar 

həyatda yaşamaqdan hər zaman şikayət edər, bir işləri düz getmədikdə kimisə günahkar 

tutar, yaşadıqları mühitdən bezdiklərini deyərlər. Amma insanlar yaşamağın necə də gözəl bir duyğu 

olduğunu bilməzlər. Eşitmə qüsurlu insanlar bu həyatda yaşayar, ən gözəl musiqi səslərini 

eşitməzlər, adını çağırdıqda eşitməzlər, sevdiklərinin xoş sözlərini eşitməzlər amma buna baxmayaraq 

şikayətlənməz, öz həyatlarını yaşayarlar. Görmə qüsurlu insanlar ailəsini, sevdiklərini görməzlər amma şikayət etməzlər, günəşi görməzlər amma şikayət etməzlər, təbiətdəki gözəllikləri görməzlər amma şikayət etməzlər. Bununla demək istəyirəm ki, ümidsizliyə qapılmayın, özünüzü başqalarının yerinə qoyun, şikayət etməkdənsə, şükür edin. Ömür insanlara verilən bir möcüzədir. Siz yaşamağa layiqsiz. Hər zaman gülümsəyin,sevdiklərinizə laqeyd yanaşmayın. Qulağınız var xoş sözlər eşidin, gözünüz var gözəl şeylər görün, danışa bilirsiz xoş sözlər deyin. Mən sizinlə danışa bilmirəm amma  bundan şikayət də etmirəm. Mənim məqsədim bura çıxıb bunları sizə çatdırmaq idi.Bunun üçün danışmağa ehtiyac  yoxdur.Ümid edirəm ki, şikayət edən insanlar bundan nəticə çıxaracaq. Hər zaman xoşbəxt olmaq diləyi ilə.’ Bütün auditoriya ayaq üstündə gur səslə bu  danışıq qüsurlu qızı  alqışlayır, o isə əllərini üzünə tutaraq  utancaqlıqla gülümsəyirdi. Bax bu idi qalibiyyət.  Əsl qalibiyyət. Həm müsabiqədə, həm də həyatda...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (4)