Edebiyyat.az » Proza » Səbirə Müzəffər - Tehran Əlişanoğlu 60 yaş (Tələbə memuarı)

Səbirə Müzəffər - Tehran Əlişanoğlu 60 yaş (Tələbə memuarı)

Səbirə Müzəffər - Tehran Əlişanoğlu 60 yaş  (Tələbə memuarı)
Proza
Necef Esgerzade
Müəllif:
21:27, 14 yanvar 2020
2 227
1

Akademik ədəbiyyatın nümayəndəsi, tənqidçi, filologiya üzrə elmlər doktoru, AMEA-nın müxbir üzvü,  Tehran Əlişanoğlunun doğum günüdür... Yaşınızın yeni çağı mübarək, müəllim!
 
...Tehran müəllimlə ilk  tanışlıq 2014 – cü ilə söykənir. Mən onda III kurs tələbəsi idim. Auditoriyamıza (404 nömrəli otağa) səssizcə  gəlişini xatırlayıram. Bizlə tanışlığı, özünü təqdim etməyi  və hətta birinci sualı belə yadımdadır... Verdiyi sualları cavablandırmağa çalışırdıq. Səhvlərimiz belə olsa heç bezikmədən özünəxas susqunluğu ilə  tələbələrin fikirlərinə aydınlıq gətirərdi Tehran müəllim. O zaman mən Tehran Əlişanoğlu  haqqında - onun dünyası, fikirləri, yazı üslubu və fəaliyyətindən bixəbər idim. 

İlkin olaraq yeni müəllimə alışmaq, onun  qarşısında dərs danışmaq, fikir mübadiləsi etmək çətin idi mənim üçün. Görəsən, danışdıqlarım, fikirlərim  müəllimi qane edirmi? Hər zaman belə suallar yararadardı beynimdə. Mühazirələrin , əsas da seminarların  ardıcıllığı müəllimlə bizi yavaşcadan doğmalaşdırdı... Seminarların gedişatı elə formada gedirdi ki, heç saatın necə bitdiyini bilməzdik. Bütün tələbələri yığardı lövhə qabağına, oxuduqları əsərlər haqqında bircə-bircə  fikirləri alardı. Fikirlər qarşılaşdırılar, bəzən razılıq, bəzənsə mübahisələr əmələ gələrdi. Amma heç bir zaman öz marağını itirməzdi. Seminarlarımızın özəyi idi müzakirələr. Hər kəs iştirak etmək istəyər, oxumaqdan qaçınmazdı...
 Çox uzatmadan deyim ki, bir ili məlumatsız başa vurdum... İl oldu 2015. Bütün sirlər də məhz həmin ildə açıldı. Sən demə bizim yeni – (eynəkli, hündürboy, sakit, hər zaman əlindəki kitab ya qəzetlə diqqətimizi çəkən) müəllimimiz  neo-akademik nəşr – “Tənqid.net”(toplusu) jurnalının redaktoru Tehran Əlişanoğlu imiş. Jurnalı tez bir zamanda əldə etməyə çalışdım. Əldə edən kimi də onu imzalatmağı və müzakirə etməyi müəllimimdən xahiş etdim. Seminarlardan birini  də elə “Tənqid.net”- ə  həsr etdik. Açığı jurnalın struktru və dilindən məlumatlı deyildim. Nə yalan deyim, çox çətinliklə oxudum. Hətta oxuduqlarımı təhvil verə bilməyəcəyimi düşündüm. Bir bilsəniz redaktorun yazdıqlarını özünə qaytarmaq necə çətin prosesdir. Ancaq heç də pis alınmadı. Şərhlər, fikirlər, redaktorun açıqlamaları bir az köməyimə çatdı... Elə jurnal vasitəsilə Tehran Əlişanoğlunu daha da tanımağa başladım. Onun üslubu, dəst-xətti, yazı tərzi o qədər mürəkkəbdir ki, anlamaq nə mümkün...

Mühazirələrdən birində  çəkinmədən Tənqid.netlə bağlı sözümü də demişdim...

“ Jurnalın dili o qədər ağırdır ki, Tehran müəllim, sanki anlamamağımız üçün əlinizdən gələni əsirgəməmisiz ”... Cavab olaraq isə o, sadəcə gülümsəmişdi. 

İllər bir-birini əvəz etdikcə mən sıra ilə jurnalın digər saylarını da tapıb oxumağa başladım və hələ də davam edirəm. Gəncliyə, gənclərə daha çox yer verilməsi “Tənqid.net”-ə olan entuziazmı artırır. Artıq mən yavaş- yavaş öz aləmimdə  Tehran müəllim  haqqında xudmani  tədqiqat aparmağa başladım... Tədqiqatım heç də pis nəticə vermədi:
Əvvələn ilklərdən başladım: İlk kitabı; ilk mətbu yazısı, ilk namizədlik, ilk doktorluq işi... Zamanla təqdiqatımı daha genişləndirdim. Tehran müəllimin 14 kitab, 200 dən çox məqalə müəllifi olduğunu öyrəndim.. .Bunlarla kifayətlənməyən Tehran Əlişanoğlu həm də ilk internet portalı olan Yenisi.net – in qurucularından biridir. 

...Və bu gün -  16 yanvar 2020- ci ildə müəllimimin 60 yaşı tamam olur. Əziz müəllimim, sizi yeni yaşınız münasibətilə təbrik edirəm .Qələminiz əlinizdən, varlığınız ədəbiyyatdan əksik olmasın...
                                                                                          
 
 


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)