Edebiyyat.az » Söhbət » Jak Freskonun fikirləri

Jak Freskonun fikirləri

Jak Freskonun fikirləri
Söhbət
nemət
Müəllif:
21:00, 30 oktyabr 2019
1 988
0
Jak Freskonun fikirləri
 



 Jak Fresko amerikalı sənaye dizayneri, sosial mühəndis və ixtiraçıdır. Fresko, dayanıqlı şəhərlər, enerji səmərəliyi, təbii ehtiyatların idarə edilməsi, avtomatlaşdırma, elmin cəmiyyətdə rolu mövzularında mühazirələr oxuyur və kitablar yazır. Fresko, bütün ideyalarını Venus layihəsində (The Venus Project) birləşdirib və ABŞ-n Florida ştatında bu layihəsinin inşasına başlayıb. 
Freskonun fikrincə biz pul sistemindən resurs bazlı sistemə keçid etməliyik. Dövlət, sənaye, servis kimi təkrarlanan bütün işlər avtomatlaşdırılmalıdır, insanlar həyat və enerjilərini daha faydalı və məhsuldar işlərə sərf etməlidir.  
Biz isə öz növbəmizdə, Freskonun 7 seçmə fikrini sizinlə bölüşmək istəyirik.
 
1- Əgər biz davam edən beynəlxalq və sosial problemlərə son qoymaq istəyiriksə, biz Yer planetini və onun bütün resurslarını, planetdə yaşayan bütün insanların ümumi mirası olduğunu bəyan etməliyik.
2- Bu gün biz son dərəcə inkşaf etmiş texnologiyalardan istifadə edirik. Lakin bizim sosial və iqtisadi sistemlərimiz bizim texnologiya bacarıqlarımızla ayaqlaşa bilmir. Bu bacarıqlarla, biz çox asanlıqla borclardan, köləlikdən azad olan bolluq dünyası yarada bilərik.
3- Nə tarixin nə də ki, elmin Böyük Əzəmətli İnsan nəzəriyyəsinə inanmıram. Böyük insan filan yoxdur, sadəcə olaraq başqa insanların çiyinlərində, onların etdiklərinin üzərində dayanan insanlar var. 
4- Yəhudilərin problemləri, zəncilərin problemləri, yunanların problemləri yaxud qadınların problemləri deyilən bir şey yoxdu, İNSAN problemləri var.
5- Əgər sən insanları eyni formalı etsən, sən onları idarə edə biləcəksən. Əgər sən insanlara oxumağı, düşünməyi və hər şeyi sual altına qoymağı öyrətsən, sən kontrolu itirəcəksən. Əgər pul sisteminin qalmağını istəyirsənsə ən yaxşı fikir insanları bölməkdir. Buna böl və qalib gəl deyirlər. İnsanları böldünsə artıq onlar təhlükəli deyillər.
6- Əslində sən heç də iş sahibi filan olmaq istəmirsən. Sənin istədiyin odur ki, sahib olmaq istədiyin şeylərə çıxışın olsun.
7- Adətlər, dəyərlər, davranışlar mədəniyyətin məhsuludur. Heç kim içində nifrətlə, acgözlüklə, xurafatla, vətənpərvərliklə doğulmur. Bu cür davranış modellərinin hamısını biz sonradan öyrənirik. Biz mədəniyyətin qurbanlarıyıq. Əgər ətraf mühit dəyişmirsə, həmin cür davranışlar ortaya çıxmaqda davam edəcək.

Meydan.tv
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)