Nəriman Nərimanovun oğlu Nəcəfə məktubu
Proza
Nəriman Nərimanovun öz oğluna yazdığı məktubdan:
Əziz oğlum Nəcəf! Əgər hələ yaşamaq qismətim varsa, mən səni elə hazırlamağa çalışacam ki, sən bəşəriyyət üçün daha çox iş görəsən. Lakin mən əbədi məzara tez köçməli olsam, təvəqqe edirəm, başqaları üçün daim əzab çəkən atan qədər kiçik bir iş görəsən.
Mənim həyatım daim qayğılarla dolu olmuşdur: mən iyirmi yaşımdan qardaş və bacılarımın ailəsinə baxmış, bu 30 ildə 11 adam tərbiyə etmişəm. Onlardan 8 qız ərə vermiş, qardaşımın üç oğlunu öz maaşımla böyütmüşəm. Ümidvaram ki, bu mənada sən öz işinlə mənim əməllərimi davam etdirəcəksən.
Əziz oğlum! Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm. Mən bəşəriyyətin tezliklə azadlığa çıxması, nadanlıqdan, habelə köləlikdən azad olması yollarını axtarırdım.
Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır. Mən bolşeviklərin proqramını xüsusi inamla qəbul etmişəm, belə ki, mən bunda öz məramımı - dünya köləliyin məhvini həyata keçməsini görürdüm.
Bəlkə də, sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq. Bu ona dəlalət edəcək ki, biz onu qoruya bilməmiş, ona lazımi qiymət verməmiş, işimizə pis yanaşmışıq. Açıq demək lazımdır, biz əldə etdiyimiz hakimiyyətdən o qədər təkəbbürlü olmuşuq ki, boş işlərlə və çəkişmələrlə məşğul olaraq, əsl işi əldən buraxmışıq.
Hakimiyyət çoxlarını korlayır. Belə də oldu: hakimiyyət bir çox görkəmli işçiləri korladı. Onlar nəhəng bir dövlətin müqəddəratını öz əllərinə almaq və diktator olmaq qərarına gəldilər ... Bu, ilk zamanlarda zəruri idi. Lakin indiyədək bu vəziyyəti davam etdirmək bolşevizmi süquta aparmaq demək idi.
İndi mən bu sətirləri sənə yazarkən iş o yerə çatıb ki, Lenindən sonra özlərini onun "qanuni varisləri" adlandıranların dövləti idarə etməyi bacarmamaları nəticəsində əmələ gəlmiş böyük nöqsanlarımız barədə kommunistlər öz aralarında da danışa bilmirlər.
Bütün bunlar barədə sən mənim MK-ya yazdığım geniş məruzəmdən biləcəksən. Bu məruzədən sənə çox şey aydın olacaqdır, həmin məruzədən sənə bəlli olacaq ki, bir çoxlarının cəsarəti çatmadığı, öz vəzifə hakimiyyətlərini itirəcəklərindən qorxaraq susduqları şeylər haqqında sənin atan danışmaqdan çəkinməmişdir.
Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o, adamı korlayır. Əgər sən adamı tanımaq, onun bütün daxili aləmini bilmək istəyirsənsə, həmin adamı bir müddət vəzifə başına qoy. Həmin adam bütün bacarığını və nöqsanlarını büruzə verəcəkdir.
... Sən artıq bilirsən ki, mən 30 yaşımda kamal attestatı imtahanı vermişəm ki, universitetə daxil olum. Lakin sonra mən "hara daxil olum?" sualı qarşısında durdum. Həyatımın bütün şəraiti və yaşım məcbur edirdi ki, tezliklə universitet təhsili alım. Ona görə də, elə fakültə seçmək lazım idi ki, az vaxt tələb etsin.
Mənim qarşımda belə bir sual duururdu: hüquq fakültəsinə(o vaxtlar o, asan fakültə hesab olunurdu) və ya təbiyyat fakültəsinə(burada 4 il oxumaq lazım idi). Həmin fakültələri bitirdikdən sonra ayrı-ayrı şəxslərdən və idarələrdən asılı vəziyyətinə düşmək olardı. Ona görə də, mən onlardan imtina edib tibb fakültəsinə daxil oldum ki, həyatımda başqalarından az asılı olum. Bu, bir səbəb idi.
Digəri: Sənin nənən və mənim anam Həlimə ürəyiyumşaq, sadə qadın idi. O, ehtiyacda olanlara yardım edir, xəstə qonşulara qayğı göstərir, bir parça çörəyi onlarla bölürdü və s. Uşaq yaşlarımdan mən bütün bunları görürdüm və bunlar mənə təsir edirdi ... Ona görə də tibb fakültəsində oxumaq müddətinin uzun olmasına və çətinliyinə baxmayaraq, mən həmin fakültəyə daxil olmağı qərara aldım ki, ayrı-ayrı şəxsiyyətlərdən və idarələrdən asılı olmayıb daha artıq mənəvi zövq alım.
Xalqımızın böyük yazıçısı və siyasi xadimi, təhsil ixtisasına görə həkim olan Nəriman Nərimanov bu məktubu yazdığı zaman oğlu Nəcəfin 6 yaşı vardı. O vaxtlar Nərimanov Moskvada SSRİ Ali Sovetinin sədri işləyirdi. Milli və şərqli düşüncəsinə görə imperiya rejminə yad idi. Buna görə də, o hər an ölümü gözləyir və bu məktubu böyüyəcək oğluna vəsiyyət kimi yadigar qoyurdu. Bu tamamlanmamış məktub yazılandan( 23 yanvar 1925) iki ay keçməmiş(19 mart 1925) Nəriman Nərimanov iş yerində keçindi. Nəcəf 1943-cü ildə Böyük Vətən müharibəsində 23 yaşında qvardiya baş leytenantı , tank alayının komandiri kimi qəhrəmancasına həlak oldu.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Seyid Hüseyn - Həzin bir xatirə