İyrənc, amma gözəl fotoların müəllifi
Proza
O, standart estetik gözəllik anlayışından uzaq qaçır. Fotolarına baxanların ilk reaksiyası üz turşutmaq, ilk fikirləri “İyrəncdir!” nidası olur. Diqqətlə baxanlar isə qorxu, dəhşət, psixoloji sarsıntı hiss edirlər. O, gözəl göstərilən fotolarla xəyali dünyada yaşayan insanları oyatmağa çalışır. Onun pornoqrafik fotoları özünəqədərki çılpaqlıq anlayışını – Stiqlitsdən Bressona, Kertesdən Vestona qədər uzanan çılpaqlıq anlayışını – tamamilə qırır.
Söhbət çex fotoqraf-rəssam Yan Saudekdən gedir. Fotolarını və dolayısı ilə şüuraltını anlamağımız üçün bioqrafiyasına öz sözləri nəzər salaq.
“1935-ci ildə anam Karel adlı oğlundan bir az sonra məni dünyaya gətirdi. Elə o vaxtdan həyatımı 2 nömrəli, 2-ci dərəcəli adam kimi davam etmişəm.
Təsəvvürümdə 4 yaşımda ikən Adolf Hitleri Praqaya yeriyən alman tanklarının birində gördüyüm qalıb (lakin çox güman ki, o, Hitler bığlı adi bir əsgər idi).
8 yaşımda ilk dəfə Lui-Ferdinand Selinin “Gecənin sonuna səyahət” əsərini oxudum, çox şey başa düşməsəm də, onun üslubuna möhkəm vurulmuşdum.
1944-cü ildə, 9 yaşımda insanların öldüyünü görürdüm. Sahələrdə, yol kənarlarında güllələnmiş insanlar… Bəzən onların ayaqları lap filmlərdəki kimi qıc olur, dartınırdı. Onlar ölür və mənə imdad diləyirlərmiş kimi baxırdılar. Mən bir uşağın edə biləcəyi kimi onlara uzun-uzadı və çox yaxından baxırdım.
“Ailə” (1966)
Həmin il küçə işığı dirəyinə ayağından asılan əsgər gördüm. Üstünə benzin töküb yandırdılar. O isə “Ana! Ana!” deyə bağırırdı.
14 yaşımda ilk kamerama – kiçik Kodak Brownie-yə sahib oldum. O, hələ də çox yaxşı işləyir və bəzən onunla çəkirəm.
16 yaşımda isə sonralar rənglədiyim ilk fotomu hazırladım. Anam həmin fotonu utancaqlıqla ailə həkimimizə göstərdi. O isə fotonu qətiyyən bəyənmədi, köhnəlmiş, yararsız və tamamilə pis adlandırdı. Sözlərinə diqqətlə qulaq asandan sonra şəkil çəkməyi dayandırdım.
(Lakin illər sonra həmin fotoya baxanda həkimin dediyi qədər də pis olmadığını gördüm.)
1959-cu ildə arvadım mənə ilk əsl kameranı aldı: 6×6 formatlı Fleksaret modeli.
1960-cı illərdə “İnsan ailəsi” fotokataloqu əlimə düşdü. Həmin kitabdan çox təsirləndim və qəti qərar verdim ki, buradakı fotolar kimi insan ailəsini çəkəcəm. Həmin dövrlərdə Roy Orbison və “Rolling Stones” oxuyurdu. Və bunlar mənə dəhşətli dərəcədə təsir göstərirdi”.
Göründüyü kimi, Saudekin İkinci Dünya müharibəsi dövrünə təsadüf edən uşaqlığı onun gələcək həyat və yaradıcılığına birbaşa sirayət edir. Müharibədə gördüyü dəhşətli səhnələr fotolarında, rəsmlərində özünü göstərəcək dərəcədə şüuraltında dərin izlər buraxır. 1952-ci ildən 1983-cü ilə qədər çap mərkəzində bir fotoqrafın köməkçisi kimi işləyir. 60-cı illərdən sonra isə gününü 2 yarıya bölür: birinci yarıda o, güzəranını təmin etmək üçün işləyir, ikinci yarıda isə beynindəki kadrları fotoşəkilə köçürürdü. Arvadından boşandıqdan sonra bir binanın zirzəmisini kirayə tutub orada yaşayır. Bununla da onun qadınlarla dolu yeni həyatı başlayır.
“Bayraq” (1972)
Axşamlar evinə bədəni deformasiyaya uğramış fahişələr gətirir. Onlarla sevişir, gözəl olmayan bədənlərinin fotolarını çəkərək estetik gözəllik yaradır. Fotolarında müxtəlif yaşlı kişiləri, qadınları, uşaqları təsvir edir. Hətta uşaqları pornoqrafiyaya cəlb etmə ittihamı ilə bir neçə ay həbsdə yatır.
1972-ci ildə o, yeni bir üslub kəşf edir – Divar. Onun bu dövrdən sonrakı, demək olar, bütün fotolarındakı hadisələr evinin suvağı dağılmış, uçuq-sökük divarı qarşısında baş verir. Bu, onun özünəməxsus üslubudur. Burada Divar bir çox mənaları ehtiva edir; onunla cəmiyyət arasındakı, onun çirkin obrazları ilə gözəl qadınlar arasındakı, bir fotoqraf kimi özü ilə digər fotoqraflar arasındakı sərhədi göstərir. Eyni zamanda, Divar onun obrazları üçün, bir növ, səhnə rolunu oynayır.
80-ci illərdə onu daha da məşhurlaşdıran “Oyun kartları” seriyasını işləyir. Bu seriyada da, təbii ki, Saudek fərqi açıq-aydın görünür. Struktur etibarilə oyun kartları təkrarlanır, lakin obrazlar Saudek təhtəlşüurunun məhsuludur.
Düşündüklərini obrazlarla yaradıb fotosunu çəkdikdən sonra o, həmin fotoları rəngləyir. Obrazların konturlarını kəskinləşdirir, insanlarda isti, kənar obyektlərdə isə soyuq rənglərlə yenidən işləyir. Onun fotolarında gördüyümüz bütün obyektlər bir obraz, bir simvolik işarədir.
1969-cu ildən bu günə qədər fotoları dünyanın aparıcı salonlarında solo və qrup sərgilərində nümayiş etdirilir. Onlarla monoqrafiyaları, fotokitabları yayımlanıb.
Bu yazı “Film Fiction” jurnalının 24-cü sayında dərc olunub.
Y.Saudekin anası (1979)
“Kiçik qardaşa ilk öpüş” (1982)
“Ov” (1983)
“Ağır yük” (1987)
“Sitayiş…” (1988)
“Televiziya aşiqləri” (1991)
“Salamat qal, Yan” (1994)
“Sevdiyim qız” (1995)
Yazan: Nurlan Babazadə

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Milan Kundera - Yetmiş üç söz (esse)
Başqasının ağrısına baxarkən