Edebiyyat.az » Proza » Rauf Qədimov - Həqiqət

Rauf Qədimov - Həqiqət

Rauf Qədimov - Həqiqət
Proza
nemət
Müəllif:
22:15, 17 sentyabr 2019
1 630
0
Rauf Qədimov - Həqiqət





E.ə 399-cu il.

Sokrat Plutonun üzgünlüyü arxasında öz həqiqəti uğrunda zəhər içərək həyatına son qoyur. Öz qanına zəhəri, zamanın qanına isə əbədi olaraq öz həqiqətini qatır.

Sokrata seçim olaraq ya sürgün, ya da zəhər içərək həyatla vidalaşmaq qoyan Afina məhkəməsi belə bu ölüm qarşısında tir-tir əsir. Onlar artıq bu ölümdən sonra zamanın onlara nələr yaşadacağından, həyatın axarına- zamana hopan bu həqiqətdən xilas ola bilməcəklərindən xəbərdardırlar.

Bu həqiqət Plutonu, Kritonu, Aristoteli yeni həqiqətlərə çatdırmaqdan ötəri Sokrat kimi öz ölümünə belə razı olur. Pluton Sokratın, Aristotel Plutonun həqiqətləri üzərinə çıxaraq həyata daha aydın baxırlar.

Zaman mərfumun qarşısında bütün canlıların fərqləri aradan qalxır. Zaman bütün bəşəriyyətin alnına yazılan yeganə taledir. Bəlkə də elə tale dediyimizin özüdür. 

Bu tale bizi Sokratın olümündün 432 il sonraya gətirir. Bizim eramızın 33-cü ilinə.

Mıxlarla əlləri və ayaqları çarmıxa dartılan İsa, "onları" bağışla deyə, öz tanrısına dua edir.

Kimdir "onlar"?

İsa qanlar içində, çarmıxa dartılmış halda onları- onu qanına qəltan etmiş, çarmıxa dartmış insanları düşünür, onların bu əməllərinə görə bağışlanmasını dua edir. Bütün bu dözülməz iztirabların, çirkinliklərin qarşısında o, bunu bacarır, o, bunu edir, əfv edilməsini istəyir, bu zalımların.

Son nəfəsində belə öz həqiqətindən üz döndərmir.

Bəzi ölümlərin qarşısında ölüm belə qürur hissi keçirir, başını aşağı əymir, əksinə daha da dik tutur. Sokratın, İsanın ölümləri ölümə bu başı dikliyi, bu qürur hissini yaşatmışdır.

Ölüm onların canını aldığına görə daima qürur hissi keçirəcək!


Bir neçə gün əvvəl bir insanla söhbətimdən bu nəticəyə gəldim ki, Sokratlar və İsalar ölümü qürurlandıran ölümləri ilə bizə bir şeyi anlatdılar;

Biz ölümümüz ilə ölümün başını uca etdik, siz yaşamağınız ilə yaşamı qürurlandırmalısız!

Bu yaşam Sokratın, İsanın həqiqət uğrundakı ölümünə bənzəməli, bu ölümlərdən ilham almalıdır.

Həqiqət- Bütün ölüm və yaşamlardan üstün olan həyatın anlamı!

Bəs, bizim ölümün yanında yaşamın başını uca etməyimiz üçün lazım olan "həqiqətimiznədən ibarətdir?




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)