Edebiyyat.az » Təqdimat » “MÜCRÜ” PROZA DƏRGİSİNİN İLK SAYI İŞIQ ÜZÜ GÖRDÜ

“MÜCRÜ” PROZA DƏRGİSİNİN İLK SAYI İŞIQ ÜZÜ GÖRDÜ

“MÜCRÜ” PROZA DƏRGİSİNİN İLK SAYI İŞIQ ÜZÜ GÖRDÜ
Təqdimat
admin
Müəllif:
19:28, 05 noyabr 2020
1 666
0
“MÜCRÜ” PROZA DƏRGİSİNİN İLK SAYI İŞIQ ÜZÜ GÖRDÜ


 “Mücrü” nəşriyyatının təsis etdiyi “Mücrü” proza dərgisinin ilk sayı işıq üzü görüb. Baş redaktor Kənan Hacının sözlərinə görə “Qarabağ Azərbaycandır!” şüarı ilə nəşr olunan dərginin ilk sayında əsasən müharibə mövzulu əsərlər yer alıb.


 Əfsanə Laçın “Azadlıq pərisi”, Xanım Anela “Payızgülü”, Nemət Mətin “Mücrü”, Elvin Rizvangil “Tabut növbəsi”, İlhamə Dağlı “Bayrağı öpən ruhlar”, Nicat Həşimzadə “Dünya qibləsini itirmişdi”, Rəşid Bərgüşadlı “Tanrının gözü”, Əli Eynəliyev “Gecikmiş qonaq”, Meyxoş Abdulla “Yağışla gələn dualar”, Cəlil Cəvanşir “Çörək xırçıltısı”, Müşfiq XAN “Qorxmaz”, Nəcəf Əsgərzadə “Boş qədəh”, Kənan Hacı “Estafet”, Əyyub Qiyas “Səssiz adam”, Sevinc Elsevər “Çarpayı cırıltısı” və Yaşar Bünyad “Yol” hekayələri, Rövşən Danyeri “Təxəyyül” pyesi, Fərid Hüseyn “Cəhənnəm qoşunu” təhlil yazısı, Mir Möhsün Nəvvab “1905-ci il Şuşa şəhərinin əhvalatı” memuarı yer almışdır. Dərgidə həmçinin “Kazuo İşiquro ilə müsahibə”, Əziz Nesinin “Bir çin hekayəsi” və Con Apdaykın “Cadugər ananı vursunmu?” hekayələrinin tərcümələri dərc edilmişdir. Oxucular bu sayda Pərişan Bəndərlinin təqdimatında “Müharibə mövzusunda 10 ən təsirli film”lə də tanış ola biləcəklər.

Xatırladaq ki, maraqlananlar jurnalı “Mücrü” nəşriyyatından əldə edə bilərlər.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)