Edebiyyat.az » Proza » Amil Baycan - Nə qədər pul verəcəksən?

Amil Baycan - Nə qədər pul verəcəksən?

Amil Baycan - Nə qədər pul verəcəksən?
Proza
Necef Esgerzade
Müəllif:
14:56, 10 sentyabr 2019
2 064
0
Eldar çox axtardı, axır ki, müəyyən şərtlərlə bir şirkətdə işə girə bildi. Şirkət ölkədə tanınmış dərman şirkətidir. Xeyli adda dərman pereparatlarının ölkəyə gəlişini, satışını həyata keçirir, əsasən Avropa ölkələrinin pereparatlarıdır və deyilənə görə çox keyfiyyətlidirlər. Eldar öncə, şirkətin bütün pereparatlarını dərindən öyrənmək üçün firmada işləyən həkimlərin xüsusi dərslərində kurs keçərək pereparatların tərkibini, hansı xəstəlikdə hansının istifadə olunduğunu, hansı pereparatı hansı həkimlə işləməyi öyrənir.

Bakıda bir ay doqquz günlük kursu bitirdikdən sonra bölgəyə çıxmalı və işə başlamalıdır. Əvvəl bölgəni analiz edir. Bölgədə daha böyük, öncədən işləyən şirkətlərin nümayəndələri var.  Eldar eşidir ki, guya, bölgədə həkimlərin əksəriyyəti məşğuldur. Həkimlərin bir çoxu pula görə yazır, keyfiyyətə baxan yoxdur. Deyilənə görə həkimlərin bəziləri bir ilin faizini öncədən alır və xəstə ölsə də həmin firmanın dərmanlarından başqa dərman yazmır. Eldar inanmır. Düşünür ki, "Boş söhbətdi. Camaatın şayəsidir."

Bir gün səhər durur və bölgənin ən məhşur, ən bərk gedən ginekoloqu Fatma həkimin işlədiyi xəstəxanaya gedir. Saat doqquz tamam. Fatma həkimin otağının ağzı adamla doludur, hamilələr və Eldarın həmkarları olan digər firmaların işçiləri...
Saat on bir. Eldar qadın və hamilələri nəzərə alıb öz növbəsini neçə dəfə onlara verir... Beləcə vaxt gedir. Hərdən bir Fatma qapıdan başını çıxarıb Eldarın həmkarlarımdan birini növbəsiz içəri dəvət edir, Eldarsa gözləyirdi, aclıq, yorğunçuluq, ilk iş gününün həyəcanı onu lap əldən salmışdı. Amma yenə də işə olan ehtiyacı onu möhkəm olmağa məcbur edirdi.
Artıq, saat üçdür, sonuncu müştəri də həkimin yanından çıxıb inildəyə-inildəyə gedir. Birdən yenidən qapı açıldı, Fatma həkim idi, yorğun səslə dedi:

- Məni gözləyirsən?

- Bəli,həkim.

- Hə, gəl içəri.

- Təşəkkür edirəm.

- Buyur.

Eldar dərindən nəfəs alaraq özün təqdim edir. Mən filankəsəm, filan firmanın bölgə nümayəndəsiyəm. Eldar nazir diplomatına oxşar diplomatını açır və əvvəlcədən ayırıb seçdiyi ginekoloji dərman pereparatlarının onatasiyasını çıxararaq öyrəndiyi şəkildə onatasiyaları göstərə-göstərə dərmanlar haqqında bir-bir geniş məlumat verir...
Fatma bezmiş halda Eldarın monoloğunun bitməsini səbirsizliklə gözləyir. Axır ki, Eldar monoloğunu bitirdi və dili-dodağı qurumuş halda Fatmanın üzünə baxdı.

Fatma isə sonda dedi:

- Nə qədər pul verəcəksən?
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)