Edebiyyat.az » Proza » Nazilə Hejari - Bakı kənddir, yoxsa şəhər?!

Nazilə Hejari - Bakı kənddir, yoxsa şəhər?!

Nazilə Hejari - Bakı kənddir, yoxsa şəhər?!
Proza
nemət
Müəllif:
21:09, 08 may 2019
1 404
0
Nazilə Hejari - Bakı kənddir, yoxsa şəhər?!

                                                


 Bakı neçə yaşındadır? Yox, mən neçənci ildə qurulduğunu nəzərdə tutmuram. Bakının ruhunun neçə yaşı var? Məncə, Bakı məktəbi bitirməyinə bir il qalan, özünü məktəbdə digər siniflər arasında böyük hiss edən, amma bir universitet tələbəsi yanında utancaq bir yeniyetmədir. Başında qovaq yelləri əsən, böyüyüb nə olacağını düşünən, bir tərəfdən də böyüdükcə böyüyən, bir gəncdir Bakı. Bəs bizlər necə gözəlləşən Bakının keyfiyyətli şəhər sakinlərindənikmi? Gözlərimin, qulaqlarımın yalançısıyam, amma Bakıda şəhər mədəniyyəti, nəzakət, qaydalara riayət kimi qavramlardan uzaq nə qədər çox insan var! 


 “Mədəniyyət yoldan başlayır” deyiblər. Avtomobil yollarımız gözəldir, bəs yaxşı piyadalara ayrılmış yollar necə? Çox təəssüf ki, piyada haqqı bizim şəhərdə tapdalanır. Biz dəmirlərlə, “müvəqqətti narahatçılığa görə üzr istəyirik” sözləriylə əhatələnmiş yollarda irəliləyirik. Rusiyanın Krasnodar şəhərindəki müşahidəmi paylaşmaq istərdim. Orada avtomobil yolları bərbad vəziyyətdə, amma piyadalar üçün ayrılmış yollar asfaltlı idi.

 Toxunmaq istədiyim başqa bir movzu isə bizim şəhər sakinlərinin yol qaydalarını pozmaqlarıdır. Piyadalar  işiqforu gözləməz, alt və üst keçidlərdən istifadə etməz, sürücülər kəməri bağlamaz, avtobus sürücüləri isə yolda sürət həddinə riayət etməz. 

Bizim  cəmiyyətin digər aktual problemi isə növbə mədəniyyətidir. Növbə bizim üçün başlı başına bir xaosdur. Növbədəkilər düz xətt boyunca horizontal şəkildə gözləyirlər. Parklara baxsaq, zibil yeşikləri olsa da, dincələnlər tumun qabıqlarını yerə atmaqda israr edirlər.Siqaret isə zibildən sayılmır. Çox yazdım, ancaq Füzuli demiş : 

                                                                 

                                                                     “Söyləsəm təsiri yox, 

                                                                     Sussam  könül razı deyil”. 


 Beləliklə,  belə bir nəticəyə varmaq olar ki,  Bakının ruhunun yaşı biz  şəhər sakinlərindən asılıdır. Ruhunu oxşayanlar isə gənclərdir. Çünki  gənclərin boş vaxtı çoxdur, onlar heç bir yeni şey ürətmirlər. Günlərini oxumaqla, gəzərkən müşahidə etməklə keçirirlər. Sizcə niyə ilk təbiət filosofları daha qədim mədəniyyətə sahib olan misirlilərdən yox yunanlardan çıxıb? Çünki Nil çayında olan sellərin qarşısını ala bilmək üçün gecə-gendüz çalışan yunanlar deyil, misirlilər idi. Buna görə də bol zamanı olan insan tez inkişaf edər, çox oxuduqca bir “üstinsan”a çevrilər və daha mədəni olar. Gənclərlə bağlı daha bir şey diqqətimi çəkib. Rusiyaya köçən ailələrdə ən təz rusca öyrənən evin uşaqları, ən gec öyrənən isə evdar xanımları olur və yaxud da rayonlardan şəhərə gələn ailələrdə də uşaqlar daha tez adaptasiya olurlar. Çünki uşaq daima bilgi, mədəniyyət mübadiləsində olur. Evin fəhlə işləyən  atası isə dəyişə və inkişaf edə bilmir. Çünki atanın tək qayğısı pul qazanmaqdır. O, ruhunu oxşayan heç bir iş etmir. Bəzən cəmiyyət şəhərə  yenicə alışmağa çalışan insanlara qarşı o qədər acımasız olur ki. Çox vaxt yeni sakinləri etik davranmamaqda günahlandırırlar. Bir düşünsək, görərik ki, burada onların heç bir günahı yoxdur. Çünki bütün gün işləyən insan şəhəri müşahidə edə bilməz. Şəhər mədəniyyətinə uyğun davranmamaqları cəmiyyətin, qurumların TV kanalların problemidir. Televiziya kanalları kobudluğu aşılayan seraiallar, ya da toyxana verilişlər əvəzinə, daha çox sənədli filmlər yayımlamalıdırlar.Çünki o fəhlə həmin filmi mütləq bir gün izləyəcək və mədəni prosesini sürətləndirəcək. İş tək kanallarla bitmir ki,  məktəblərimizdə etiket dərslərinin keçirilməsini çox istərdim. Eləcə də şəhərdəki projektorlarda etik qaydaları aşılayan şəkillər olsa nə gözəl olardı.

 Bakı hamımızın evidir. Evimizin digər sakinlərinə məsuliyyətli davranmaq hər birimizin borcudur. Çünki şəhərli olmaq sadəcə şəhərdə yaşamaq deyil zehnini şəhərə kökləyə  bilməkdi.Sevgilərlə..

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)