Edebiyyat.az » Proza » Qandinin "Tolstoy" üsulu

Qandinin "Tolstoy" üsulu

Qandinin "Tolstoy" üsulu
Proza
nemət
Müəllif:
20:53, 10 fevral 2019
1 453
0
M.Qandinin "Tolstoy" üsulu


   Tolstoy (“Tolstoy” Qandinin Güney Afrikada təsis etdiyi bir mərkəz idi.
Orada Qandi və yandaşları Tolstoyun öyrətiləri əsasında əməl etməyə çalışırdılar.)
tarlasında bir qanun həyata keçirirdik. Öyrətmənlərinin
etmədikləri işi öyrəncilərin etməsini yasaqlamışdıq. Bu üzdən
öyrəncilərdən bir iş istənildiyində onlara bir öyrətmən də qatılıb
eyni işi birlikdə etməli idilər. Sonuc böylə oldu ki, çocuqlar və
gənclər öyrəndiklərini böyük bir həyəcanla öyrənirdilər.
   Dərs kitabları haqda bu qədər söhbət edilir. Bu qonuda mənim heç
bir əksikliyim olmamışdır. Hətta başqa kitabları da çox
qullanmırdım. Çocuqlara bir sürü kitab yükləmək istəmirdim. Hər
zaman düşünürdüm ki, çocuqlar üçün ən uyqun kitab öyrətməndir.
Öyrətmənlərimin kitabın üzündən mənə öyrətdiklərindən heç bir
şey xatirimdə qalmamış. Ancaq kitabların dışında öyrətmənlərin
özlərindən öyrəndiklərimi hər zaman xatırlaya bilirəm. Çocuqlar
gözlərindən daha çox qulaqları dolayısıyla yaxşı öyrənib yadda
saxlaya bilirlər. Hələ də xatırlamıram ki, hansısa bir kitabı
başından sonuna qədər çocuqlarıma oxumuş olum. Ancaq
oxuduğum kitabdan yadımda qalanları çocuqlarıma söyləyirdim.
Çocuqlarım məndən eşitdiklərini daha sonra gəncləşdikləri zaman bilə, unutmamışdılar. Çocuqlarım kitablardan öyrəndiklərini xatırlamaqda çətinlik çəkirdilər. Ancaq mənim sadə sözlərlə anlatdıqlarımı çox asanca xatırlaya bilirdilər. Kitab oxumaq onlar üçün çətin ödəv idi. Ancaq mənim onlara həyəcanla anlatdıqlarımı çox rahatca mənimsəyə bilirdilər. Bu, onlar üçün həm də bir əyləncə olurdu. Çocuqlarımla danışdığımda onlardan sorduğum sorularla anlama güclərinin səviyəsinin ölçə bilirdim.
 Cismi eyitmək idman yoluyla olduğu kimi, ruhu eyitmək də bəzi mənəvi ödəvləri gerçəkləşdirməklə mümkün olur. Ruhi tətbiqlər ən çox öyrətmənin davranışları ilə mümkün ola bilir. İstər öyrəncilərin arasında olsun, ya da olmasın öyrətmən hər an öz danışıqlarına və davranışlarına diqqət etməlidir.

   Mən yalançı biri isəm, öyrəncilərimə doğruluqdan danışmanın bir anlamı olmaz. Qorxaq bir öyrətmən heç bir zaman öyrəncilərini cəsur tərbiyə edə bilməz. Öz nəfsinin eyitimi ilə uğraşmayan birisinin başqasına yardımçı olması mümkün deyildir. Bu üzdən hiss edirdim ki, eyitmək istədiyim qızlara və oğlanlara canlı bir örnək olmalıyam. Böyləcə onlar mənim öyrətmənimə dönüşürdülər. Görürdüm ki, onlar üçün olsa bilə, daha dürüst və
doğru biri olmalıyam. Tolstoy tarlasında öz nəfsim üzərinə uyquladığım inzibat orada eyitimləri ilə uğraşdığım oyrəncilərim üzündən idi. Bu öyrəncilərdən biri vəhşi, yalançı və aqressiv bir oğlan idi. Bir dəfə çox aqressiv bir iş gördü. Mən çox sinirlənmişdim. Genəldə mən öyrənciləri cəzalandırmazdım, ancaq bu kəz çox sinirlənmişdim. Ona öyüd verib və aqressiv davranmamasını söyləyirdim. Ancaq o, çox sərt və aqressiv
davranışlarına davam edir, məni aldatmağa çalışırdı. Birdən əlimdəki xətkeşlə onun qoluna bir zərbə vurdum. Onu vurarkən rahatsızlığımdan titrəyirdim. Bu aqressiv çocuq mənim necə bir durumda olduğumu anlamışdı. Onlar üçün öyrətmənin öyrəncini tənbih edərkən titrəməsi yeni olay idi. Gənc aqressiv adam ağlamağa başlayıb məndən üzr istədi. Ancaq o, xətkeş zərbəsinin sərt olduğundan dolayı ağlamırdı. Elə olsaydı qarşılıq göstərib mənə saldıra bilərdi bu aqressiv adam. Çünkü 17 yaşında güclü bir gənc idi. O, mənim böylə davranışımdan dolayı necə üzgün
olduğumu görmüşdü. Bu olaydan sonra o, heç vaxt aqressiv davranmadı, mənə qarşı çox sayqılı oldu. Ancaq mən hələ də ona qarşı qullandığım şiddətdən dolayı peşmanam, utanıram.
   Düşünürəm ki, o gün bu gənc adamın qarşısında mənim ruhi və mənəvi gücümün yerinə heyvani gücüm əməl etmişdi. Mən hər zaman bədən tənbihinə qarşı olmuşam. Yalnız bu bir nümunə həyatımda olmuşdur. Ancaq bu günə qədər hələ qərar verə bilməmişəm ki, xətkeşi qullanmaqda doğru iş görmüşəm ya yox? Böyük olasılığa görə bu iş doğru deyildi. Çünkü bu işi öfkə ilə etmişdim. Əgər bu iş gücsüzlük duyqusundan qaynaqlansaydı, özümü haqlı saya bilərdim. Ancaq xətkeşlə tənbih olayında içimdə başqa təmayüllər bir-birinə qarışmışdı. Bu olaydan sonra bir çox şagirdlərim aqressiv davransalar da, artıq heç bir zaman öfkələnib tənbihə əl atmadım. Bu biçimdə eyitim sürəcində güclü ruha sahib
olmanın önəmini gündən-günə daha dərindən dərk edirdim.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)