Edebiyyat.az » Proza » İntihar edib uşaqları qorxudan Azərbaycan yazıçısı

İntihar edib uşaqları qorxudan Azərbaycan yazıçısı

İntihar edib uşaqları qorxudan Azərbaycan yazıçısı
Proza
Necef Esgerzade
Müəllif:
18:23, 14 iyun 2019
1 469
0
Stalinin anadan olduğu Qori şəhərində 1876-cı ildə açılan seminariyanın fəaliyyətə başlamasında Mirzə Fətəli Axundovun böyük əməyi olmuşdu. Seminariyanın Azərbaycan şöbəsi 1879-cu ildə Mirzə Fətəli Axundovun layihəsi əsasında açılmışdı.
Axundov təkcə modern Azərbaycan ədəbiyyatının banisi olmaqla məhdudlaşmırdı, o, modern Azərbaycan yazıçılarının bir çoxunun o cümlədən Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Nəriman Nərimanovun təhsil aldığı məktəbin də banisi idi.Qori seminariyasının müdavimlərindən biri də Süleyman Sani Axundov olmuşdu. İlk yazılarını yazmağa başlayan Süleyman Mirzə Fətəli ilə eyni familiyanı  daşıdığına görə Sani təxəllüsünü soyadının əvvəlinə əlavə etmişdi. Sani ərəbcə “ikinci” demək idi.
Bir əsrdir ki, Süleyman Sani Axundovun “Qorxulu nağıllar”ı uşaqları qorxutmaqdadır. Amma Süleymanın Qoridəki intiharı uğursuzluqla başa çatmasaydı, başqa cür desək şagird Süleymanın həyatı qorxulu bir nağılla bitsəydi, bu nağıl da danışılmayacaq, Qaraca qız da ölməyəcəkdi.
Çörəklə imtahan
Böyük Azərbaycan şairi Xaqani “Çörək” adlı qəsidəsində yazırdı:  
Adəm behişti tərk elədi, mənsə yurdumu,
Buğda ona qənim, mənə də sən bəla, çörək!
Onun intiharı birbaşa çörəklə bağlıydı, çörək ona qənim olmuşdu. Hər şey onun növbətçi olduğu gün (10 yanvar, 1893) məktəbə göndərilən çörəyin keyfiyyətsiz olmağı ilə başladı. Azərbaycan şöbəsinin inspektoru Çernyayevski  Süleymana pul verib onu çörək almağa göndərdi. İntihar məktubunda da yazdığı kimi Süleyman Qoridə qərib idi, buna görə də çörəyin qiymətini ona baha dedilər, o da aldı. Çernyayevski onun oğurluq etməsindən şübhələndi. Sabahısı gün onun çörək aldığı dükan yoxlandı, Süleymanın düz dediyi aydın oldu.
Yoxlamanın nəticəsi haqqında da Süleymana məlumat verildi. Lakin izzəti-nəfsi təhqir edilən Süleyman rahat olmadı, 22 yanvarda o, şagirdlərin gözü qarşısında nümayişkaranə şəkildə Çernyayevskinin qarşısında ayağa durmadı. Sabahı günün gecəsi məsələsi intizam komissiyasında qoyulanda o intihar məktubları yazırdı. Bəli, Xaqaninin da başına bəla olan çörək Süleyman Sani üçün də intiharın zəminini hazırlamışdı.
Çernyayevski haşiyəsi
Aleksey Cernyayevski"...Azərbaycanlılardan görkəmli maarif və mədəniyyət xadimləri daha çox yetişəcək. Onlar ana dillərində dərsliklər yazacaqlar, bu xalqın zəngin ədəbiyyatından, tarixindən cild-cild əsərlər hazırlayacaqlar. Bu gün mənim elədiklərim o zaman çox cüzi görünəcək. Mən bunu hər bir azərbaycanlı seminaristin simasında görürəm. İftixar edirəm ki, «Vətən dili» kitabını müsəlman balaları üçün mən tərtib etmişəmÇernyayevskinin sözləridir.
 Aleksey Osipoviç Çernyayevski Azərbaycan maarifinə misilsiz töhfələr vermiş Şamaxı rusu idi. Onun yazdığı «Vətən dili» dərsliyi Azərbaycan dilinin ilk əlifba dərsliyi idi. Dərsliyin I hissəsini tək yazsa da II hissənin maraqlı bir həmmüəllifi vardı: Səfərəli bəy Vəlibəyov.  


Vəlibəyov Qori seminariyasının müəllimi və Süleyman Sani Axundovun dayısı idi. (Dayı 7 ildir Qoridən getmişdi, Bakıda işləyirdi)
Cəlil Məmmədquluzadədən tutmuş Üzeyir bəyə qədər bir nəsil əlifbanı onun kitabından öyrənəcəkdi. Qori seminariyasının Azərbaycan şöbəsinin açılması üçün Azərbaycanı kəndbəkənd gəzib ora uşaq toplayan da Aleksey Osipoviç idi. Yəni, Çernyayevski azərbaycanlıları “vəhşi asiyalı” kimi görən rus şovinistlərindən deyildi. Dörd məktub, bir bayatı
O gecə Süleyman artıq intihar edəcəyinə qərar vermişdi. Oturub dörd məktub yazdı, birinci məktub dayısı İsmayıl bəy Səfərəliyevə ünvanlanmışdı: “Mən bu ləkə ilə yaşaya bilmərəm”.
 İkinci məktub seminariya yoldaşı Musaya yazmışdı: “Elə mənim üçün kifayətdir ki, dünyada məni başa düşə bilən bir adam tapmışam. Sabah mənim qanlı meyitimi görüb deyəcəksən: Burda bir qərib ölüb; Göy ağlar, bulud kişnər. Əlvida dostum. Məni heç bir vaxt yadından çıxarma. Öpürəm səni”.
Üçüncü məktub Çernyayevskinin adına idi: “Mən namuslu olduğumu yoldaşlarım yaxşı bilirlər. Desələr, Axundov filan işdə dələduzluq etmişdir, əminəm ki, onların heç biri buna inanmaz… Ağ saçlarınızdan utanın, qoca! Eh! Siz mənim başıma nə iş açdınız!”
Dördüncü məktubla isə borclu olduğu Saşaya xitab eləyirdi: “Sabah doqquz manatınızı alacaqsınız. Mən sizin pulunuza üzük yox, bizim şüşəçi Xaritovdan tapança almışam. Şərtimiz belədir: əgər onun tapançası mənim xoşuma gəlməsə, özünə qaytarıb pulu geri almalıyam”.
Məktublar yazıldı, tapança hazırlandı, saat 5-də güllə açıldı. Sabahısı gün seminariyanın direktorunun Qafqaz Təhsil İdarəsinin rəisinə təqdim etdiyi raportda seminariya həkimi Saakovun verdiyi arayışa istinad edilmişdi: “Axundovun atdığı güllə onun sol döşünün əzələsini yarım verşok enində dəlib keçmişdir və bu yara Axundovun həyatı və səhhəti üçün qorxulu deyildir”.
Qorxulu nagıllarPedaqoji Şura onun intihar etməsini müzakirə edərkən Çernyayevski iclasda iştirak etməsə də yolladığı yazılı rəydə Axundova hər hansı bir cəza verilməsini insanlıqdan kənar hesab etdiyini vurğulamışdı.
Xəstəxanada yatarkən Çernyayavski dəfələrlə Süleymanı ziyarət etdi. Lakin bu intihar Çernyayevski üçün yaxşı qurtarmadı, dəfələrlə müxtəlif orqanlara çağırıldı, axırda məcbur olub ərizə yazdı və təqaüdə çıxdı.
Müəlliminin həyatında mənfi bir rol oynasa belə Süleyman Sani Axundov sonralar özü də müəllim olacaq, Çernyayevskinin maarif nurunu yayacaqdı. 
Qorxulu nağılllar
1912-1914-cü ildə yazdığı bu silsilə onun ədəbiyyat pasportuna çevrildi. Süleyman Sani Axundov “Qorxulu nağıllar”a, “Qorxulu nağıllar” isə Qaraca qıza görə tanınırdı. Amma çox maraqlıdır ki, uşaqlar üçün nəzərdə tutulmuş bu nağıllar sözün həqiqi mənasında qorxuluydu.
Misal üçün məşhur “Qaraca qız” nağılı Qaraca qızın ölümü ilə başa çatırdı. Ya da “Abbas və Zeynəb” nağılı bu uşaqların güllələnməsi ilə bitirdi.
Yoxsa bütün bunlar 18 yaşın intiharının travması idi?!
Mənbə: Abbas Zamanov; Əməl dostları Yazıçı 1979
Hazırladı: Qan Turalı 
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)