Edebiyyat.az » Proza » Alfred Adlerin seks haqqında düşüncələri

Alfred Adlerin seks haqqında düşüncələri

Alfred Adlerin seks haqqında düşüncələri
Proza
nemət
Müəllif:
15:48, 22 fevral 2019
1 674
0
Alfred Adlerin seks haqqında düşüncələri


  Seksuallıq və seksual problemlər 


   Seksuallıq ilə onun real və uydurulmuş xəstəliklərlə bağlılığına diqqət yetirək. Biz artıq bilirik ki, insanların böyük çoxluğu həyatın başqa problemləri ilə müqayisədə sevgi və nikahla bağlı problemlərin həllinə daha az hazır olurlar. Ancaq bu nəticə bunların hamısından daha çox seksə aiddir. Seksuallıqla bağlı məsələ saysız-hesabsız qeyri-adi, məntiqsiz düşüncələrlə əhatə olunmuşdur. Bu məntiqsiz düşüncələrdən ən geniş yayılanı sek- suallığın öz xüsusiyyətlərinə görə anadangəlmə keyfiyyət olduğuna inanılmasıdır: bu düşüncəyə görə, insan irsi olaraq müəyyən edilən hansısa dərəcədə seksuallıqla doğulur və bunu heç cür dəyişmək mümkün deyildir. Bəlli olduğu kimi, irsilik məsələsindən bir çoxları öncədən hazırladıqları nəticələri doğrultmaq üçün istifadə edirlər və bu yanlış dəlillər bu sahədəki dəyişikliklərin qarşısında əngələ çevrilir. Ona görə də, başlanğıcda bu sahə üzrə elmi baxımdan irəli sürülən bir sıra qənaətlərə baxmağa dəyər.

    Bütün bu dəlillər sadə insanlar tərəfindən olduqca ciddi şəkildə qəbul olunur və bu sadə adamlar belə bir adi həqiqəti bilmirlər ki, bu elmi qənaətlərin müəllifləri yalnız gəldikləri son nəticələri ortaya qoyurlar və bu nəticələrin müəyyən edilməsi üçün istifadə etdikləri seksual instinktlərin tormozlanması və ya süni şəkildə stimullaşdırılması dərəcələrinə fikir vermirlər.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)