Edebiyyat.az » Proza » AZAD QARADƏRƏLİ- DAHA ŞAİRLƏRİN DƏRİSİNİ SOYMURLAR (esse)

AZAD QARADƏRƏLİ- DAHA ŞAİRLƏRİN DƏRİSİNİ SOYMURLAR (esse)

AZAD QARADƏRƏLİ- DAHA ŞAİRLƏRİN DƏRİSİNİ SOYMURLAR  (esse)
Proza
Necef Esgerzade
Müəllif:
16:22, 09 noyabr 2019
1 369
0

“Əyilmərəm, nə ki yer, versələr səmanı mənə!”

                                     

 C.Cabbarlı



            İkinci yazı



            

            Harda qalmışdıq?

           “Niyə götürdü?” sualında.

           Bu sual məni çox düşündürüb.

            Axı yerə-göyə sığmayan şair o adın içinə necə sığdı?

            Məsələn, sənə, yəni mənə (sualı özümə verirım) versəydilər, götürərdin?

            Bir az mübahisəli məsələdir, amma...

            Nə amma?! 

            Bilirəm, kimsə deyəcək ki, heç verən var ki? “Yaxud, pişik, ət məsələsi...

            ...


                                                           ***

            Bura yazı meydanıdır. Azadlıq meydanı deyil, xahiş edirəm, basıb bağlama. (Bu ikinci məndir, yasalayır deyəsən. Qoy görək nə deyəcək.)

            Gəl, əvvəlcə bu suala cavab verməyə çalışaq: axı niyə götürdü? Yəni, tək o yox e, elə o birilər də, vaxtilə SSRİ-ni guya asıb-kəsən indinin xalq-malq şairləri, yazıçıları – “60-cılar” və bir az sonra gələnlər (daha qart sovet yazıçılarını demirəm, onlar SSRİ-nin əkib-doğduqları idilər) necə oldu ki, birdən-birə çıraq kimi söndülər? Yıxıldılar? Diri-diri öldülər?

            Hamısı başlayanda dünya səviyyəli əsər yazdığını zənn edirdilər. Sonra xaricə çıxmaq istədilər və baxıb gördülər ki, oradakıların heç suyunun suyu da deyil yazdıqları. Yəni, onlar, əslində başlayanda özləri kimi başlamamışdılar axı. Elə o Rilke, Svetayeva, Axmatova, Pasternak, Brodski, Eliot kimi başlamışdılar...“Kimi başlamışdılar” bir az ayrı cür çıxdı e, gəl belə deyək: elə onları yamsılamışdılar, köçürmüşdülər, yəni kimdi rusca, ingiliscə bilən bu soxhasoxda? Onlar bilənəcən, mən Skandinaviyanı keçərəm, çətini Nobel alanacandır, alaram... Hələ indiyəcən verilən Nobeli kimsənin əlindən alan olmayıb. Amma hədiyyə edən olub, məsələn Hamsun Göbbelsə hədiyyə etmişdi... (Düzdür, Sartr da imtina etmişdi, avam oğlu avam, adam da heç bir milyondan imtina edər!?)

            Amma, qardaş, bu avropalıları, amerkalıları vurğun vursun, nənəm demişkən, oğraşlar tükü tükdən seçirlər. İylədilər, çüylədilər, gördülər ki, bizimkilər nəinki misraları köçürdüblər, hətta nöqtə-vergülü də saxlayıblar!..

            Burda Nobelmi olar, ə?! Adama heç iki barmağın 

arasından çıxanı da verməzlər. 

            Bu şairlərimizin dərdi.

            Yazıçılarımız, yəni nasirlərimiz də Sovet hökümətinin pul-parasını görən kimi Nobel nədi, heç Bookerə də tamah salmadılar. Qardaş, pul xəzəl kimi! Bağ evi, maşın, Moskvada moskovski vodkadan vura-vura qastinlərdə rus qızlarıynan kef çək, üstündən Malbora çək, Nazim Hikmətlə şəkil çək(dir), fırın tutandan-tutana da “dünyanı qopart”, “dağlar arxasında erməniylə, rusla dostlaş”, O tayda şah qoşununun gülləboranından tut kimi tökülən millətindən deyil, hansısa yalançı “gəlməyəcək günlər”dən bas-bağla, milli hakimiyyətimizi dənizdən top atəşilə susduran satqından roman bağla, bir qatır oğlu qoturun, yolkəsənin obrazına ssenari bağla, film çək,  hətta sənin bu filmindən sonra Gəncədə o xainə heykəl yapsınlar... Hələ də o xainin, yolsuzun heykəlini gəncəlilər hər gün görmədədirlər – Rəsulzadənin büstünün başına çuval keçirəni millət vəkili kimi tanıyıban...

            Müstəqillik mübarizəmizdən bir abırli əsər yazmadılar, 20 Yanvarı lənətləyən bir roman bağlamadılar, Qarabağ savaşımızı görməməzliyə vurdular... Bu millətin ahı tutsun bunları! Yaxşı onun-bunun quşun götürüb ad aldılar. Dünyaya əlləri çatmayanda, Nobelin həndəvərinə düşmyə layiq əsər 

yazmadıqlarını biləndə xalq şairi, xalq yazıçısı yarışına başladılar... Prezident təqaüdü üstündə baş yardılar, diş tökdülər... 


                                                                       *** 

            ...Allah məni belə bir imtahana çəkməsin! O gözəgörünməzdən istəmişəm, layiq olana layiq olduğunu versin. 

            Amin!...


                                                                                                          Noyabr - 2019


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)