Book Bot - Kitab oxuyanların robot dostu
Təqdimat
Book Bot - Kitab sferasında yenilik
Şəkildə gördüyünüz mini soyuducuya bənzər aparat book bot adlanır. Kİtabxanadan götürüb oxuduğunuz kitabları kitabxanaya qaytarmağı unutsanız çox asanlıqla kitabxanaya getmədən kitabı qaytara bilərsiniz. Book Bot Silikon vadisi adlanan ərazidə asta sürətlə dolaşır. Qarşısına maneə çıxanda dayanır. Hələlik yaxın bir ildə operatorun idarəçiliyi ilə kitabları kitabxanaya qaytaracaq. Layihənin rəhbəri Kristian Berç bilirib ki, bu hələ başlanğıcdır. Robotlar yavaş-yavaş həyatımıza daxil olaraq işlərimizi yüngülləşdirirlər.
Qeyd: Vikipediya - Silikon Vadisi (Silicon Valley, Кремниевая долина) - quzey Kaliforniyada (ABŞ) San-Fransisko ilə San-Xose arasındakı yerin adı; hesablama texnikasının inkişafına önəmli təsir etmiş bir çox kompüter firmaları burada yerləşir. Kaliforniya ştatının Palo-Alto şəhəri rayonunda yarımkeçiricilərin istehsalının sürətlə inkişafını göstərmək üçün 1971-ci ildə “Electronic News” jurnalının müxbiri Don Höfler bu rayonu Silikon Vadisi adlandırıb. Silikon Vadisinin bazası Stenford Universitetində yerləşir. Kompüterlər üçün proqram təminatı buraxan, İnternet vasitəsilə mal və xidmətlər satan çoxlu müəssisələrin burada cəmləşməsini nəzərə alaraq son zamanlar bu regionu İnternet Vadisi də adlandırırlar.
Book Botun nə cür işləməsinə aşağıdakı linkdən baxa bilərsiniz.
Ümid edirik ki, Book Bot yaxın zamanlarda Azərbaycana gəlib çıxar. Hələlik isə Silikon vadisi adlandırılan ərazidə yerləşən Mountain View Library kitabxanası üçün fəaliyyət göstərir.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Ayzek Azimov – “Robotların qarşılıqlı əlaqəsi” (1988)
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Don Kixot – çağdaş romanın doğuşu