Edebiyyat.az » Söhbət » Bəhruz Xəlil - ...Şeiri tamamlayandan sonra yarım saat bədənim əsir...

Bəhruz Xəlil - ...Şeiri tamamlayandan sonra yarım saat bədənim əsir...

Bəhruz Xəlil - ...Şeiri tamamlayandan sonra yarım saat bədənim əsir...
Söhbət
admin
Müəllif:
13:48, 09 avqust 2020
1 785
0
Bəhruz Xəlil - ...Şeiri tamamlayandan sonra yarım saat bədənim əsir...








- Xoş gördük, Bəhruz Xəlil. Xəlil sözünün mənası nədir? Səncə, nə qədər uğurlu təxəllüsdür.

- Xoş gördük. Xəlil oğlumun adıdır. Oğlum doğulan kimi, təxəllüs olaraq adını götürdüm.

Dostlar zarafata deyirdi: o boyda nəslin daşıdığı soyadı, bir oğula dəyişdin.

Uğurlu təxəllüs olub, olmadığını deyə bilmərəm, amma mənə çox aramlıq gətirir oğlumla eyni anda adımızın çəkilməsi. Oğlumun adını böyük qardaşım Ruslan qoyub. Ruslan ən çox istədiyim adamdır həyatda. Xəlil adı həm də mənə Ruslanın hədiyyə etdiyi dəyərdir...

 

- Şeirlər kitabın haqqında tənqidçilər fikir söylədilər?

- Konkret bir yazı yazılıbsa da xəbərsizəm. Gülnar Səma kitabım haqqında yazacağını dedi. Sonra deyəsən yazdığını da dedi. Amma yazını hələ oxumamışam. Bəlkə də hardasa dərc olunmayıb.

 

- Azərbaycan ədəbi camiyəsi haqqında nə söyləyə bilərsən? Səni qane edirmi?

- Qane etmir demək günah olar. İşıqlı gənclər çoxdur. Təəsüf ki, kitab olaraq hamısını oxuya bilmirəm. Saytlar üzərindən vaxtım çatan qədər izləyirəm. Boşluqlar da çoxdur. Şairlərimiz, içi mən qarışıq kədərin içindən bayıra çıxa bilmirik, nasirlərimiz də, qızla oğlan sevgisini bir yerə gətirib çıxara bilmirlər.

 

- Bölgələrdə ədəbiyyata maraq varmı? Şair və yazıçılar necə dolanır?

- Bölgələrdə ədəbiyyata maraq yox dərəcəsində azdır. Şair və yazıçı şeir və romanın ümidinə qalsa acından ölər.

Məsələn: mən çox az sayda kitab satmışam, şeirdən olan gəlir kimi götürsək, gəlir demək olmaz. Açığı, gəlir məqsədilə də şeir yazmıram. Heç o həddə də deyiləm ki, xüsusi qonarar qarşılığında kitabım nəşr olunsun.

 Hədd deyəndə, özümü zəif şair saymıram. Reallığa əsasən deyirəm. Yəni, reklam olunub, tanınan adamlar var, onlar daha çox satılır. Mən o satılan müəlliflərin çoxundan güclü, azından zəif və qismi ilə də eyni güclü yazıram.


- Yazıçı sözlə işləyir, rəssam rənglərlə. Bəs, şair?

- Şair nəğməylə... Sən heç misraların ayaq səslərindən həzz almısan? Şair yazdığı misraların gəlişinin ayaq səsləriylə məst olur. Başqa aləmə düşür. Bəzən olur, şeiri tamamlayandan sonra   yarım saat bədənim əsir. Bürünürəm. Canımdan üşütmə çıxsın. Eynən ilk ayənin nazil olduğu kimi. Peyğəmbər üşütməsi...

 

- Azərbaycan şeirini dünyaya çıxarmaq nəsib olsa, kimlərin şeirləri ön sırada olar?

- Mən elə bilirəm, Azərbaycan şeiri dünyaya klassik şeirlərlə çıxa bilər. Musa Yaqubun, "Leyləklərin çöp yuvası boş qalıb" misrası, düzgün çatdırıla bilsə, bütün oxucuları məst edər.

 

- Yazıçılar birliyinə münasibətin nə yerdədir?

- Yazıçılar birliyinə münasibətim heç özüm də bilmirəm necədir. Bu vaxta qədər bir dəfə müraciət etmək istəmişəm. Amma etməmişəm.

 

- Ən gözəl şeirini neçəyə satarsan?

- Bir kitab, ən gözəl şeirimi 10 manata satan adamam, belə suallarla imtahan etmə məni (gülür)

 

 

- Nə üçün ədəbiyyat dünyasında müstəqil olaraq pul qazanmaq çətindir? Yəni, Azərbaycanda.

- Ədəbiyyat dünyasında müstəqil olaraq pul qazanmaq ona görə çətindir ki, hal-hazırda Elatlı sevənlər daha çoxdur...

 

- Qızıldan dəyərli vaxtını bizə ayırdığın üçün sənə təşəkkürümüzü bildiririk.

- Mən minnətdaram, uzaq məsafədə olan, başı, mal-qaraya qarışan, amma yaxşı şair də ola bilən adamı yad etmisiniz..!

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)