Edebiyyat.az » Proza » "Balaca şahzadə”dən böyüklərə dərs

"Balaca şahzadə”dən böyüklərə dərs

"Balaca şahzadə”dən böyüklərə dərs
Proza
Necef Esgerzade
Müəllif:
16:23, 09 sentyabr 2019
1 980
0
Ölümsüz əsərini yaşlı bir insana həsr etdiyinə görə uşaqlardan üzr istəyən Antuan de Sent-Ekzüperi (Antine de Sent-Exupery) əlavə edir: “Bütün böyüklər də əvvəl uşaq olublar, ancaq onların çox azı bunu xatırlayır”. Xatırlamaq istəyən, uşaqlığının saf və bir az da hər şeyə maraq dolu baxan baxışına təzədən yiyələnmək istəyən böyüklərə, demək olar ki, dərs verən “Balaca şahzadə”dən məsləhətlər:
Görünənin içində görünməyəni axtar, görünüşə yaxından bax və beləcə gizlənmiş gözəllikləri görə biləcəksən.

Şlyapanı yox, ilanın udduğu fili görə bilmək ancaq baxıb keçməyənlərin sahib olduğu bacarıqdır. Yalnız belə bir göz ulduzları gözəlləşdirənin görə bilmədiyimiz bir çiçək olduğunu və ya səhranın sirrinin bir quyuda gizləndiyini görə bilər.  

Kiməsə dediyi sözlərə görə yox, hərəkətlərinə görə qiymət ver.

Necəlik həmişə neçəlikdən daha önəmlidir. Kimsə çox şey deyə bilər, ancaq bir hərəkətilə bunun tam əksini sübut edə bilər. Bu səbədən kimisə qiymət verərkən sözlərdən çox, əməllərə fikir vermək lazımdır.

Başqalarını mühakimə etməmişdən əvvəl özünü mühakimə et, çünki bu ən çətinidir və səni müdrik edən də budur.

Mühakimə etmək üçün adam, hadisə tapmaq çox asandır. İnsan ən künc-bucaqda qalan şeyləri belə tapıb mühakimə edə bilər. Ancaq özünü mühakimə etmək insanda nələrisə artırır. Çətin də olsa, hərdən bir tənqidi baxışları özü üzərinə çəkmək lazımdır. Həm də hər yerdə bunu edə bilməlisən, hər vəziyyətin içində tənqidi baxışı özünə yönləndirməlisən.

Başqalarına da önəm ver; ancaq başqalarına önəm verənlər sevilməyə layiqdir.

Ancaq özü ilə maraqlanan adamlar əvvəl-axır yalnız qalmağa məhkumdur. Özlərini maraqlandırmayan şeylərə diqqətini belə verməyən insanlar ətrafındakı seviləcək şeyləri də görə bilməzlər. Belələri sevmə və sevilmə qabiliyyətlərindən məhrum qalacaqlar.

Çətinə düşəcəyini bilsən belə, hisslərindən qaçma.

Başa düşməsən də, ziddiyyətli vəziyyəti düzəldə bilməsən də, qaçmaq həll yolu deyil. Peşmanlıqla geri qayıdanda yerində tapa bilməmə ehtimalını qarşı qaçma və çətin də olsa üzləş.
     
Hər kəsin danışacağı bir hekayəsi, sənin də o hekayədən öyrənə biləcəyin bir şey var; qulaq asmağı bacar.

Ən axmaq kral belə yeri gələndə məntiqli şeylər danışa bilər, çöllükdə bir tülkü bələdçiniz ola bilər. Paltarına, görünüşünə, mövqeyinə baxmadan qulaq asmaq lazımdır ki, insan nəsə öyrənə bilsin.

Özünə öyrəşdirdiyin, zəhmət çəkdiyin şeyə ömürlük məsuliyyət daşıyarsan.

Nəyisə özünə öyrəşdirəndə onunla əlaqə qurursan. Ona vaxt ayırırsan və beləliklə məsuliyyətin altına alırsan. O əlaqəni qurduqdan sonra isə o məsuliyyət daim sənə aiddir. Suladığın bir gülü səhəri gün də sulamaq sənin məsuliyyətindir.

Çoxluğun arasındakını nadir edən sənin ona verdiyin zəhmətdir.

Bəzi insanlar bir bağçada beş min gül əkib axtardıqlarını tapa bilməzlər, çünki o güllərin birini digərindən ayıran bir xüsusiyyəti yoxdur. Bir şeyi dəyərli edən sənin ona sərf etdiyin vaxt, çəkdiyin zəhmətdir. Onu xüsusiləşdirən, dəyərinə dəyər qatan sənin ona verdiklərindir.



İnsanlardan yalnız verə biləcəkləri qədərini istəyə bilərsən.

İnsanlardan edə bilməyəcəkləri şeyləri istəməyin mənasız yoxdur, çünki mümkünsüzlük istəyən adamla yox, vəziyyətlə əlaqəlidir. Mümkünsüzü istəyib gözlədiyi ilə qarşılaşmayanda da hirslənmək əbəsdir. İnsan ancaq ola bilən istəklərin gerçəkləşməsini gözləyə bilər.

Bəzən səni məyus etsə də, sevdiklərinin getməsinə icazə verməlisən.

Balaca şahzadəni özü edən planetlər arasında gəzməsi, kim olduğunu unutmadan hamıdan nəsə öyrənərək səyahət edə bilməsidir. Əslində səyahətin təməlində geri qayıtmaq yatır. Səyahət təcrübəsini dəyərli edən qarşılaşdığımız insanları, yolçuluğumuzda bizimlə birlikdə olanları lazım gəldikcə tərk edə bilmək və o hekayənin gözəlliklərini götürüb yola davam edə bilməkdir. Əvvəl-axır balaca şahzadənin də getməsinə izn vermək lazımdır ki, yolçuluq tamamlana bilsin, bir yerə çatmaq olsun.

Mənbə: Notosoloji
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)