Edebiyyat.az » Söhbət » Nərgiz Nasir - ...Bu il məktəb kitabxanalarındakı bütün tozlu kitab rəflərimiz yandırıldı...

Nərgiz Nasir - ...Bu il məktəb kitabxanalarındakı bütün tozlu kitab rəflərimiz yandırıldı...

Nərgiz Nasir - ...Bu il məktəb kitabxanalarındakı bütün tozlu kitab rəflərimiz yandırıldı...
Söhbət
admin
Müəllif:
20:00, 11 avqust 2020
1 745
0
Nərgiz Nasir - ...Bu il məktəb kitabxanalarındakı bütün tozlu kitab rəflərimiz yandırıldı...





- Xoş gördük, Nərgiz Nasir. Son zamanlar şeirlər kitabın haqqında müsbət fikirlər yazılır. Prosesdən razısanmı?
- Salam. Xoş gördüm Nemət bəy. Kitabımı oxuyan hər bir oxucuya öz təşəkkürümü bildirəm. Gedişatdan  razıyammı, razıyam. Xeyli dəyər verən oxucum var.  Əslində isə mənim əsas qayəm oxucunun məndən razı qalmasıdır. 


- Təmtəraqlı təqdimatına xeyli oxucu gəlmişdi. Azərbaycanda fərqli təqdimat keçirməyə necə nail oldun?
- Mənə görə təqdimat çox önəmlidir. Tək ədəbiyyatda yox,  hər sahədə belədir. Bu həm  özünə dəyərdir, həm qarşı tərəfə. Mənə görə şeir incəsənətdir. Məsələn biz qalxıb hansısa ağır tarixi bir romanın təqdimatını o cürə keçirə bilməzdik. Çalışdıq ki, "Mimoza çiçəkləri" ndəki ruhu oxucusuna yansıdaq. Düşünürəm ki, buna nail ola bildik. Buna nail olmağımdakı şanslı tərəfim isə dəyərli "PARLAQ İMZALAR NƏŞRİYYATI" nı tanımağım oldu. Başda dəyərli nəşriyyatımın kollektivinə və bu işdə mənə yardımçı olan dəyərli dostlara burdan bir daha təşəkkürümü bildirirəm. 


- Poeziya sənin üçün nədir?
- Poeziya mənimçün insan ruhunun təzahürüdür. Poeziya şairin ruhunu aynalamasıdır. Poeziya mənimçün terapiyadır. Dinclikdir. Nəfəslikdir. Məsələn, şairsənsə, sənə ağır gələn, yoran düşüncələrdən, ruhunu boğan narahatlıqlardan  bəzən bir misra ilə qurtula bilirsən. Nə psixoloqa ehtiyac qalır, nə nevroloqa) 

- Şeirlərində dərin kədər izi var. Həssas fikirlərlə tək qalmaq qorxulu deyilki?
- Deyəsən bu sualın cavabına da bundan əvvəlki sualda toxunmuş oldum. Həssas fikirlərlə tək qalmaq o zaman qorxulu olardı ki, onları yaza bilməyəndə. Bəlkə də, yaza bilməyin əsas sirri, elə YAŞATMAQdır.  

- Dinə bağlı şeirlərə üstünlük verəndən sonra oxucun artdı, yoxsa azaldı? 
- Hər şeyin içinə Allah sevgisi qarışanda daha da gözəl görünür mənə görə. Yaşadığımız dünyanı o qədər sevirik ki, bu yeri bu göyü, təbiətin füsünkarlığı, səmanın möhtəşəmliyi. Bu əsrarəngiz tabloda yaradan ən gözəl rənglərə batırıb fırçasını. O bizə bu cür möhtəşəm təqdim edibsə hər şeyi, biz niyə onu gözəl sevməyək.Mən onu ən gözəl şəkildə sevmək, sevdirmək istəyirəm. Bir şeir, bir misra hansısa qəlbdə iman toxumunu cücərdəcəksə, niyə də olmasın. Buna görə oxucu itirəcəmsə, bu mənim oxucu itirməyim deyil, oxucunun itirməyidir. 


- Dəniz, eşq, yoxsa, səyahət? 
- EŞQ. Çünki, həqiqi eşqin içində hər şeyə, hər yerə sonsuz səyahət var. 


- Poeziyadan prozaya keçid etməyi düşünürsən? Bir-iki nümunə olmuşdu.
- Düzü bu haqda düşünürəm. Ətrafdan da çox deyirlər, dostlar, oxucular ki, bədii təsvirim güclüdür və bu işi bacararam. Arabir kiçik hekayələrim olur və bəyənilir də. Amma etiraf edim ki, təkcə yazmaq şərt deyil, bu işin bir üslubu, bir sxemi var. Təəssüf ki, üslubdan, sxemdən xəbərsizəm. Mənim şeirim mənim ruhumun məhsuludur, və oxşar ruhlara xitab edə bilər, dinclik bəxş edə bilər, hər oxucu ordan öz misrasını seçə bilər. Ancaq bədii əsər, roman bunlar 90 faiz düşüncəyə xitab edir deyə, yazarkən ümumilikdə minlərlə oxucunun düşüncəsini nəzərə almalısan, zəncirin halqasını düzgün birləşdirilməlisən. Bir səhv halqa bir düşüncəni zədələyə bilər. Məsələn, mexanika riyaziyyatı bitirən biri riyaziyyat müəllimi işləyə bilməz. Çünki şagird psixologiyasını, pedaqoqikanı bilmir. Yəqin ki, fikrim çatır sizə. Uzun sözün qısası bir gün prozaya keçid etsəm, mütləq savadlı keçid edəcəm, koranə yox. Bu il, müəllimimdən bu barədə dərs almağı düşünürəm. 


- Təbiət şeir dili ilə danışırsa, şairləri təbiət ilahəsi saymaq olar?
- Şairlər ən gözəl təbiət rəssamlarıdır. Bəli onlar təbiət ilahələridir. Uçan quşun qanadında azadlığı təsvir edən də şairdir, köçəri quşun qanadındakı vəfasızlığı təsvir edən də. Yaz otlarındakı ümidi təsvir edən də şairdir, payız xəzəlində ümidsizliyi təsvir edən də. 

- Azərbaycanda bədii ədəbiyyat üçün işlər görülürmü? 
- Bilirsiz, gənc dəyərli qələmlərimiz var, gözəl əsərlər var. Müəyyən qədər oxucu kütləsi də var. Kitab, ədəbiyyat sahəsində nələrsə etmək istəyən qruplar, qeyri  hökmət təşkilatları. Amma bunlara dəstək yoxdur. Maaliyə problemi əngəldir. Həm yazıçıya, həm oxucuya. Məsələ budur. Yaxşı cəmiyyət istəyən, onun mariflənməsinə çalışmalıdır, buna şərait yaratmalıdır ilk növbədə. Devizi bu olmalıdır ki, "Oxu! Düşün! İnkişaf et!". Bu gün cəmiyyətin psixologiyasındakı əskikliklər məhz bu diqqətsizlikdəndir. Cəmiyyətin zehniyyətini aydınlatmaq istəyən bir ölkədə kitablar yandırılmaz! Bu il məktəb kitabxanalarındakı bütün tozlu kitab rəflərimiz yandırıldı. Nizami Gəncəvinin "Xəmsə"si köhnəldikcə, onu azərbaycan ədəbiyyatının antikasına çevirmək lazımdır. Daha, köhnəlib deyə yandırmaq yox! Bu elmi, ədəbiyyatı, yazıçını təhqir etməkdir. Təəssüf edirəm və iynənin ucu boyda bir ümidlə bəlkə nə vaxtsa bu sahəyə də diqqət ayrılar deyə düşünürəm.  

- Komandamız və öz adımdan sənə minnətdarlığımızı bildiririk.
- Mən də hər birinizə diqət və  dəyərinə görə öz təşəkkürümü bildirirəm. Uğurlar!


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)