Rabindranat Taqor - Ac daşlar
Proza
Biz ona qatarda rast gəldik: dostumla mən, Puca bayramı münasibəti ilə ölkəni səfərə çıxmışdıq, indi səfərimizi başa vurub, Kəlkətəy. Qayıdırdıq. Əvvəlcə biz onu geyimindən qərb əyalətlərində yaşayan müsəlmana oxşatdıq. Danışığı bizi geyimindən də möhkəm çaşbaş saldı. O, hər şey və bütün hadisələr barəsində elə mühakimə yürüdürdü ki, qulaq asan deyərdi ki, allah-taala həmişə birinci növbədə onunla məsləhətləşir. Bu vaxta qədər qulağı dinc yaşayırdıq, dünyada çox qəribə əhvalatlar baş verdiyini təsəvvürümüzə gətirməzdik ki, rusların inkişaf eləmələrindən, ingilislərin bu cür gizli planlar hazırlamasından, yerli knyazların başına gələn həngamələrdən xəbərsizdik. Bizim təzə tanışımız bic-bic gülümsünərək, ingilis dilində dedi:
- Yer üzündə və göydə bir çox elə şeylər var ki, Horasio, onların barəsində bizim qəzetlərdə məlumat verilmir.
Biz evimizdən birinci dəfə idi ki, çıxırdıq. Ona görə də bu adamın davranışı bizi heyran qoymuşdu. O, əlinə bir kiçicik fürsət düşən kimi elmdən danışır. Vedilərdən1 sitat gətirir, yaxud da birdən fars dilində şerlər söyləməyə başlayırdı, biz isə alimlik iddiasında olmadığımızdan və Vediləri, eləcə də fars dilini yaxşı bilmədiyimizdən, ona ehtiramımızı getdikcə artırdı. Mənim mütəsəvvür dostum hətta bu əqidəyə gəldi ki, yol yoldaşımız axirət dünyası ilə, nə isə bir cazibə qüvvəsi ilə, ya ruhlar səltənəti, yaxud ulduz cisimləri, ya da buna bənzər bir şeylə əlaqədardır. O, bu qeyri-adi adamın ən adi sözünü belə heyrət və dərin ehtiramla dinləyir, xəlvətcə bu sözləri yazırdı. Mənə elə gəlirdi ki, müəmmalı adam bunu duymuşdu və elədiyi təsirdən razı idi.
Qatar qovşaq stansiyasına çatdı, biz ikinci qatarı gözləmək üçün vağzala girdik. Gecə saat on birin yarısı idi. Bizə xəbər verdilər ki, dəmiryolu xəttində nə isə bir hadisə baş verib, ona görə qatar gec gələcəkdir. Mən yataq şeylərimi stolun üstünə salıb, bir qədər mürgüləmək qərarına gəldim. Lakin, elə bu vaxt bizim qəribə yol yoldaşımız yenə söhbət eləməyə başladı. Beləcə, həmin gecə mən yata bilmədim.
Mən müdriyyətlə yola getmədiyimə görə, Cuqantordan işdən çıxıb. Heydərabada, nizamın2 yanına qulluğa gələndə, hələ cavan, sağlam idim, ona görə də məni Baricdə pambıq vergisi toplayan vəzifəsinə təyin etdilər.
Baric çox gözəl yerdir. Şusta çayı (təhrif olunmuş sanskrit dilində adı Svaçhatoyadır) dağların ətəyindən, qalın meşələrin arasından öz daş məcrası ilə qıjıltı və sürətlə axır. Çayın sahilində, ondan yüz əlli pillə yuxarıda, dağın ətəyində ağ daşdan bir tək saray vardır; bu arada ondan savayı daha heç bir ev-eşik yoxdur, – pambıq bazarı və Baric kəndinin özü buralardan uzaqdır.
Sarayı bu insan yaşamayan yerdə təxminən iki yüz əlli il əvvəl Şah İkinci Mahmud, eyş-işrət üçün tikdirmişdi. O zaman çimmək yerlərində ətirli gül suyu vuran fəvvarələr, xəlvət otaqlarda, su zərrələri ilə sərinləşdirilən, sərin mərmər skamyaların üstündə cavan İran qızları oturur, onlar çimməyə hazırlaşaraq, saçlarını açıb üzlərinə, çiyinlərinə tökər və çiçək ləçəyi kimi
zərif ayaqlarını dumduru su fəvvarəsinin altına tutardılar, dizlərinin üstündə ontar olardı, otaqlarda ucadan qəzəl oxunardı.
İndi o fəvvarələr işləmir; daha orada mahnı oxunmur; ağ daşın üstündə gəzən gözəllərin yüngül addım səsləri eşidilmir – indi ora çox böyük və tamam boş bir mənzildir, mənim kimi təklikdən zinhara gəlmiş vergi toplayanların yaşayış yeridir. Kontorun köhnə işçisi Kərim xan mənə demişdi ki, məbadə o sarayda gecələyəsən. O dedi ki, əgər istəsən, gündüz orada qala bilərsən, ancaq gecə qətiyyən qalmaq olmaz. Mən bunun cavabında güldüm. Xidmətçilər dedilər ki, gündüz orada işləməyə razıdırlar, ancaq axşam düşəndən sonra çıxıb gedəcəklər.
Mən cavab verdim:
- Qoy siz deyən olsun. – Bu ev elə bir ad çıxarmışdı ki, hətta oğrular da gecə ora girməyə ürək eləmirdilər.
İlk vaxtlar xaraba daş sarayın boşluğu məndə nə isə qorxuya bənzər bir hiss oyadırdı, buna görə mümkün qədər, gündüzlər oradan uzaq olmağa çalışırdım, gecədən xeyli keçmiş yorğun-arğın qayıdıb, yatağıma girir və dərhal yuxuya gedirdim.
Lakin heç bircə həftə də keçməmişdi ki, binanın qeyri-adi sehrləri mənə təsir etməyə başladı. Mənim o zaman nə vəziyyətdə olduğumu təsvir eləmək çətindir, danışıqlarıma inanmaq isə bundan da çətindir. Bütün bina elə bil məni yavaş-yavaş öz dərinliklərinə çəkən bir canlı orqanizm idi.
Görünür, bu əhvalat mən saraya daxil olduğum gündən başlamışdı, ancaq mən yalnız onun əlamətlərini ilk dəfə hiss elədiyim gün, baş vermiş hadisələri yaxşı xatırlayıram. İstilər düşmüşdü, bazar az idi, ona görə də mən demək olar ki, bekar olurdum. Bir dəfə mən, günün batmasına bir az qalmış, aşağıda saray pilləkəninin qabağında kürsüdə oturmuşdum. O zaman Şustanın suyu azalmışdı. Ona görə qürub günəşinin şüaları o biri sahildə saysız-hesabsız daşları işıqlandırırddı, mənim ayağımın altında, çayın dayaz yerlərində isə dumduru suyun altında xırda daşlar parıldayırdı. Hava tamam küləksiz idi. Yaxın təpələr tərəfdən gələn dağ reyhanı, yarpız və cirə ətri durğun havanı bürümüşdü.
Günəş dağların dalına enən kimi, gündüz səhnəsinin üstünə böyük, qara bir pərdə çəkildi – dağlar yaxında idi, ona görə də günəş batandan sonra işıqla kölgənin görüşü burada çox çəkmirdi. Mən ata minib bir az gəzmək istədim, lakin elə kürsüdən təzəcə qalxmışdım ki, pilləkənlərdə addım səsi eşidildi. Mən dönüb səs gələn tərəfə baxdım, heç kim yox idi.
Fikirləşdim ki, yəqin məni qara basır, təzədən əvvəlki yerimdə əyləşdim, o saat yenə addım səsləri eşidildi – elə bil pilləkənlə üzü aşağı bir neçə adam qaçışırdı. Məni anlaşılmaz sevinclə qarışıq qəribə bir qorxu hissi götürdü. Pilləkənin üstündə heç kim yox idi, amma mənə elə gəlirdi ki, bir dəstə qız deyə-gülə bu yay axşamı Şustada çimmək üçün pilləkənlə aşağı enir. Axşamın qaranlığında heç bir yerdən, nə dağın ətəyindən, nə çayın sahilindən, nə də bomboş saraydan qətiyyən səs-səmir gəlməsə də, mən çimməyə gedən qızların bərkdən gülə-gülə, bir-birlərini qova-qova yanımdan yüyürüşüb keçdiklərini çox yaxşı eşidirdim. Onlar elə bil məni görmürdülər, onlar mənim gözümə görünməyən kimi, mən də onların gözünə görünmürdüm. Çay yenə əvvəlki kimi sakit idi, ancaq mən qımrovlu qolbaqlar taxılmış qollar tərpəndikcə dumduru suyun necə çalxalandığını, onların gülüşə-gülüşə bir-birlərinin üstünə su atmalarını, çimənlər ayaqlarını vurduqca, milyonlarla mirvari dənələri kimi su zərrələrinin necə göyə qalxdığını aydın təsəvvür edirdim.
Məni anlaşılmaz bir həyəcan bürüdü: bu, qorxu hissi idimi, sevincdimi, yaxud maraqdımı, bilmirəm. Mən bunların hamısını görmək həsrətində idim. Diqqətlə ətrafa baxdım – gözlərimin qabağında heç elə bir qəribə əhvalat yox idi. Mənə elə gəlirdi ki, diqqətlə qulaq assam, onların danışıqlarını başa düşəcəyəm, ancaq diqqətimi nə qədər cəmləşdirirdimsə, cırcıramaların cırıltısından başqa heç bir səs eşidilmirdi. Sanki mənim qabağımda iki əsr yarımlıq qara pərdə dalğalanırdı. Mən qorxa-qorxa pərdənin qırağını qaldırdım: ora çoxlu adam toplaşmışdı, lakin zülmət qaranlıq mənim onları görməyimə mane olurdu.
Qəfil qalxan külək ağır-ağır havanı tərpətdi, çayın sakit səthində pərilərin saçına oxşayan xırda ləpələr əmələ gəldi; axşamın qaranlığına qərq olmuş gecə xışıldadı, o, elə bil ağır yuxudan ayılmışdı. Bunu nə istəyirsiniz adlandırın, istəyirsiniz ona yuxu, yaxud xəyal deyin, lakin gözümün qabağında açılmış bu mənzərə, iki əsr yarım bundan əvvəl baş vermiş əhvalatlar, bir anda yoxa çıxdı. Mənim təsəvvürümün yaratdığı məxluqlar – sakitcə, lakin mənim aşkarca eşitdiyim kimi, gülüşə-gülüşə, qeyri-cismani ayaqları üstündə tələsik yanımdan yüyürə-yüyürə keçən varlıqlar, paltarlarının suyunu sıxa-sıxa geri qayıtmadılar. Külək ətri aparan kimi, onları da bahar nəsimi yoxa çıxartdı.
Mən qorxdum ki, birdən şairlik ilhamı bu yerlərinkimsəsiz olmasından istifadə eləyib, boynuma minər. Görünür, şıltaq ilahə mənim – pambıq vergisi toplamaq hesabına dolanan bir zəhmətkeşin başını batırmaq niyyətində idi. Mən bu qərara gəldim ki, gedib möhkəmcə yemək lazımdır, axı, bütün müalicəsiz xəstəliklər aclıqdan törəyir. Aşpazı çağırdım və ona çox yağlı, ədviyyatlı moğol xörəyi hazırlamağı tapşırdı.
Səhəri bütün bu əhvalatların hamısı mənə çox gülməli gəldi. Mən keyfi kök, damağı çağ, sahiblər geyən probka dəbilqəmi geydim, kolyaskaya əyləşib cilovları əlimə aldım və atları yerindən tərpətdim. Kolyaska yolda bərk taqqıltı salmağa başladı – mən öz işlərimin dalınca getdim. Həmin gün mən gərək işim barədə üç aylıq hesabat yazaydım, ona görə fikirləşirdim ki, gec qayıdacağam. Ancaq hələ axşam olmamış, qarşısıalınmaz bir qüvvə məni evə çəkməyə başladı. Məni kimin çağırdığını deyə bilmərəm, ancaq mənə elə gəlirdi ki, daha burada ləngimək olmaz, məni gözləyirlər. Hesabatı yazıb qurtarmamış, dəbilqəmi başıma basdım və taqhataqla gedən kolyaskaya əyləşib, kimsəsiz, hər iki tərəfi axşam toranına qərq olmuş ağaclarla tutulu yolla evə yollandım, nəhayət, dağın ətəyindəki səssiz-səmirsiz nəhəng saraya çatdım.
Pilləkənin üstündəki zal çox böyük idi. Onun tavanı gözəl tağların üstündə idi, tağları üç cərgə iri sütunlar saxlayırdı. Bu bomboş zaldan gecəli-gündüzlü əks-səda əskik olmurdu. Axşam düşmüşdüsə də, lampalar hələ yandırılmamışdı. Mən qapını itələyib, zala girdim, elə o saat hiss elədim ki, çaxnaşma başlandı, sanki bir xeyli adam yerlərindən qalxıb, kim hara gəldi: kimisi qapıya, kimisi pəncərəyə, kimisi də eyvana tərəf qaçışdılar. Mən heç bir şey görmədiyimdən çaşbaş halda yerimdə dayanmışdım. Məni nə isə hər şeyi unutduran bir hiss bürümüşdü. Sanki hava çoxdan yox olmuş ətirlərin, ətirli yağların qoxusu ilə dolmuşdu. Mən nəhəng qaranlıq zalda, qədim daş sütunların arasında dayanıb ətrafa qulaq verirdim: fəvvarələrin suyu şırıltı ilə ağ daşların üstünə tökülürdü, kim isə sitar çalırdı, ancaq mən havanı ayırd edə bilmirdim; bəzən qızıl bəzək şeylərinin cingiltisi eşidilirdi, arabir iri mis sini döyülürdü, haradansatəbil səsi gəlirdi, büllur asmalar cingildəyirdi, eyvanda qəfəsə salınmış bülbüllər ötürdülər, bağdan qu quşunun səsi gəlirdi, ətrafında əfsanəvi bir musiqi büsatı vardı!
Məndə belə bir hiss yaranmışdı ki, guya yer üzündə yeganə həqiqət bu çox zərif, demək olar ki, heç duyulmayan hadisələrdir, qalan şeylər hamısı boş xəyaldır. Mənim mən olmağım, yəni rəhmətlik atamın böyük oğlu, dörd yüz əlli rupi qazanan, pambıq vergisi toplayan olmağım, başımda probka dəbilqə, əynimdə qısa tujurka olması, atları özümün sürməyim, bunların hamısı mənə o qədər gülməli, mənasız göründü ki, özümü saxlaya bilməyib, nəhəng, səssiz boş zalda ucadan güldüm.
Bu zaman mənim xidmətçim olan müsəlman, əlində lampa içəri girdi. Yəqin o, elə fikirləşdi ki, mən dəli olmuşam, bunu deyə bilmərəm, ancaq mən elə həmin dəqiqə xatırladım ki, mən doğrudan da …natham, rəhmətlik …çondronun3 böyük oğluyam, mən eyni zamanda onu da xatırladım ki, bizim şairlər bir şeyi həll etməlidirlər: bu dünya, yaxud bu dünyadan kənarda, mövcud olmayan fəvvarələr ola bilərmi, gözə görünməyən barmaqlar xəyali sitarı çala bilərmi? Bir şey şübhəsiz həqiqət idi: mən Bariçdə pambıq vergisi toplayırdım, qazancım da dörd yüz əlli rupi idi. Mən yenə bayaqkı qəribə vəziyyətimi xatırlayıb, qəhqəhə ilə güldüm və əlimdə qəzet, qatlanan stolun arxasında oturdum; stolun üstündə neft lampası vardı.
Qəzeti oxuyub, moğol xörəyini yeyəndən sonra, balaca künc otaqdakı çarpayıya uzandım və lampanı söndürdüm. Açıq pəncərədən, meşəli Arali dağının üstündə, çox hündürdə səyriyən bir kiçik ulduz görünürdü. Ulduz on min milyon millərlə hündürlükdən gözünü narahat yol çarpayısında uzanmış hörmətli vergi toplayan cənaba zilləmişdi. Mən buna təəccüblənə-təəccüblənə, bu barədə fikirləşə-fikirləşə nə vaxt yuxuya getdiyimdən xəbər tutmadım. Nə qədər yatdığımı bilmirəm, ancaq birdən diksinib gözümü açdım – otaqda heç səs-səmir yox idi, içəri bir kimsənin girdiyi də hiss olunmurdu. Gözünü məndən çəkməyən, hərəkətsiz dayanmış ulduz tutqun dağın dalında yox olmuşdu, otağa kiçilən ayın zəif işığı düşmüşdü, o, icazəsiz içəri girdiyinə görə üzr istəyirmiş kimi, otağa qorxa-qorxa süzülürdü.
Mən heç kimi görmürdüm, ancaq aşkarca hiss eləyirdim ki, kim isə yavaş-yavaş məni dümsükləyir. Zənlə baxıb gördüm ki, barmaqları üzüklə dolu bir adam mənə əl eləyir.
Mən astaca yerimdən qalxdım. Bu nəhəng, yüzlərlə zal və otaqları olan, səslər yavaşıyan və təkrar-təkrar əks-sədalar eşidilən boş sarayda məndən başqa heç bir ins-cins olmasa da, mən hər dəfə addımımı atdıqca qorxudan donurdum, sanki kimi isə oyadacağımdan ehtiyat eləyirdim. Otaqların çoxu həmişə bağlı olurdu, buna görə mən o otaqlara girməzdim.
Həmin gecə xəlvət-xəlvət, nəfəsimi qısaraq, gözə görünməyən bələdçimin ardınca hara getdiyim yadımda deyil. Necə dar və qaranlıq keçid ötdüyümü, necə balaca, xəsif havalı xəlvət otağa girdiyimi deyə bilmirəm.
Mən gözəgörünməz bələdçimi görə bilmirdimsə də, onun görkəmi təsəvvürümdə çox aydın canlanmışdı. O, Ərəbistandan idi, paltarının gen qollarının altından ağ, qəşəng, yup-yumru qolları görünürdü, papağından sallanan nazik parça üzünü örtmüşdü, belindən isə əyri xəncər sallanırdı.
Mənə elə gəlirdi ki, min bir gecə ərəb nağıllarındakı gecələrdən birinə düşmüşəm, guya yuxuya getmiş Bağdadın dar, qaranlıq küçələri ilə çox təhlükəli görüşə gedirəm.
Qəflətən bələdçim bir tünd göy pərdənin qabağında dayandı və barmağı ilə aşağını göstərdi. Orada heç bir şey görünmürdü, ancaq qorxudan damarlarımda qanım dondu. Hiss elədim ki, pərdənin qabağında, döşəmənin üstündə bir qəzəbli afrikalı xacə oturmuş, ayaqlarını qabağa uzatmışdı, dizinin üstündə siyirmə qılınc vardı. Mənim bələdçim asanlıqla onun üstündən adlayıb, pərdənin qırağını qaldırdı.
İran xalıları ilə döşənmiş otağın bir hissəsi açıldı. Taxtın üstündə əyləşən adam görünmürdü, yalnız zəfəran rəngində gen paltarın altından iki qəşəng, qızıl və gümüşlə işlənmiş başmaqlı balaca ayaq çıxmışdı, onlar tənbəl-tənbəl çəhrayı məxmərə söykənmişdi. Stolun üstündə göyümtül büllur qabda alma, armud, portağal və iri üzüm salxımı vardı, bunların yanına iki kiçik piyalə və kəhrəba rəngində şərabla dolu büllur qrafin qoyulmuşdu, bu şeylərin hamısı qonaqlar üçün idi. Otağa bərk tiryək qoxusu dolmuşdu, bu iy məni məst eləyirdi.
Ancaq mən qorxa-qorxa, səksəkə içərisində xacənin qabağa uzadılmış ayağının üstündən adlamaq istəyəndə, o diksindi və qılınc cingilti ilə daş döşəməyə düşdü.
Dəhşətli bir qışqırtı eşidildi, bu zaman mən gördüm ki, qan-tər içində öz yol çarpayımın üstündə oturmuşam. Dan yeri sökülməyə başladığından, nazik orağa oxşayan ay, bütün gecəni yuxusuz qalmış xəstə kimi tamam solmuşdu, dəli Mehrəli isə adəti üzrə səhər-səhər boş yolda o tərəf-bu tərəfə yüyürür və qışqırırdı: “Çəkil, kənara çəkil!”
Mənim ərəb nağıllarımın birinci gecəsi belə qurtardı, ancaq hələ mini qalırdı.
Gündüzümlə gecəm arasında çarpışma düşdü. Mən gündüzlər, yorğun-ağrın, yuxusuz keçən gecələrdə gördüyüm xəyallara lənət oxuya-oxuya işə girişirdim, ancaq elə ki, şər qovuşurdu, bütün gördüyüm işlər mənə əhəmiyyətsiz, gərəksiz və gülünc görünürdü.
Axşam düşən kimi mən qəribə bir məstlik vəziyyətinə düşürdüm. “Mən elə bil yüz illərlə geriyə qayıdır və nə isə naməlum hadisələrin iştirakçısına çevrilirdim; bu zaman pencək və dar şalvar daha mənə yaraşmırdı. Mən qırmızı məxmərdən tikilmiş fəs qoyur, gen köynək, tikili jilet geyir, çiynimə uzun ipək bürüncək salırdım, əlvan dəsmalıma gül yağı vururdum, siqareti bir yana tullayıb, onun əvəzinə əlimə gülab doldurulmuş qəlyan alır və hündür taxta əyləşirdim. Mən elə bil nə isə qeyri-adi bir məhəbbət görüşünə hazırlaşırdım.
Zülmət qatılaşır və qəribə əhvalatlar başlayırdı, mən bunları təsvir eləməkdə acizlik çəkirəm. Sanki bu nəhəng sarayda bahar küləyi qəribə əhvalat səhifələri uçurdurdu. Onların bəziləri az bir vaxt mənim yanımda dolaşır, ancaq mən səhifəni oxuya bilməmiş yoxa çıxırdı. Mən bu it-bata düşən səhifələri izləyə-izləyə, bütün gecəni otaqdan-otağa qaçırdım.
Yarımçıq xəyallar cərəyanı zərif ətirlər, sitar təranələri arasında, su zərrələri qarışıq hava dalğaları içərisində, zəfəran rəngli gen şalvar geymiş, ayağında qızıl-gümüşlə işlənmiş, burnu dik başmaq olan, zərxara kaçulili4, qırmızı fəsinin qızıl qotazı ağ alnına düşmüş gözəl qızın surəti şimşək kimi parıldayırdı.
O, məni dəlidivanə eləmişdi. Onu axtara-axtara hər gecə yuxu deyilən xəyali sarayın dolanbac keçidlərini və otaqları dolaşırdım.
Bəzən axşamlar, iki şamla işıqlandırılan bədənnüma güzgüsünün qabağında dayanıb Cahan şah5 kimi səliqə ilə geyindiyim vaxt, mənim güzgüdəki əksimlə yanaşı qəflətən bir cavan iranlı qızı surəti peyda olurdu. O, başını çevirib, məni iri qara gözləri ilə çağırır, iztirab dolu bir nəzərlə süzürdü, onun qəşəng al dodaqları mənim başa düşmədiyim dildə nə isə pıçıldayırdı, gözəl gənc bədəni isə yüngülcə rəqs edə-edə qıvrılırdı: o, güzgüyə gözləri və təbəssümü ilə kədər, istək və şübhə qığılcımı dağıdaraq, paltarını göstərib yoxa çıxırdı. Dağlardan meşələrin ətrini gətirən bərk külək şamları söndürər, mən daha bəzənib-düzənməyərək, gözlərimi yumub, ləzzətlə gözəl imarətimdəki çarpayıya uzanardım. Mənə elə gəlirdi ki, küləklə birlikdə, Arali dağlarının bütün ətirləri ilə birlikdə boş qaranlıq otağa nəvaziş, öpüş də dolur, kiminsə zərif əlləri mənə toxunur; məlahətli səslər mənim qulağıma nə isə deyirdilər, mən alnımda kiminsə xoş, ətirli nəfəsini duyuedum, yanaqlarımın yanında isə gözəlin zərif, nazik şərfləri yellənirdi, onlar bəzən mənim üzümə dəyirdi. Sanki sehrli bir ilan getdikcə daha möhkəm-möhkəm mənim bədənimə sarmaşır, məni məst edirdi: mən dərindən köksümü ötürüb, donub qalmış halda dərin yuxuya gedirdim.
Bir dəfə mən nahardan sonra ata minib gəzməyə çıxmaq istədim, elə bil kim isə məni getməyə qoymurdu, ancaq həmin gün buna qətiyyən fikir vermədim. Mənim dəbilqəm və sahiblər geyən qısa gödəkçəm taxta qarmaqdan asılmışdı, mən onları götürdüm, elə geymək istəyirdim ki, birdən bərk külək qopub, çayın qumunu, dağlardakı ağacların quru budaqlarını içəri doldurdu, papağımı və gödəkçəmi əlimdən göydə hərləməyə başladı. Cingiltili bir qəhqəhə eşidilib küləyə qarışdı; o cingildəyə-cingildəyə, tondan-tona düşərək, zil fleyta səsinə qədər ucaldı və sonra kəsildi və hara isə qürub tərəfə uzaqlaşdı.
Beləcə həmin gün mən atla gəzməyə çıxa bilmədim və o vaxtdan bir də heç vaxt gülməli qısa gödəkçəmi və sahiblər qoyan dəbilqəmi geymədim.
Gecə yarısı mən yenə çarpayımın üstündə oturub, ətrafa qulaq verirdim: sanki kim isə şikayətlənirdi, onun köksündən boğuq hıçqırtı qopurdu, məndə belə bir təəssürat yaranmışdı ki, şikayətli səs çarpayının altından, döşəmənin altından, bu nəhəng sarayın daşlarının altındakı qaranlıq, nəm məzardan gəlir: “Məni xilas elə, dərin yuxuların, əzablı xəyalların buxovunu qır, məni ata mindir, bağrına bas, meşələrdən, dağlardan, çaylardan keçib günəşli evimizə apar! Məni xilas elə!”
Mən kiməm? Mən onu necə xilas edə bilərəm? Mən xəyalımın yaratmış olduğu hansı gözəli bu əndişəli yuxular səltənətindən çıxarıb aparmalıyam? Ey göylər gözəli, sən harada və nə vaxt yaşamısan? Hansı sərin çayın sahilində, hansı xumarlığın kölgəsində, hansı səhranın ortasında doğulmusan? Hansı quldur-beduin çöl lianın budağını qoparan kimi, səni ananın köksündən qoparıb, atın tərkinə basmış, yel kimi çaparaq, səhranın bürkülü ilğımında gözdən itirmişdir? O səni satmaq üçün kimin torpağına, hansı qul bazarına apardı? Sənin qönçə gül kimi hələ açılmamış məsum gözəlliyin padşahın hansı nökərinin gözünə sataşdı, kim bir ovuc qızıl sanayıb, səni dənizin o sahilinə apardı, qızıla tutulmuş taxt-rəvana əyələşdirib, öz ağasının hərəmxanasına hədiyyə verdi? Bəs sonra nə oldu? Saranqi6 sədaları, qolbaq cingiltisi və kəhrəba kimi Şiraz şərabı içərisində xəncər parıltısı, məhvedici zəhər və etiraz yağan baxışlar. Nə böyük cahi-cəlal və nə qədər dözülməz həbsxana! Hər iki tərəfində parıldayan qolbaqlı kənizlər yelpik çəkirlər, şahənşah isə ayaqlarının altında sürünür, sənin ayaqlarında mirvarilərlə bəzənmiş çəkmələr var; qapının ağzında , Yamanın elçisi kimi, əlində siyirmə qılınc bir həbəş gözətçi dayanmışdır. Ey səhralar çiçəyi, bəs sonra sənin başına nələr gəldi? Sən həsəd və fitnə-fəsadlarla köpüklənən, azğın cah-cəlal, zinətin qan çilənmiş dalğaları üzərində hansı amansız ölümə doğru yaxud bundan da amansız şöhrətə doğru üzdün?
Bu zaman dəlisov Mehr Əli təzədən qışqırmağa başladı: “Çəkil, geri çəkil! Hamısı yalandır, hamısı yalandır!” Səhər açıldı; xidmətçi poçtanı gətirdi, aşpaz içəri girib, günortaya nə hazırlanacağını soruşdu.
Mən bu qərara gəldim ki, daha bəsdir. Artıq burada qalmaq olmaz. Elə həmin gün şey-şüylərimi yığışdırıb, kontora köçdüm. Köhnə kontor işçisi Kərim xan məni görəndə gülümsündü. Mənim ona acığım tutdu, dinməzcə keçib yerimdə oturdum və işləməyə başladım.
Axşam yaxınlaşdıqca mənim fikrim dağınıq olurdu. Mən sanki hara isə getməli idim. Pambıq hesablarının yoxlanılması mənə tamamilə lazımsız iş kimi görünürdü, hətta nizamın kontoru da mənim gözümdə heç bir şey idi. Ətrafımda baş verən əhvalatların hamısı yavaş-yavaş mənə çox əhəmiyyətsiz, mənasız və iyrənc görünməyə başlayırdı.
Mən qələmi bir tərəfə tullayıb, qalın kitabı bükdüm, qazalağıma sıçrayıb, yola düşdüm. Atların düz gün batan çağı daş sarayın girəcəyində dayandığını görəndə təəccüb qaldım. Mən tez pilləkənlə yuxarı yüyürüb, binaya girdim.
Bu gün sakitlik idi. Qaranlıq otaqlar elə bil acıqlı-acıqlı qaşqabaqlarını tökmüşdülər. Qəlbimi peşmançılıq bürüdü, ancaq mən bunu kimə deyəydim, kimdən üzr istəyəydim, bunu bilmirdim. Mən yorğun-arğın qaranlıq otaqları dolaşırdım. Mən bir musiqi aləti götürüb, üzümü bir kəsə tutmaq və oxumaq istəyirdim. “Ey atəş! Səndən qaçıb uzaqlaşmağa çalışan pərvanə, ölmək üçün yenidən qayıdıb gəlmişdir. Onu bağışla, onun qanadlarını yandırıb külə döndər!”
Başıma iki damcı düşdü. Arali dağlarının təpəsini buludlar bürümüşdü. Qaranlıq meşə, Şustanın tutqun suyu gərgin intizar içində donmuşdu. Birdən hər şey: yer, su, göy titrədi. Uzaq meşədən, ildırım dişini ağardaraq, zəncirini qırmış dəli kimi, güclü tufan qopdu. Sarayın böyük, boş zallarının qapıları şappıldadı, divarlar yazıq-yazıq inildədi…
Xidmətçilərin hamısı kontorda idi, odur ki, lampanı yandıran olmamışdı. Bu zülmətdə bir qadının mənim çarpayımın qabağındakı xalçanın üstünə sərildiyini aşkarca hiss elədim, o əsəbi halda saçlarını yolurdu, onun gözəl, ağappaq alnından qan axırdı, bəzən o, heç gözlənilmədən bərkdən və acı-acı gülür, sonra qıc olaraq, hönkür-hönkür ağlayır, paltarlarını cırmağa, açıq sinəsini yumruqlamağa başlayırdı. Külək açıq pəncərədən vıyıltı ilə içəri soxulurdu, gur yağış onun paltarlarını tamam islatmışdı.
Bütün gecəni tufan sakitləşmək bilmədi, səhərə kimi hönkürtü kəsmədi. Mən kor-peşman qaranlıq otaqları dolaşırdım. Heç yerdə bir kimsə yox idi, mən kimə təsəlli verəcəkdim? Bu cür iztirab çəkən kim idi? Bu cür dəlicəsinə ümidsizliyə səbəb nə idi?
- Çəkil, kənara çəkil! – deyə dəli qışqırdı. – Hamısı yalandır, hamısı yalandır!
Hava işıqlanırdı. Mehr Əli bu dəhşətli tufanlı səhərdə, həmişə olduğu kimi, sarayın ətrafında yüyürür, həmişə dediyi sözləri qışqırırdı. Ağlıma belə bir fikir gəldi ki, bəlkə bir zaman Mehr Əli də, mənim kimi, sarayda yaşamışdır və indi dəli olub, nəhayət, bu daş əjdahanın pəncəsindən qurtarandan sonra da yaxasını düşdüyü ocsundan qurtara bilmir və hər gün bura gəlir.
Bərk yağışda mən dəlinin yanına yüyürdüm:
- Mehr Əli, nə yalandır?
O, heç bir cavab vermədən, məni kənara itələdi və vəhşi kimi bağıra-bağıra, ilan görmüş quş kimi, sarayın ətrafına dolanmağa başladı. O, özünü qorumağa çalışırmış kimi elə hey qışqırırdı: “Çəkil, kənara çəkil! Hamısı yalandır, hamısı yalandır!”
Həmin tufanlı səhər mən özümü yel kimi kontora, Kərim xanın yanına saldım:
- Danış görüm bu nə əhvalatdır?
Qoca mənə belə bir söhbət elədi.
Bir zaman bu sarayda ehtiraslar coşurdu, nakam arzuların alovu ürəkləri odlayırdı. İztirab çəkən qəlblərin və nakam arzuların ah-naləsi daşlara çökmüş və onları elə ac, elə həris eləmişdir ki, ora bir canlı insan düşən kimi onu udmağa çalışırlar. Üş gecə orada qalanlardan təkcə Mehr Əli sağ-salamat çıxmışdır, o da ki, bunun ucbatından ağlını itirmişdir.
- Doğrudanmı mən də heç cür qurtara bilməyəcəyəm? – deyə mən soruşdum.
Qoca belə cavab verdi:
- Bir çarə var, ancaq o, böyük çətinliklərlə əlaqədardır. İndi onu sənə söyləyəcəyəm, amma sən əvvəlcə gərək bu güllər bağında yaşamış İran kənizinin başına gələnlərdən xəbərdar olasan. Dünyada bundan təəccüblü, bundan kədərli əhvalat yoxdur.
Bu ara xidmətçilər gəlib xəbər verdilər ki, qatar yaxınlaşır. Nə tez? Biz tələsik şeylərimizi yığışdırıb bağlayana kimi qatar stansiyaya girdi. Bir yuxulu ingilis başını birinci dərəcəli vaqonun pəncərəsindən çıxarıb, stansiyanın adını oxumağa çalışırdı. İngilis bizim tanışımızı görüb, onu öz vaqonuna çağırdı. Bizim biletlərimiz ikinci dərəcəli vaqona idi. Biz eləcə nə bu cənabın kim olduğunu öyrənə bildik, nə də o əhvalatın axırını eşitdik.
Mən dedim ki, bu adam yəqin bizi axmaq hesab eləyib, ona görə də bizi ələ salmağı qət eləyib, özü də onun danışdıqlarının hamısı başdan-ayağa yalandır.
Bizim, mütəəsəvvüf dostumla mənim, bu məsələdə fikrimiz düz gəlmədi və biz ömürlük bir-birimizdən küsdük.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
AZAD QARADƏRƏLİ - DÜNYANIN ƏN BÖYÜK ADAMI haqqında kiçik hekayələr
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)