Edebiyyat.az » Proza » Hüseyn Məmmədov - İblis

Hüseyn Məmmədov - İblis

Hüseyn Məmmədov - İblis
Proza
nemət
Müəllif:
17:07, 05 fevral 2019
1 496
0
Hüseyn Məmmədov - İblis
   Lev Nikolayeviç Tolstoyun ölümündən sonra nəşr olunan əsərlərindən biri olan «İblis»- də Adəm övladının (insanın) İblisə məğlub olmasından bəhs edir.
   Povestin baş qəhrəmanı olan Yevgeni İvanoviç zadəgan ailəsində dünyaya göz açır və ölkənin ən yaxşı ali təhsil müəssələrinin birində təhsil almağa başlayır. Tələbə həyatının parlaq bir zamanında bizim qəhrəmanın atası vəfat edir və o, ona və qardaşına miras qalan malikanəsinə qayıdır. Aradan bir müddət keçəndən sonra o, xəbər tutur ki, vaxtilə mərhum atasının bir çox insana külli miqdarda borcu olur ailə vəkili məsləhət görür ki, malikanəni satsın, lakin İvanoviç ağılı ilə çoxlarında, sözün yaxşı mənasında, fərqlənir. Yevgeni qardaşına birdəfələik müəyyən miqdarda pul ödəməyi təklif edir, əvəzində isə ona düşən mirasdan (malikanənin yarısı) imtina edəcək və o, razı olur.
Müəllif əbəs yerə əsərinin əvvəlində zinaya aid üç sitat yazmayıb. “Mən isə deyirəm ki, qadına şəhvətlə baxan şəxs artıq öz ürəyində onunla zina etmiş olur”. “Sağ gözün səni yoldan çıxarırsa, onu çıxar və kənara at, çünki bütün bədəninin cəhənnəmdə yanmasındansa, əzalarından birinin məhv olması sənin üçün daha yaxşıdır”.
 
 “Əgər sağ əlin səni yoldan çıxarırsa, onu kəsib at, çünki bütün bədəninin cəhənnəmdə yanmasındansa, əzalarından birinin məhv olması sənin üçün daha yaxşıdır” İstinad: (Matfey V , 28, 29, 30)

   Bu sitatlar əsərin «özəyini» oxucuya əvvəlcədən izah etdirir. Onların ailə vəkili məsləhət görür ki, malikanənin bir hissəsini satmaqla borcları tam bağlamaq olar, bununla da bu «sunamidən» çox xətər almadan yayınmaq olar, lakin Yevgeni borcla
rın vaxtını uzatmaqla dünyasını dəyişmiş babasının yaratdığı ab-havanı ayağa qaldırıb təsərrüfatdan yaxşı gəlir əldə etməklə atasının borcunu ödəyib və yalnız malikanənin ərazisində olan bir neçə müəssəsini satmaqla öz evini qoruya biləcəyini düşündü və belə də oldu. İşin yaxşı gedən çağında o dayandı.
Əsərin qəhrəmanı şəhərdə yaşayarkən öz «kişi ehtiyaclarını» şəhər qızları vasitəsilə ödəyə bilirdi, lakin bura kənd olduğu üçün burada cinsi əlaqə ilə məşğul olmağın mümkünsüz olduğunu düşünürdü. Hər gedib-gələn qıza baxır, kimnənsə danışanda özündən asılı olmayaraq qızardan söz açır və söhbəti uzada bildiyi qədər olar haqqında uzadırdı. O, artıq özünü idarə edə biləcək gücdə deyildi.
Bir gün Yevgeni İvanoviç atasının ən yaxın dostu ilə söhbət edir. O, onun atası ilə nələrdən keçdiyini və onun kənd həyatından danışırdı. Birdən o, Fyodrdan belə bir şeyin burada mümkün ola biləcəyini soruşdu. O, isə əlbəttə mümkün ola biləcəyini dedi. İvanoviç Stepanida adlı bir qızla «əlaqədə» olurdu və bunun qarşılığında Fyodra bir rubl verirdi. Yevgeni özünə sadə bir fikirlə haqq qazandırırdı: “Mən rahib deyiləm!”
Bu əlaqələrdən sonra onun işi xeyli irəlilədi. Borcların sayı xeyli azalmağa doğru başladı və qadınla əlaqədə olmaq lazım gəldikdə Fyodr vasitəsilə Stepanida ilə əlaqədə olurdu. Bir neçə ay keçdikdən sonra əsərin qəhrəmanı bütün borclarını bağladı və sözgedən «sunamidən» yan keçdi. Onun anası olan Marya Pavlovna öz oğlunu evləndirmək istəyirdi. Artıq bir neçə ailə belə öz qızını Yevgeniyə ərə verməyə hazır idi, hamısı da yuxarı təbəqədən. Lakin o, Liza adlı bir qızla ailə həyatı qurdu. Yevgeninin ailə qurmaqda əsas fikri Stepanida ilə bütün əlaqələrini kəsməkdi. Lakin bu alınmırdı. Hətta onların ailəsində uşaq olandan sonra belə alınmırdı. Yevgeni o, qadından ayrıla bilmədiyi üçün artıq isterik vəziyyətə belə düşmüşdü….
… Bir gün Yevgeni otağında durub, necə deyərlər, «bütün kartları masaya qoydu» və düşündü ki, «Bu qədər olmaz. İki qadınla bir həyatı bölüşmək olmaz! Ya Liza, ya da Stepanida». O, əlinə bir silah götürüb bir daha düşündü «İksindən biri olmasa, yaşamaq daha rahat olacaq, ya Lizanı, ya da Stepanidanı ödürüm. YOX! Üçüncü yol da var! Özümü öldürüm və canım bu ikili oyundan qurtarsın» O, elə də etdi. Yevgeni İvanoviç əlindəki silahı gicgahında dayadı və bir atəş açmaqla əbədəlik həyata qovuşdu. Onun ölüm səbəbini heç kim aydınlaşdıra bilmədi, hətta polislər belə. Müəyyən versiyalar irəli sürüldü, lakin heç biri həqiqətə belə yaxın deyildi.
Mənim fikrimcə, əsərdəki İblis Yevgeninin daxilindəki şəhvət hissidir və Tolstoy da oxuculara bunu demək istəmişdir. Povest real hadisələr üzərində qurulub. Yazıçının gündəliyində bu əsər «Fridrexsin hekayəti» adı ilə qeyd olunub.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)