Volter - Xeyirxah bramin haqqında.
Proza
Mənə dünyanı səyahətlərim zamanı bir yaşlı braminlə görüşmək müyəssər olub. Bu bramin müstəsna müdrik , çox hazırcavab və dedikcə elmli və həm də varlı adam idi. Varlılığı da ona xüsusi olaraq müdrik olmağa imkan verirdi , çünki heç nəyə ehtiyacı yox idi və heç kimi də aldatmağa ehtiyacı yox idi. Təsərrüfatında üç gözəl qadın komıkçisi var idi . Bu gadınlar braminin hər işinə yaramağa çalışırdılar. Bramin onlarla əylənmədiyi vaxtlarında dərin düşüncələrə qərq olurdu .
Füsunkar bağları ilə əhatə olunmuş evinin yaxınlığında yaşlı , mömin və səfeh bir hindu qadın yaşayırdı.
Bir dəfə bramin mənə dedi : “ Mən dünyaya heç gəlməməyə üstünlük verərdim”.
Mən ondan niyəsini soruşanda , o belə cavab verdi :” Mən elmlə artıq 40 ildir ki, məşğulam. Bütün bu illər hədər yerə sərf olunub. Mən başqalarını öyrədirəm , amma özüm tam xəbərsizəm. Bu hal mənim üçün elə alçaldıcı və ürəkbulandırıcıdır ki, yaşamağa daha tabım yoxdur. Mən zaman daxilində anadan olmuşam və yaşayıram , amma zamanın nə olduğunu bilmirəm. Müdriklər demiş , mən iki əbədiyyətin arasındakı nöqtədə yerləşirəm , amma əbədiyyətin nə olduğu haqqında heç təsəvvürüm yoxdur. Mən hansısa bir maddədən ibarətəm. Mən düşünürəm , amma fikirlərrim harada doğulur , onu bilmirəm. Mənə məlum deyil ki, anlamaq , mənə xas olan - yerimək və qidanı həzm etmək kimi sadə xüsusiyyətdir ? Mənə məlum deyil ki, əllərimlə nə isə götürdüyüm kimi , başımla da bu tərzdə fikirləşirəm ya yox . Mənə məlum olmayan təkcə fikirlərimin mexanizmi deyil , hərəkətlərimin mexanizmi də mənə gizlidir. Mənə mövcudluğumun səbəbi bəlli deyil . Bununla yanaşı hər gün mənə bu barədə suallar verirlər. Sualları cavablandırmağa məcbur olub , çox danışıram. Amma ağıllı – başlı heç bir izah verə bilmirəm. Təşvişə düşürəm , öz - özümdən utanıram.
Məndən Vişnu`nun Brahma`dan yarandığının həqiqət olduğunu yaxud onların hər iksinin əzəli olduğunu soruşanda , halım daha da pisləşir. Tanrı şahiddir ki, bu barədə heç nə bilmirəm və cavablarımdan da bu hiss olunur. “Ah, möhtərəm ata , - deyə mənə müraciət edirlər – niyə şər yer üzünü bürüyüb ? ” Mən özüm də bu sualın qarşısında , sualı verənlər kimi çıətinlikdə qalıram. Hərdən mən onlara deyirəm ki, dünya gözəldir , lakin müflisləşmiş və müharibə dövründə şikəst olmuşalar mənə inanmırlar. Elə özüm də özümə inanmıram. Buna görə də bilik yanğısı və özümün məlumatsızlığımdan məyusluq duyub , evdə qapanıram. Qədim müqəddəs yazıları oxuyuram. Onlar isə zülməti daha da tündləşdirir. Dostlarıma müraciət edirəm. Onlar isə deyir ki, gərək dünyadan həzz alasan , insanlara məhəl qoyma. Bəzilərinə isə elə gəlir gəlir ki, guya nə isə bilirlər , əslində isə sərsəmləməklə cəfəng nəticələrə gəlirlər. Bütün bunlar mənə hakim kəsilmiş hissləri daha da şiddətləndirir. Bəzən , illərlə etdiyim axtarışlardan sonra haradan gəlib hara getdiyimi , nə olduğumu və nə olacağımı bilməməyim məni ümidsizliyə sürükləyir. “
Bu insanın halı məni əsl hüznə qərq etdi. Başqa belə zəkalı və ləyaqətli insan tapmaq olmazdı. Mən anladım ki, onun zəkası nurlandıqca və ürəyi daha çox həssas olduqca , o özünü daha çox bədbəxt hiss edir.
Həmin gün mən qonşuluqda yaşayan qadınla da danışdım. Mən ondan soruşdum ki, ruhunun necə təşkil olunduğunu bilməməsi heç onu məyus edibmi? Qadın hətta sualın özünü başa düşmədi. Qadın ömrü boyu bir dəfə də olsa , Braminə rahatlıq verməyən müəmmalı sualları özünə verməmişdi . Qadın sidq ürəklə Vişnu`nun fərqli təzahürlərinə inanırdı və Qanq çayından “dəstımaz” üçün su tapanda , özünü dünyanın ən xoşbnəxt qadını sayırdı. Mən bu miskin varlığın özünü xoşbəxt hesab etməsinə heyrət etdim və filosofun yanına qayıdıb , ona dedim : “Sizin qonşuluğunuzda yaşayan, heç nə haqqında düşünməyən və hər şeydən razı olan mexaniki məxluq varkən , özünüzü bədbəxt hesab etməyə vicdanınız necə yol verir ? ”
-Siz haqlısınız , - deyə cavab verdi, - yüz dəfələrlə öz - özümə demişəm ki, qonşu qadın kimi səfeh olsaydım , xoşbəxt olardım. Amma hər halda mənə belə xoşbəxtlik lazım deyil.
Braminin bu sözləri məndə daha dərin təəssürat oyatdı. Özüm haqqında düşündüm və anladım ki, əgər xoşbəxt olmaq üçün ağılsız olacağamsa, heç mən də belə xoşbəxtliyi arzulamazdım.
Öz fikirlərimi filosoflara izah etdim və onlar mənimlə razılaşdılar. “Lakin bu düşüncə tərzində müdhiş bir ziddiyət var, - mən dedim , - axı söhbətin mahiyyəti nədir ? Mahiyyət xoşbəxt olmaqdır. Axmaq və ya ağıllı olmağın nə fərqi var ? Bundan əlavə , taleyindən razı olanlar hamısı əmindilər ki, məhz razıdırlar. Bu barədə düşünənlər isə , mühakimələrinin sağlam düşüncəyə əsaslandığına əmin deyillər. Beləliklə , aydın olur ki , sağlam düşüncəyə malik olmamağa üstünlük verməliyik, çünki sağlam düşüncə bizim bədbəxtliyimizə yol verir.”
Hamı mənimlə razılaşdı , amma , buna baxmayaraq heç kim xoşbəxt olmaq üçün axmaq olmaq istəmirdi. Buradan da belə nəticyə gəldim ki, əgər xoşbəxtliyimizi dəyərləndirirksə, ağlımızı dah çox dəyərləndiririk. Lakin diqqətlə düşündükdə görürük ki, ağılı xoşbəxtlikdən üstün tutmağın özü də ağılsızlıqdır. Bəs bu ziddiyyəti necə izah edək ? Bütün digər ziddiyyətlər kimi . Bu barədə danışmağa dəyər.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ