Edebiyyat.az » Proza » Nazilə Hejari - Qafillikdən və cəhalətdən qaçış

Nazilə Hejari - Qafillikdən və cəhalətdən qaçış

Nazilə Hejari - Qafillikdən və cəhalətdən qaçış
Proza
nemət
Müəllif:
16:35, 29 iyun 2019
2 029
0
Nazilə Hejari - Qafillikdən və cəhalətdən qaçış


 Cahilmi qorxuludur yoxsa qafilmi? Səni bilməyənə cahil, özünü bilməyənə qafil deyirlər. Bu iki izahı yunan filosofu Platonun “Platonun mağarası” alleqoriyasında aydın görə bilərik. Alleqoriyada bəzi insanlar qaranlıq bir mağaraya zəncirlənmişdirlər və bu insanlar başlarını sağa və sola çevirə bilmirlər. Doğulduqlarından etibarən mağaranın girişindən əks olunan hər şeyin kölgələrini görür və bunları gerçəklik olaraq mənimsəyirdilər. Günlərin bir günü   onlardan biri zəncirlərindən qurtulur və mağaranı tərk eləyir. Gərçək həyat ilə tanış olur və divarda gördüklərinin sadəcə kölgələr olduğunun fərqinə varır, bunları mağaradakılarla paylaşmaq istəyir, ancaq içərdəkilər inanmirlar və  onları inadırmaq da imkansız olur. Zəncirlərini qıran insanlar qəflətdən oyanan, cahil olduğunun fərqinə varan aydınlanmış insanlar olurlar. Hər kəsin qafillikdən və cəhalətdən qaçış hekayəsi vardır. Mənimki belə başlayır:

 13 yaşlarımda türk verlişlərinin təsirində qalmışdım, hər gün yanından keçdiyim Qırğız İslam Universitetində təhsil almaq ən böyük arzuma çevrilmişdi. Hicab bağlamaq, özümü tərki-dünya etmək istəyi gündən-günə məni bürüyürdü. Bir yönümlü inkişafım atamın narahatçılığına səbəb olmuşdu. Aydın idi ki, nə atam, nə də anam hicab taxmağıma razı olmadı. Özümü dərk etdikdən sonra bu məsələnin üzərində fikirləşmək qərarına vardıq. İllər keçirdi və mənim maraqlarım gündən-günə dəyişirdi. Xiristian-rus mühitində böyüdüyüm üçün  Allah artıq mənim həyatımın mərkəzi deyildi. İndi isə seriallarda gördüklərimə həsəd aparır, rus və digər millətlərdən olan rəfiqələrimlə hər yerə gedə bilməyim üçün atama üsyan   edirdim. Məni nə sənət, nə fəlsəfə, nə bilim, yalnız azad həyat fikri cəlb edirdi. Cəhalət   məni dünyaya və kainata at eynəkləri ilə baxan bir insan halına gətirmişdi. Platonun allegoriyasında olan bir mağara sakinindən heç bir fərqim yox idi. 13 yaşımda olan  fikirlərimlə 18 yaşımda olan fikirlər arasında böyük bir fərqlilik var idi. Kölgələrdən gerçəklik  yaratmaq istəyən balaca bir qızla 26 yaşımda mübarizə aparıram. Mənim bu hekayədə nə İslam dininə cəhalət donu geyindirmək, nə də ki rus - xristian mədəniyyətini alçatmaq niyyətim var. Mənim etirazım insanların sorğulamadan bir idealogiya fanatik olmaqlarınadır, ya da ki təsir altında yalnış qərarlar qəbul etməklərinədir. Fikirlərimi Sokratın bir sözü ilə izah etmək istəyirəm : ”Üzərində düşünülməyən bir həyatı yaşamağa dəyməz”.

Oxumaqla, öyrənməklə qara çarşafı üzərimdən atmağa çalışıram. Amma hər bir düşünən insan kimi bilginin dəyərli olub – olmadığını sorğuladığım vaxtlar da olub. Daosizm fəlsəfəsini araşdırdıqdan sonra bunun üzərinə daha çox fikirləşmişəm. Çin fəlsəfəsi olan Daosizmin banisi Lao-tszı hesab edirdi ki, daha yaxşı olardı ki, insanlar  daha az biliklərə malik olaydılar, onun maksimimuna çalışmayaydılar. Həddindən artıq böyük savad yalnız insanı ruhunun korlanmasına xidmət edir. 

Qeyri – ixtiyari insanda belə suallar yaranmağa başlayırdı: Mən niyə antik yunan dünyasını, mifologiyanı, ədəbiyyatı, sənəti, fəlsəfəni öyrənməliyəm? Hansısa yunan polisində boş-bekarçılıqdan uydurulub ki, özünə aşiqə  Narsist, sevgiyə sövq edənə Eros desinlər. Mən bildiklərimi məqalə halında  yazdıqda, biri səsi olduğu üçün kimlər üçünsə oxuduqda, şair öz şeirlərini insanlarla paylaşdıqda, özünü ağıllı göstərib, eqolarını  tətmin etmirmi? Yəni insan niyə bilmək istəyər və niyə bu yolla eqosunu tətmin edər. Metafizikanın ana cümləsi olan, Aristotelin dediyi fikirdən: “ Bütün insanlar təbii olaraq bilmək istəyər” dən çıxış edərək mənim fikirlərimin formalaşmağında böyük rolu  olan üç insana bu sualları verdim.

Atamın fikirlərini sizinlə paylaşıram: “Biz insanlar kosmik bir güc tərəfindən belə formatlanmışıq. İnsan seçilmək istəyər. Heyvanlar da güclü və üstün olmaq istəyərlər. Seçilmək nədir? Var olduğunu bəyan etmək. “Mən varam!” deyə bilmək. 

İnsan sosial bir varlıqdır. Heyvanlarında bir çoxu sürü halında yaşayırlar. Yaradılış budur! Adəmoğlu iki ehtiyacını tətmin etməklə var olur:

 1.Fiziki və mənəvi (düşünsəl) ehtiyac

2.Faydalı olmağını bilmək ehtiyacı

Bu gün elmi yaradan şey faydalı olmaq istəyidir. Kitab oxumaq istəyi ilə ilk insanın ov etmək istəyi arasında fərq yoxdur.   İnsanlar bir-birlərinə çox oxşayırlar, frekansları eynidir. Bunun yeni fərqinə varıram. 

Anam isə atamın fikirlərinə əlavə olaraq maraq hissinin və özünü tanıtmaq istəyinin insanda güclü olduğunu vurğuladı. Elə tanıtmaq hərisliyinin maraqdan irəli gəldiyini və insanların fərqinə belə varmadan yaxşı olub və yaxşı görünmək istəyinin də olduğunu dedi.

Türkiyədə  Fəlsəfə fakultəsində oxuyan rəfiqəm Türkanın  isə fikirləri belədir:

“  Kapitalizm, populyar mədəniyyət, göstəriş üzərinə qurulmuş cəmiyyətdə yaşayırıq. Mən uzun zamandır pop musiqisi dinləmirəm. Yəqin ki, oxuduğum kitablardan irəli gəlir.Arabesk və pop dinləyənlərin mədəniyyət səviyyələrinin aşağı düşdüyünün şahidi olmuşam, çünki musiqi   harmoniyaları insanın beyninə təsir göstərir.Buna görə də insanın inkişafında klassik musiqi böyük önəm daşıyır. Musiqi, bilim, ədəbiyyat, fəlsəfə olmasa, təkamül olmaz. Sosial olan heç bir şey inkişaf edə bilməz. Şairlər neçə milyon insanın həyatına toxunurlar, Dostoevski yazanda katarsisi hiss edirsən. Duyğusal yönümüzün inkişafı mütləqdir. Hələ ki, biz qadınların. Məsələn sənət bizi səthilikdən uzaqlaşdırır.Yuxarıya çəkir.

Eşq, sorğulamaq və xidmət etmək – üç əsas amildir. Mənim çiçəklərim var idi. Onlara hər gün sizi sevirəm deyirdim, amma niyəsə solurdular. Çünki onlara necə baxmaq haqqında heç bir  bilgim yox idi. Sorğulayıb öyrəndikdən sonra gördüm ki, artıq solmurlar. Bu bir çox şey də belədir”.

Bütün fikirlərimə yekun olaraq demək istərdim ki, bilgili olaraq cəhalətdən qurtulula bilərsən. Bilgi hər yerdə var və ona sahib olmaq çox asandır. Amma bilgə olmaq və bilgəyə aşiq olmaq başqadır. Çox təəssüf ki, insanlar bilgili olmaq istəyirlər, bilgə yox. Bilginin və bilgəliyin dəyərini son bir cümlədə yazmaq istəyirəm. Volter deyib:  “Tanrı yoxdur, amma bunu xidmətçimə söyləməyin, yoxsa gecə məni öldürər”. 

“Nə özünü bilmədən qafil ol, nə də onu bilmədən cahil ol”- bu mənim 26 illik həyat mübarizəm və həkayəmdə mənə yol olan cümlədir. Yol isə getdikcə düzəlir.  Bab-Aziz filmində deyildiyi kimi: “ Nəfəsini  danışmağa deyil, yeriməyə xərclə. Buna ehtiyacın olacaq. Yolumuz uzundur”.







Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)