Robert Valzer - Dahi...
Proza
Şaxtalı qış axşamlarından birində dahi Vensel tül kimi nazik, nazikdən də nazik paltarda, küçənin ortasında dayanıb, yoldan keçənlərdən yardım istəyirdi. Yoldan keçən kişilər, qadınlar fikirləşirdi ki, ilahi, o axı dahidir, amma bunu özünə rəva görür. Dahilər başqa ölümlülər kimi hələm-hələm xəstələnmir. Vensel gecəni kral sarayının qabağında keçirdi və gördüyünüz kimi, donmadı. Dahilər asanlıqla donmur, lap daha çox soyuq olsa da.
Səhər elə əynindəki köhnə-kürüşlə gənc və gözəl kral qızının hüzuruna getdi. Onun yazıq görkəmi vardı, qulluqçular yoldan çəkilib bir-birinə pıçıldadı: dahidi, uşaqlar, bu, dahidi. Venselin gəldiyini şahzadəyə xəbər verdilər və əyləncə xatirinə onu içəri buraxdılar. Vensel şahzadəyə təzim etmədi, bilirsiniz, o bunu özünə yaraşdırmadı.
Şahzadə isə sırf alicənablığını göstərmək üçün dahiyə, bizim gənc Venselə yüngülcə təzim etdi və qar kimi bəmbəyaz əlini uzatdı ki, dahi onu öpsün, sonra onun nə istədiyini soruşdu. «Yemək!» — kobud dahi cavab verdi, amma bəxti gətirdi, şahzadə işarə verən kimi qızıl sinidə səhər yeməyi gətirdilər, yeməklər gümüş qablara çəkilmişdi, büllur qrafində isə portveyn vardı. Dahi gülümsədi, görürsünüz, hətta dahilər də gülümsəyə bilir.
Şahzadə inanılmaz dərəcədə mehriban idi, Venselin heç əməlli-başlı qalstukunun da olmadığına fikir vermədi, onunla bir yerdə səhər yeməyi yedi, onun ixtiraları haqda söhbət açdı və sağlığına içdi. Dahinin ömrü çox kələ-kötür keçmişdi və o, birinci dəfə idi ki, özünü tamamilə xoşbəxt hiss edirdi, bilirsiniz, hətta dahilər də arada incə, ümumiyyətlə, insani hisslər keçirə bilir.
Yeməkdən sonra söhbət edəndə Vensel dedi ki, ya sabah, ya da birisigün dünyanı tərsinə çevirməyə hazırlaşır. Məlum məsələdir, şahzadə bunu eşidən kimi qorxdu, bülbül kimi incə çığırtı ilə atasının yanına qaçıb eşitdiklərini ona dedi. Gözlənilən kimi, kral Venselə sarayı tez və sürətlə tərk etməyi təklif etdi, əmr o saat yerinə yetirildi. Budur, bizim dahi yenə tində dayanıb, ona hər şeyi bağışlayırlar, o elə əsəbi dahidir ki. Heç bilmir bəlalı başını hara soxsun. Birdən ağlına dahiyanə fikir gəldi (bütün dahiyanə fikirlər anidən gəlir). O, qar uçqunu yaratdı, güclü və uzun sürən uçqun nəticəsində bütün dünya qarın altında qaldı.
O — dahi buz bağlamış qar təbəqəsinin üstündə uzandı, bütün dünyanın altında basdırıldığını fikirləşəndə həzz içində xoşhallanmağa başladı. Öz-özünə dedi ki, bu dünya darıxdırıcı xatirələr dünyasıdır. O, xeyli uzandı, nəhayət, acdığını və dadlı yemək istədiyini (misalçün, «Kontinental» mehmanxanasında verilən yemək kimi) hiss etdi, həm də adamların onunla pis rəftar etməsi üçün darıxmışdı. Göy üzündəki günəş artıq onun zövqünü oxşamırdı və qar təpəsində tək-tənha oturmaq… — dayan-dayan! — o ki tamamilə donub.
Qısası, o, bütün qarı əritdi. Onun sayəsində dünyada bəzi şeylər yaxşılaşmışdı, amma demək olar ki, heç nə dəyişməmişdi. Hər cür üstinsani keyfiyyət qarşısında baş əyən adamlar ortaya çıxmışdı. Bu bir müddət Venselin xoşuna gəldi, amma tezliklə bu da onun ürəyini vurdu. Şikayətlənməyə başladı, sinəsindən qopan ah-nalə hamını mütəəssir etdi. Ona kömək etmək istədilər, onun insanlığın dahisi olduğunu dedilər, buna inandırmaq istədilər. Amma heç nə kömək etmədi, çünki dahiyə heç cür kömək etmək olmaz.
Tərcümə edən: Həmid PİRİYEV

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Akutaqava Rünoske - Cəhənnəm iztirabları
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Y.Mişima - Vətənpərvərlik (hekayə)