Monika Belluci ilə müsahibə - " Fikirləşirlər ki, kimsə çox gözəldirsə axmaqlığa məhkumdur "
Söhbət
- İreversible” filmindən başlayaq, zaman hər şeyi məhv edir, bu fikirlə razısınız?
- Bəli, zaman hər şeyi məhv edir. Qırmızı gözəl bir alma götürün saxlayın zamanla o çürüyəcək və içində qurdlar əmələ gələcək. Bizim də həyatımız ona oxşayır. (kinoda)
- Sizin bu filmdə oynamaq üçün marağınız çəkən şey nə idi?
- Ssenarini oxumamışdım çünki ssenari mətni yox idi. Açığın desəm Gasparla işləmək istəyirdim. O tanıdığım ən savadlı adamlardan biridir, mən onun ilk iki kinosuna baxmışdım “Carne” və “Seul Contre Teus”. Fikirləşirdim ki, dəlidir yəqin amma o çox istedadlı biridir. O mənlə işləmək istədiyini deyəndə sevincimi təsəvvür edə bilməzsiniz. Beləliklə, bizim etdiyimiz şey ancaq rahat və özümüzə əmin olmaq idi. Bu cür bir işlə heç vaxt rastlaşmamışdım. Ssenarisiz bir film və mən sadəcə olacaqları bilirdim kinoda da gördüyünüz kimi 15-20 dəqiqə kamera heç bir kəsinti olmadan çəkməyə davam edir. Bizim elədiyimiz sadəcə bir gün təkrarlamaq səhəri gün səhnəni çəkmək olurdu. Bu mənim üçün yenilik idi çünki teatrı xatırladırdı. Kinoda bu cür hallara az-az rast gəlmək olur. Çünki kinoda xarakteri qurmaq deyə bir anlayış yoxdu sən ortaya qoyulan obrazı oynamalısan. O, filmdə obrazın yaranmağına imkan verdi. Axırıncı səhnədə mən yuxudan oyanıram yanımda ərim var, duşa girirəm, hamilə olub olmadığımı yoxlayıram sonra öyrənirəm ki, hamilə deyiləm. Bunu bir çox filmdə kəsirlər. Gaspar bunu eləmədi, zamanı bizə buraxdı və teatrallaşdı səhnə, ona görə mükəmməl iş alınmışdı.
- Bizə zorakılıq səhnələri haqqında danışa bilərsiniz?
Bunu izah etmək bir az qəlizdir. İntim və şəxsi bir səhnə idi. Həmin gün Vincent məndən soruşanda ki, səninlə bir yerdə setdə qalmağımı istəyirsən? Dedim yox. O, Fransanın cənubuna sörf etməyə getdi. Bütün gün tək başıma qaldım. Hər şeyi təkrar etdikdən sonra setə getdim, hamı orda idi, bütün səhnələri əzbər bilirdim mənə təcavüz olunan səhnəni də, hansı pozisiyada duracağımı da. Düzü çox həyəcanlı idim amma indi onların heç birin xatırlamıram, necə çəkildi, o səhnə, o andakı hisslərim. Mənə bu film “Clockwork Orange”, “Pi”, “Requiem for a Dream” və Pazolini filmlərini xatırlatdı. Bu filmləri həzm etmək çox ağır gəlir insana amma onlarda nəsə var. Bu cür filmlər izləyərkən narahat olursan çünki onlar sənin ən dərin qatlarına işləyir, insanın da dərinliyində, içində bir yerdə zorakılıq var. Onu tapırsan.
- Vincent ilə birgə çəkilmiş intim səhnə haqqında danışın biraz.
- Vincent inanılmaz biridir. Biz Kanna filmə baxmağa gedəndə mənə təcavüz səhnəsində bütün üzüm qan içində idi, Vincent ağlamağa başladı. Mən də bu kinodu Vincent real deyil dedim. Əlbəttə, bu filmin realist çəkildiyinə görə idi. Onunla işləmək isə tamam ayrı cür zövq verdi mənə. Biz birimizi çox yaxşı tanıyırdıq, səhnədə də bunu göstərdik, düzdür, biraz rol da qatdıq amma real alınmışdı səhnə.
- Hollivud filmləri ilə bu filmi necə müqayisə edə bilərsiniz?
- Tamamilə ayrı-ayrı şeylərdir. Hətta “Tears of the Sun” filmində belə realist olmağa çalışmışdım. Çox vaxt action kinolarda qadının baş rolda oynamağı çətinləşir amma əlimdən gələnin ən yaxşısını etməyə çalışdım. Mən demirəm həmişə “İrreversible” tərz filmlərdə çəkilmək istəyirəm çünki o cür filmlər çox çətin olur. Amma mənə görə möhtəşəm idi.
- Özünüz haqqında danışa bilərsiniz?
- İlk olaraq insanlar mənə baxanda ağıllarına gələn ilk fikir “Aha daha bir model aktrisa olmaq istəyir”. Burdakı problem isə onların sənin istedadını, savadını unutmaqları amma gözəlliyini isə unutmamaqlarıdır. Onlar fikirləşirlər ki, kimsə çox gözəldisə axmaqlığa məhkumdur.
- Sənətinizdən?
- Mənə ilham verən Sophia Loren, Monica Vitti olub. İtaliyan kinosu yaratmışdı onları - Rossellini, Fellini, Antonioni, Visconti. Mənə görə aktyorluq qadın işidir. Qadın üçün aktyor olmaq asan və normal bir şeydir. Amma kişi üçün bir az ağırdır, o rola bürünməyə məcburdur. Bir şey də var ki, bu günə kimi ortaya çıxan mükəmməl qadın aktrisaları dahilər yaradıblar.
- “İreversible” filmində oynamaqla “Matrix”də oynamaq arasındakı fərq nədədir sizə?
- Böyük büdcəli ya da az büdcəli filmdə çəkilmək arasında fərq yoxdur, ikisində də kamera qarşısında olursan. Kamera qarşısında olarkən mən rol haqqında düşünürəm. Bu aktyor üçün çox vacibdir çünki o bütün ürəyi ilə həmin rolu oynamalıdır.
- Kariyeranıza vəkil olaraq başlamısınız.
- Hakim və yalançı, ikisi də eyni şeydir, elə deyil? Məncə vəkillər inanılmaz aktyorlardır. Məhkəmə salonu da setdir.
- İşinizdən əlavə ən çox dəyər verdiyiniz şey nədir?
- Yaşamaq (gülür). Hamı kimi mən dostlarla bir yerdə danışıb gülməyi sevən biriyəm amma bildiyimiz kimi zaman bizi ölümə məhkum edib.
- Sizə çox iş təklifləri gözəl olduğunuz üçün gəlir?
- Fərqindəyəm ki, gözəllik xüsusi bir marağa dəvət yaradır. Amma Oscar Wilde-ın da dediyi kimi əgər sənin o gözəlliyi davam etdirmək üçün başqa bir səbəbin yoxdursa bu gözəllik sadəcə 5 dəqiqə səni gözəl saxlaya bilər. Rejissorlar kimisə gözəl olduğu üçün onlara rol təklif eləmirlər, onların istedadına görə dəvət edirlər.
- Özünüzü aktrisa kimi sübut etdiyinizə inanırsınız?
- Başqalarına yox özüm üçün bunu isbatlamışam. Mən diskusiyaya səbəb olan filmləri sevirəm. Məsələn “İreversible”, “The Passion of the Christ”,”Malena” kimi. Mən insanlığın içində olan kölgəni tapmağı sevirəm.
- Uşaq vaxtı “Qrimm qardaşları” nağılını oxumuşdunuz?
- Hə.
- Ən çox hansı nağılı sevmişdiniz?
- “Sleeping Beauty”, Terry Gilliamla bu işdə birgə işləməyimizə çox sevinirəm. O, Amerikada və xüsusilə, Avropada sevilən rejissorlardandır. Avropa onu filmlərinin qeyri-adiliyinə görə dahi adlandırır.
- Bizə Terry ilə işlədiyiniz film haqqında danışın biraz.
- Möhtəşəm idi. Obraz çox maraqlı idi. İkili rolu aparırdım. Cavan və yaşlı kraliça. İkisini də səsləndirməli idim. Əvvəl Terry bu haqqda düşünmürdü amma mən qoca olanı səsləndirməyi fikirləşirdim çünki artıq yaş öz sözün deyirdi. Amma sonda ikisini də özüm səsləndirdiyim üçün çox xoşbəxt idim. Filmin çəkilişi gedərkən heç vaxt düşünə bilmirsən ki, bu necə bir film olacaq. Sonda biz qutaranda çox sevinmişdim ki, mükəmməl bir film olacaq, Terry Gilliamın yaratdığı şahəsərdir.
- Terry Gilliamla işləmək necə idi?
- Terry qeyri-adi, dahi, istedadlı biridir. Onun beyni təsvirlərlə dolu olsa da, harada nə edəcəyini yaxşı bilir. O, qəfildən gözlənilməz bir şey edir və sən məcbur qalırsan ki, onun yaratdığı situasiyaya uyğun oynayasan, bu da aktyoru aktyor edən vacib bir şeydir.
İngilis dilindən tərcümə edən: Mənzər İsmayılova
İngilis dilindən tərcümə edən: Mənzər İsmayılova
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Akutaqava Rünoske - Cəhənnəm iztirabları