Edebiyyat.az » Proza » Fərid Muradzadə - Günahsız günahkar (hekayə)

Fərid Muradzadə - Günahsız günahkar (hekayə)

Fərid Muradzadə - Günahsız  günahkar (hekayə)
Proza
nemət
Müəllif:
14:41, 02 avqust 2019
1 789
0
Fərid Muradzadə - G ünahsız günahkar (hekayə)


 
 Məhkum idi. İxtiyarı özündə olmayan, soyuq divarların arasındakı həbsxana barmaqlıqlarına təhkim olunmuş məhkum.  Adam öldürmüşdü, cinayət etmişdi,amma insanların arasında özünü günahkar
 saymırdı. Yalnız Allah qarşısında günahkar bəndəydi . Günahı varlığı,cəzası yaşamağı, məhkumluğu isə amansız həyat idi. İnsanlardan küsmüşdü, insanlığa inamı qalmamışdı. Onun bu işıqlı  dünyaya gəlməsinin də, onun bu dəmir barmaqlıqlı soyuq divarlar arasındakı cansıxıcı, məşəqqətli, sirli, dəhşətli, vəhşətli, amansız, həyat və yaşam üçün mübarizə meydanı olan dünya içindəki bu qaranlıq dünyaya düşməsinin də, taleyinin,ömrünün puç olmasının da səbəbkarı insan idi... İnsan -yer üzünün əşrəfi. Zəkası ,şüuru ilə digər canlılardan fərqlənən və bəzən də əməlləri ilə ən vəhşi varlıqdan da betər olan varlıq! İnsan- daxilində ikilik məskən salan varlıq. İnsan - minilliklərdir ki psixologiyası aydınlaşdırıla bilməyən canlı. İnsan - bütün canlı varlıqların qənimi olan canlı. İnsan - bəzən bir qarışqanı belə öldürməyə əli gəlməyən, lakin kininə,ehtirasına, qəzəbinə təslim olaraq vampirə çevrilə bilən məxluq! Elə onun özü kimi. Onun kimi zərif, həlim,gözəl, lətafətli gənc bir qadının qatil olub həbsxana divarları arasına düşməsinin ayrıca bir tarixi vardı....
   -Bu nə vaxtın evə gəlməsidir? Telefonuna niyə zəng çatmır? Harada idin?! Səninləyəm, karsan?!!
 -Eee, əl çək. Rahat burax məni! 
 -Zibeydə, mən sənə sual verdim ,saat 2-dir. Sənə zəng 
çatmırdı. Soruşuram ki, hansı cəhənnəmdə idin?!
 -Cəhənnəmlik canın olsun. Qanmaz, duyğusuz. Kobud. Podruqamın ad günü idi. Telefonumun enerjisi qurtarmışdı. Nə böyük iş olub?!
 -Zibeydə, sən nə danışdığını bilirsən? Mənə adam kimi cavab ver!
 -Əl çək,yorulmuşam! -deyib yataq otağına keçib qapını bağladı.
 -Zibeydə!
 -Qapını açmayacağam!
 Balaca Ülkərin oyanıb qorxacağından narahat olan Tahir susmağa məcbur oldu. Amma beynində savaş gedirdi. Gecəyarı bu evdə yataq otağında uzanan Zibeydə qonşuluqda yaşayan ,,şəbəkə Sahib"lə keçirdiyi saatların ,,xoş" təsiri altında 
idi. Bütün səhnələri gözlərinin önündə canlandırıb yenidən məst olurdu. Bu adam nə qədər enerjili imiş. Yoxsa bu külbaş da kişidir, nə pulu var,nə maşını. İt damı kimi bir daxmasından başqa nəyi var bunun? Eşşək kimi iki yerdə işləyir, amma ortada bir şey yoxdur. Evə gəlcək də mitil düşüb yatır - deyə qeyzləndi. Digər otaqda gözləri qan çanağına dönmüş Tahir isə əlində heç bir sübutu, dəlili olmadan  şübhələr içində çarəsizlikdən qovrulurdu. Otağın birində qadın öz ailəsinə etdiyi xəyanətin əzabını deyil, həzzinin ləzzətini, o birində isə kişi  tapdanmış namusunun, şərəfinin,beynini yoran,qəlbini didən şübhələrin əzabını çəkirdi. İnsan nə qəribə varlıqdır?
 ,,Şəbəkə Sahib" bu məhəllənin, bəlkə də nəinki məhəllənin elə bu yaşayış massivinin ən varlı adamı idi. Onun bir neçə ticarət obyektləri, kafe-restoranları vardı. Eyni ad altında fəaliyyət göstərən mağazalar şəbəkəsi olduğu üçün də elə ləqəbi ,,şəbəkə" qalmışdı. Sahib yaraşıqlı lakin alçaq birisi idi. Qadın düşkünü,əyləncə həvəskarı olan bu adam çox ailəli qadınların həyatını alt-üst etmişdi. Qadın psixologiyasını və qadınları ələ almağı çox gözəl bacarırdı. O əvvəlcə qurbanını izləyər, onun haqqında ətraflı məlumat əldə edər, hər qarşılaşdığında onlara gözəl ,ibarəli, süslü komplinentlər söyləyər, rəğbət qazanar sonda hər şeyin istədiyi kimi alındığına əmin olar və istəyinə çatardı. Ailəsindən boşanmışdı. Onun şəhərin mərkəzində bir-neçə dəbdəbəli mənzilləri, ,,Gənclik" tərəfdə iki villası olsa da o, son 
4-5 ildə genişlənmiş şəhərətrafı yaşayış massivinə üstünlük verirdi. Söz düşəndə isə burada yaşamasını buranın hay-küysüz ,havasının isə gözəl olması ilə əlaqələndirirdi. Təbii ki bunlar onun uydurması idi. Əsl məqsəd burada yaşayan, bir qismi ,,ayağı sürüşkən " ailəli qadınlar,bir qismi isə  imkansızlıq ucbatından kimlərinsə toruna düşənlər, bir qismi də iradəsi zəif olan sahiblərin  hiyləsinə aldanan və sonunda onların yatağına düşən gənc qadınlar idi. O, buranı son 5-6 ayda ,,kəşf etmişdi ". Zibeydə və Tahir bu qəsəbənin ilk sakinlərindən idilər. Ailə quranda Tahirin 23, Zibeydənin isə 17 yaşı vardı. Tahirin, Şüvəlanda babasından qalma 3 sot  torpaq sahəsi vardı. Oranı satıb burada həm torpaq almışdı, həm də 3 otaqlı bir ev tikmişdi. Təbii ki evi ərsəyə gətirmək üçün pul çatmırdı. Ona görə də Tahir ailəsinin rahatlığı naminə iki yerdə işləyirdi. Gündüzlər tikintidə , gecələr isə 2 gündən bir mühafizə xidmətində işləyirdi. Çox yorğun olsa da ,əziyyət çəksə də Zibeydənin rahatlığı üçün dözürdü. 2 il sonra balaca Ülkər dünyaya gəldi. Artıq ana olmuş ,son iki ildə xeyli dəyişib gözəlləşmiş Zibeydənin, maddi vəziyyətləri yaxşılaşdıqca istəkləri də artırdı. O, tez-tez gözəllik salonlarında olur ,Tahirə başqa ailələr kimi  qonşu ölkələrə istirahətə getməyi təklif edirdi. Tahirsə zamanla hər şeyin düzələcəyini deyirdi. Zibeydə gözəllik salonlarına ayaq açandan 1-2 ay sonra onunla eyni salona tez-tez  gələn İlhamə adlı bir qadınla tanış olmuşdu. Hiss olunurdu ki imkanlı və baxımlı qadındır. Ordan-burdan söhbət edə-edə zamanla bir-birinə çox yaxın oldular. Qadın hər dəfə onu sərraf gözü ilə süzərdi. Arabir də bu gözəlliyini heyif etmə, qədrini bil-deyərdi. Soyuq bir yanvar günü salondan çıxan Zibeydəni kimsə çağırdı. Səs tanış idi. Geri çevriləndə onu səsləyənin İlhamə olduğunu gördü. İlhamə qapqara bir,,Range Rover" markalı maşında əyləşmişdi. Ağəz, gəl otur, nə gözünü döyürsən. Sahib bəy  qıraq adam deyil. Qeyri-iradi keçib əyləşdi.  Zibeydə ömründə belə bir maşına minməmişdi. Necə də rahat maşındır deyə düşündü. Camaat rahatlıq içində yaşayır. Biz isə....
 Sahib güzgüdən onu süzürdü. Arabir baxışları qarşılaşırdı. Əvvəl-əvvəl gözünü yayındırsa da sonradan içində nəsə xoş bir hiss oyanmışdı. Zibeydəgilin məhəlləsinə çatmadan İlhamə maşını saxlatdırdı. Sahib bəy, çox sağ olun, zəhmət verdik,ancaq burdan o tərəfə söhbətləşərək gedəcəyik deyib Sahibə göz vurdu. Təbii ki maşının rahatlığından məst olmuş Zibeydə bunu görmədi. Maşın yerindən tərpəndikdən sonra İlhamə üzünü Zibeydəyə tutub dedi:
 -Görürsən də, maşallah imkanlı oğlandır. Hər cür şəraiti ,bir -neçə bahalı maşını var.
 -Hə, camaat kral kimi yaşayır. Ailəsi yəqin ki kef içindədir.  
 Ay qız , bax sənə deyirəm də, bu gözəlliyinin qədrini bil. Özünü uşaq kimi aparma. Sahib bəyin çox xoşuna gəlirsən, ay şeytan. 
 -Hardan bilirsən?
 -Səni buradan keçərkən görübmüş. Bir-neçə dəfə də izləyibmiş.  Nə isə,bunları boş ver.  Əsas mən deyəni unutma! Dul ,pullu, cavan, enerjili oğlandır. İstifadə elə. 
 O gündən Sahiblə Zibeydənin macaraları başladı. Lakin Sahib ona bağlanıb qalmaq niyyətində olan birisi deyildi. Qadın isə tam tərsi. Zibeydə Sahibə bağlanmışdı. Həyat yoldaşından nifrət edirdi. Getdikcə Sahib ondan soyuyurdu. Zibeydəni özündən uzaqlaşdırmaq üçün yaxınlıq vaxtı ən iyrənc üsullardan istifadə edirdi ki qadın ondan ayrılsın. Lakin bədbəxt Zibeydə bu qədər alçalmağına baxmayaraq yenə də ondan əl çəkmək istəmirdi. Sahibin isə gözü yeni bir gözələ düşmüşdü. Zibeydədən qurtulmaq üçün onu məhəllənin özükimilərinə ötürməyi planlaşdırmışdı. Təklifi  eşidən Zibeydə əvvəl asıb-kəsdi,xeyri olmadıqda ağlayıb-yalvarmağa başladı. Amma Sahibin qəlbi daş idi. 
 Nə var? Əxlaqlı qadınsan, ailəmsən?! Kimsən axı sən? Məndən nə gözləyirdin?.
 -Sən mənim həyatımı məhv elədin!
 -Həyatını?! Gülünc danışma ,yatağıma qaçaraq gəlmişdin. Məndən uzaq ol.
 -Sən məni bu məhəllənin ən alçaq adamlarının məclisinə gətirdin! Sən də yaxşı kişi olsa idin belə etməzdin!
 -Rədd ol burdan, f.....ə! 
 Məclisin ,,hörmətli oğlanları ”da ağızları qulaqlarının ardına çatanacan şaqqanaq  çəkib gülüşdülər. Tahirə üzdə brat ,qardaş ardınca isə ,,məhlənin boynuyoğunu" deyən məhəllənin ,,hörmətli, qeyrətli" adamları ,,cənnətə" düşmüşdülər.  O evdə olmayanda bu ,,qardaşlar" onlara oğraşlığa gəlirdilər. Zibeydə artıq konkret əxlaqsız idi. Hər gün Sahibə yazdığı mesajlar cavabsız qalırdı. Nəhayət bir gün onun cavabsız vatsapp yazılarına Sahibdən cavab gəldi. ,,Axşam səninlə işim var". Bədbəxt Zibeydə bu işin həmişəki işdən olacağını zənn edirdi. Amma o bilmirdi ki alçaq əməllər sahibi olan Sahib bu  ağılsız qadını öz iyrənc əməllərinə ortaq etmək üçün onunla görüşəcək. Sahibə bağlılığı onu hər şeyə vadar etmişdi. Hətta öz doğma balasına belə baxa bilmirdi.
 O Sahibin müti qulu idi. Sahib 2 aya yaxın idi ki Zibeydəgilin qonşuluğunda yaşayan abırlı,əxlaqlı,mədəni və həddindən ziyadə gözəl olan Aytənə sahib olmaq üçün dəridən-qabıqdan çıxırdı. Əxlaqsız İlhamə də bir işə yaramadı. Hətta Aytən İlhaməni söyüb qovmuşdu. Onun belə inadcıllığı isə Sahibin ona qarşı şəhvət hissini daha da alovlandırlrdı.  Aytənin həyat yoldaşı Dəyanət də çox mədəni,mərifətli bir oğlan idi. Taksi fəaliyyəti ilə məşğul olurdu. Lakin qəzaya düşməsi aylarla xəstəxanada yatması onları xeyli borca salmışdı. Elə bu səbəbdən də şəhərdəki evlərini satıb borclarının çoxunu ödəmiş qalan pula isə burada 2 otaqlı xudmani bir mənzil almışdılar. Ancaq yenə də borc qalmışdı və Dəyanətin səhhəti başqa işdə çalışmasına imkan vermirdi. Maşın almaq üçün isə pul yox idi. Bir gün Rusiyadan gələn uşaqlıq dostu Musa  Surqut şəhərində onun üçün müqavilə ilə münasib sürücü işi olduğunu bildirdi. 1 illik müqavilə bağlayıb Rusiyaya üz tutdu. Dəyanət ailəcanlı və mərd oğlan idi. O digər azərbaycanlı yoldaşlarından fərqli olaraq qazandığı pulların az bir qismini özündə xərclik kimi saxlayar qalan pulları isə ailəsinə göndərərdi. Anası Şəhla ilə birlikdə Bakıda qalan Aytən və sevimli oğlu Rüstəm üçün çox darıxırdı. Artıq burada kələfin ucunu tapmışdı.  Müqaviləsi bitəndən iki ay sonra yenidən işlədiyi şirkət ilə 5 illik müqavilə bağlayacaqdı. İnsafən onu şirkətdə də bir peşəkar sürücü kimi çox bəyənirdilər və bu 5 illik müqaviləni də elə şirkət rəhbərliyi təklif etmişdi. Ailəsi ilə də danışıb razılıq vermişdi. 3 ay sonra Azərbaycana qayıdıb ailəsinin də sənədlərini qaydaya salacaq və onları da özü ilə Rusiyaya aparacaqdı. Aytən də günləri sayırdı. Onun üçün çox darıxmışdı.
 Sahib axşam Zibeydənin qonağı oldu. Açıq -aşkar onu pis əməlinə qoşulmağa sövq edirdi. Eşqindənmi, ona bu qədər bağlandığındanmı Zibeydə qeyd-şərtsiz ,düşünmədən razılıq verdi. Sahib ona bükülü bağlama verib hər şeyi izah etdi. O Aytəngilə getməli və bu bağlamadakı tozu onun çayına qatmalı sonra isə qapını açıq qoyub oradan uzaqlaşmalı idi. Gerisi Sahibin işi idi. Özü bədbəxt olan bu ağılsız qadın başqa birisini də bədbəxt edəcəkdi. Bir-neçə gün məqam güdən Zibeydə nəhayət ki fürsət tapa bildi. Şəhərdə əmisi oğlunun yaş mərasimində olan Şəhla ananın yoxluğundan yararlana bildi. Özünü əri tərəfindən döyülmüş qonşu kimi Aytəngilə atdı. Yalandan ağlayıb-sızladı və onu inandıra bildi. Məhəlləyə təzə köçən və bu abırsız qadını tanımayan təmiz ürəkli Aytən isə ona yardımçı olmağa çalışdı. Hətta qaynanasının evdə olmadığını və bu gecə istəsə onlarda gecələyə biləcəyini də söylədi. Qadınlar xeyli söhbətləşdilər, nəhayət Aytən onun üçün yer hazırlamaq üçün o biri otağa keçdi. Bundan məharətlə istifadə edən Zibeydə,,bacıcan, təzə çay süzdüm deyirdin susamışam, gəl iç!" dedi. Gecəyarı yuxudan ayılan Aytən yataqda yanında uzanmış kişi bədəninin təmasından diksindi. Dəyanət? Yox nə Dəyanət. Bəlkə mən yuxu görürəm, bu nədir?
 Sönmüş gecə lampasını yandırıb geri çevriləndə gözləri hədəqəsindən çıxdı. Yox ,bu ola bilməz! Bu şərəfsiz onun yatağına necə soxulub?! Bəs o qonşu qadın haradadır?
 Oooo , vəhşi gözəl, yenə istəyirsən?
 Sifətinə dəyən sillə güllə kimi açıldı
 -ay şərəfsiz! 
 Bəli ay şərəfli ,əxlaqlı qadın! Eşidirəm. Nədir ?Məni  ki özün evə salmısan. Kimi inandıra bilərsən ki heç nədən xəbərin yoxdur?
 Rədd ol,alçaq!
 Ssss. Gedirəm, gedirəm ki hirsin soyusun və sonra davamlı gələ bilim. Hələlik vəhşi gözəl!
 Aytən bu an ölümü elə arzulayırdı ki. O, bunu necə izah edə biləcəkdi . Kim ona inanacaqdı. Və bu alçaq da daima ondan görüş istəyəcəkdi. Aytən məkrli bir oyunun qurbanı olmuşdu. O ,Orxan Kamalın ,,Yad qızı" əsərindəki Nazanın dilindən yazılmış bir cümləni xatırladı. Fərqi yoxdur,qadın öz həyat yoldaşından başqa biri ilə ya da yüzü ilə. O qadının adı fahişədir.  Səhərə qədər nə edəcəyini bilmədi. 3 saata qədər müxtəlif planlar qurdu və nəhayət sonuncunun üstündə dayandı. Günortaya yaxın şəhərə gedib lazımi avadanlıqları aldı. Qərarı qəti idi. Onun namusu ləkələnmişdi, heysiyyatı tapdanmışdı. Namus ləkəsini təmizləmək lazımdır. Evə çatanda saat 16:20 - ni göstərirdi. İndi o, Sahibin dünən gedərkən onun üçün kağıza yazdığı telefon nömrəsinə zəng edəcəkdi. Telefonun ekranındakı nömrəyə belə nifrətlə baxıb zəng düyməsinə toxundu. 2 çağırışdan sonra Sahib telefonu açdı. 
 Oooo, vəhşi gözəl. Nə tez darıxdın?! Səsindəki istehza aydın sezilirdi. Mən də elə zənn etmişdim ki sən hələ bir müddət təslim olmayacaqsan, sən isə təslim bayrağını indidən qaldırdın. 
 Gecə bizə gəl, daha olan-olub, keçən-keçib. Artıq nəsə danışmayaq. Gecə səni gözləyəcəyəm deyib telefonu söndürdü. Sahibin kefi kökəlmişdi. Tez-tez saatına baxırdı.  Deyilən vaxta qədər kafelərdə veyilləndi. Gedənə yaxın bu manyak, qadına bir az da əzab vermək niyyəti ilə aptekə gedib lazım olan dərmanları da aldı. Öz-özünə deyirdi ki ,Aytən, səni elə alçaldacaxağam ki. Sən məni 2 ay süründürmüsən. Telefonu çağırırdı.  Ekrandakı nömrəni görəndə ovqatı təlx oldu. Zibeydə idi,açdı.
 Zibeydə bu gün mənə zəng etmə.  Burada olmayacağam. Sabah axşam zəngləşərik. Hələlik. 
 Aytəngilin evinə çatmadan maşını yolun kənarındakı satlıq torpaq sahəsində saxladı. Aytən aldığı kameranı və səsyazma cihazlarını yataq otağında çoxdan qurub hazlrlamışdı. Hər şey düşündüyü kimi idi. Qurbanını gözləyirdi. Bir-neçə dəqiqədən sonra qapı döyüldü. Qapını açıb onu içəri buraxdı. Sahib həyasızca hırıldayırdı. Gözlərində vəhşi bir parıltı hiss olunurdu. 
10-15 dəqiqə söhbət etdikdən sonra yataq otağına keçdilər. Qapını örtən Sahib şahin ovunun üstünə şığıyan kimi Aytəni qamarladı. 
 -Dayan! Səbrin olsun! Əvvəlcə niyə belə etdiyini və məni necə əldə etdiyini danış. Bu necə baş verdi? -Məni çoxdanmı arzulayırdın? Hər şeyi səmimi etiraf et ki münasibətimiz də səmimi olsun.
 -Ay qız sən lap ölürmüşsən ki! Bilsəydim naz satırsan, Zibeydəni bu işə qatmazdım. Əlbəttə səni qınamıram da, gözəl qadınsan. Yoldaşın da burda deyil. Hər adamla da oturub-durmaq olmaz. Amma sənə də istirahət lazımdır  elə deyilmi?! Az qala 1 ildir kişisizsən. 
 -Dayan-dayan! Zibeydə kim idi? O bizə gələn ailəsində problem olan qadını deyirsən?!
 -Bağışla da, vəhşi gözəlim. Vallah sənin naz etdiyini bilsəydim belə etməzdim. Sahib hər şeyi danışmağa başladı. Hətta bütün bu qəsəbədə kimləri yoldan çıxarmışdısa hamısı haqqında danışdı. O danışdıqca Aytən hirsini güclə boğurdu. Artıq bunlar kifayət idi. Hər danışığı, hərəkəti  Sahibdən xəbərsiz yazılırdı.
 Yaxşı işığı söndür!
 Niyə ? Mən səni çılpaq görmək istəyirəm. Görəcəksən, tələsmə. Amma hələ bir-birimizə öyrəşməmişik. Hələlik işığı söndür ki mən paltarlarımı soyunum. 
 Nə deyirəm, bu dəfə sən deyən olsun.
 İndi yandır işığı! 
 Sahib sevincək gecə lampasını yandırdı. İşığın yanması ilə ürəyindəki ağrının tutması eyni anda baş verdi. Sinəsinə saplanan iri mətbəx bıçağı birbaşa ürəyini deşmişdi. Alçaq! Mən sənin əyləncən olan düşük qadınlardan deyiləm deyib ard-arda bir-neçə zərbə də vurdu. Sahib çoxdan gəbərmişdi. Sonra hamama keçib duş aldı. Saçlarını qurutduqdan sonra polis bölməsinə zəng edib qətl törətdiyini və ünvanı bildirdi.
   Artıq 3-cü ay idi ki həbsxana divarları arasında gecələyirdi. Hərdən qayğısız uşaqlığını, ömrünün sevib-sevilən ,deyib-gülən, ailəsi ilə birlikdə şən keçən günlərini  xatırlayır, hərdən də ömrünə qara hərflərlə yazılan namusuna təcavüz edilən o gecəni, ikiüzlü insanları xatırlayırdı. Ailəsi üçün, xüsusən də ciyərparası bircə oğlu üçün çox darıxırdı. Onun ana qəlbi Rüstəm üçün şiddətlə döyünürdü. Amma heyhat, o bu dəmir qəfəsli, ətrafı tikanlı zindandan kənara çıxa bilməzdi. Bu gün sonuncu məhkəməsi olacaqdı.  Bu gün ona hökm oxunacaqdı. Qanuna bax, ədalətə bax. Namusu tapdananda, şərəfi ayaqlar altına düşəndə bu qanunlar və qanunpərəstlər harda imiş? Doğrudur o qətl törətmişdi. Günahsız olsa da qanunla günahkar sayılırdı. Bəs ədalət hanı? Ləyaqətli, əxlaqlı bir qadının namusu tapdanmışdı. O nə etməli idi?
 Əsəbləri pozulmuşdu. Keçirdiyi psixoloji sarsıntı ona əzab verirdi. Onun fikrincə bir daha Dəyanətin sevimli, şərəfli ,ismətli, abırlı Aytəni olmayacaqdı. Hətta Dəyanət onun günahsız olduğunu bilib bağışlasa da (hərçənd Dəyanət görüçəndə onun heç bir günahının olmadığını və bağıladığını söyləmişdi) o birlikdə yaşamağı bacarmazdı. Aytən mərd, şərəfli və ləyaqətli  qadın idi. O bu biabırçılıqdan qurtulacaqdı. Onun nə edəcəyi özünə bəlli idi. Səhəri dirigözlü açmışdı. Konvoy onu məhkəmə zalına aparırdı. Sanki çiyinlərində dünyanın yükünü çəkirdi. Ayaqları yerimirdi, baxışları yerə zillənmişdi. 
 Məhkəmənin qərarı ilə onun himayəsində azyaşlı uşaq olması, törətdiyi cinayəti etiraf etməsi, hadisə yerindən qaçmaması da nəzərə alınaraq 8 il 6 ay iş kəsildi. Müttəhimə son söz verildi. Səhərdən bəri ilk dəfə olaraq o başını yuxarı qaldırıb ətrafdakıları süzdü. Dəyanətə baxanda ürəyi sızıldadı. Dərindən köks ötürüb sözə başladı. Bir Allah şahiddir ki mən əxlaqsızlıq etməmişəm. Mən kimlərinsə məkrli, iyrənc əməllərinin qurbanı olmuşam. Mənimlə birlikdə bu gün İlhamə və Zibeydə də mühakimə olunur. Ədalətli qərar verilsin. Qoy onlar və onlar kimilər bir daha kimlərinsə həyatını puç etməsinlər. Dəyanət,səni dünyalar qədər əziz tutmuşam, özün də bunu gözəl bilirsən. Amma mən nə sənin nə də Şəhla ananın üzünə baxa bilmərəm. Hətta sən məni bağışlasan belə mən özümü bağışlaya bilmərəm.  Bu dünyada şərəflə, namusla yaşamaq başqa bir hissdir. Təəssüf ki məni bu gözəl, ülvi hisslərdən məhrum etdilər. Mən namusu ləkələnmiş, adam öldürmüş, məhbəs həyatı yaşamış məhbus qadınam. Ömrümə çox az qalıb. Mənə 8 il 6 ay hökm 
oxudunuz.Amma o bəlkə də 8 gün, bəlkə də 8 saat olacaq, deyə bilmərəm. Amma hər kəsdən istədiyim budur ki məni əxlaqsız kimi tanımasınlar. Mən ailəmsiz ölüyəm. Burada gənc və gözəl qadınlar da var. Qadınlara deyəcəyim budur ki ,heç zaman heç kəsə inanmayın. Ehtiyatı əldən verməyin. Ailənizin qədrini bilin,İlhamə və Zibeydə olmayın. Keçmişdə kişilər qadınların qeyrətini çəkərdilər.  Qonşunun, məhəllənin, bölgənin, xalqın qadının  namusunu qoruyardılar. İndi isə təəssüf ki Sahib kimi ,,kişilər" qonşunun qadınına göz dikirlər. Amma su çanağı  suda çatlar. Cənab hakim , Mən cinayət törətmişəm, amma Sahibi öldürməyimə əsla peşman deyiləm. Onun yaşaması cəmiyyətə daha çox zərər verəcəkdi. Mən o xislətli birisini öldürməklə neçə-neçə qadının şərəfinin ləkələnməsinin qarşısını almış oldum. Etdiyim cinayət işinə görə isə ruhumu göylərdə mühakimə edəcəklər. Siz sadəcə mənim cismimi mühakimə etdiniz. Hisslərimi, duyğularımı yox. Daha deyəcəyim yoxdur. Dəhlizə çıxmışdı halının pisləşdiyini hiss edirdi. 5-6 addım da atmışdı ki müvazinətini saxlaya bilməyib yerə çırpıldı. 
 Xəstəxanada meyiti müayinə edən həkim mərhum Aytənin ürəyinə batmış iki paslı iynə çıxarmışdı. Aytən binamus adını daşımamaq üçün 2 ədəd paslı iynəni  bədəninə yeritmişdi. Cibindən 1 ədəd vida məktubu və bir də ailə şəkli çıxmışdı. 
 Hakim Abbasov kabinetinin qapısını bağlayıb səssizcə göz yaşı axıdırdı. O bu mətin qadının ruhu qarşısında məğlub olmuşdu.  Onun kağız üstündəki qanunları Aytənin yazılmamış qanunu qarşısında çox zəif idi..
 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)