Edebiyyat.az » Təqdimat » Əsl adı Tamerlan olan yazıçı ŞvartsManın kitabı çap olundu.

Əsl adı Tamerlan olan yazıçı ŞvartsManın kitabı çap olundu.

Əsl adı Tamerlan olan yazıçı ŞvartsManın kitabı çap olundu.
Təqdimat
admin
Müəllif:
19:40, 05 aprel 2021
1 633
0
Əsl adı Tamerlan olan yazıçı ŞvartsManın kitabı çap olundu.






Müəllif haqqında

Əsl adı Tamerlan olan ŞvartsMan 1991-ci ildə Bakıda dünyaya gəlmişdir. 2011-2015- ci illərdə Azərbaycan Dillər Universitetinin tələbəsi olub. İlk qələm təcrübəsi 19 yaşında yazdığı "Məktub" hekayəsidir. 2014-cü ildə dostu BuKo (Rəsul) ilə ilk hekayələr kitabını nəşr edib. 2015-ci ildə yazıçı yoldaşları ilə "30+1" almanax kitabında çap olunub. 2015-2020- ci illər arasında ədəbiyyat saytlarında "ŞvartsMan" imzası ilə   hekayələr və esselərlə tanınıb. 2021- ci ilin mart ayında ilk romanı olan " Məhəbbət üçün ürəkbulanma"nı çap edir. 

 

Azərbaycanlı yazıçı ŞvartsMan-ın (Tamerlan) "Məhəbbət üçün ürəkbulanma" romanından sitatlar:

 

1

İndiki dövrdə məhəbbət romanı yazmaq uğursuz gedişdir, çünki sənə heç kim inanmayacaq. Düzdür, bunun haqqında yazmaq romantik olsa da, şablon erotizmdir. Hələ üstəlik ciddi qəbul olunmur.  

 

Ayrılıq – bu, gözlənilən sonluqdur. Deməli, təəccüblü heç nə yoxdur.  

 

Bizim ayrılığımız süni doğuşa bənzəyir, ağrısını həmin an yox, sonradan çəkirsən. 

 

Əslində kişilər qadınlarda sədaqət axtarır - yəni özlərində olmayan bir şeyi.  

 

Bütün kişilər yaxşı bilsələr də  heç vaxt etiraf etməzlər ki, başqasının arvadı ilə yatmaq öz arvadı ilə yatmaqdan daha maraqlıdır.  

 

Sekslə həftədə üç dəfə məşğul olmayan cütlüklərin devizini bilirsiz? “Sevgi keçib gedir, hörmət qalır”.  

 

Nikah – inandığın ikinəfərlik marafon qaçışıdır. Sonda hamımız sprinter  çıxırıq. Sədaqət? Bu, itlərin dinidir.  

 

Özünüzü aldatmayın: nikah şəriət və hüquq sisteminin kokteylidir. 

 

Məhəbbət mənəvi terrordur; sən özünü dinamitə bağladıqca, o səni bir gün partladacaq. 

 

Bu dünyada sülh varsa, o yalnız yataqda yaşayır. Bu ikinəfərlik müharibədən başqa heç yerdə sülh yoxdur, əzizlərim. 

 

21-ci əsrdə məhəbbət seks sözünün arxaikləşmiş variantıdır. 

 

-Sənə başqasıyla xoşbəxt olmağı arzulayıram.

-Mənə inanmadığım bir şey arzulama. 

 

Siz sevdiyiniz adamla evlisizsə, uşaqlarınız varsa, bu xoşbəxt sondur və sizdən yaxşı məhəbbət romanı çıxmaz. 

 

Hər yeni sevgili xoşbəxtlik və məyusluqdur. Axı niyə sonda özümü əzilmiş limon kimi hiss edim? 

 

Qadınların təbiəti belədir: ilk böyük sarsıntıda saçlarını kəsirlər, ikinci böyük sarsıntıda saçlarının rəngini dəyişirlər. 

 

Kasıb - vaxtını özünə sərf etməyən adamdır. 

 

Kim dedi ki, xoşbəxtlik var, mən bədbəxtlik gətirirəm. Beqbeder demişkən, özümə nifrət etmək üçün qadınlardan istifadə edirəm.   

 

Münasibətimiz paltar kimi köhnəlir və yavaş-yavaş cırılırdı. Deyəsən, müasir paltarlar insan münasibətlərindən daha uzunömürlüdür.  

 

Nəsil artırmaq özünü kopyalamaqdır, mən də özümü kitab yazaraq kopyalayıram. 

 

Məhəbbət illüziyadır; yalnız ona inananların gözünə görünür. 

 

Sevgi ölərək qalib olmaqdır. Pirr qələbəsi   kimi: məğlubiyyətə bərabər qalibiyyət. 

 

Fikir verin, biz öz həyatımızdan yaxşı nəsə düzəltməyə çalışırıq, amma düzəltdiklərimiz qonşumuzdakının oxşarıdır.  

 

Fionadan ayrılmasaydım bu kitabı yazmazdım. Deməli, yaxşı məhəbbət romanının yazılmağı üçün yaxşı ayrılıq lazımmış. 

 

Cəhənnəm nədir ki? İtirilmiş cənnət. 

 

Kişinin qisası, səni cəhənnəmə göndərməkdir, qadının qisası isə həyatını cəhənnəmə döndərməkdir.  

 

Bizim bədbəxtliyimiz bizə təqdim olunan həyatı yaşamağımızdır. Dağıdıcı olmaq lazımdır!

 

Cənnət həmişə kiminsə tərəfindən yaradılır (Eden bağı), cəhənnəmi isə biz özümüz yaradırıq (məhəbbət).

 

Bəlkə məhəbbət şairlərin qadınlarla yatmaqları üçün uydurduğu şeirdir? 

 

Məhəbbət yaradıcılıq və dağıdıcılıqla bağlı şeydir: bir insan gələr, ya həyatını dəyişdirər, ya da alt-üst edər. Amma nəticə etibarilə ikisi də eyni şeydir.  

 

Sevmək və inanmaq diş pastası və diş fırçası kimidir: bir-birini tamamlayırlar, amma sanki başqa-başqa şeylərdilər. 

 

Nə zaman məscidləri boş görsəm, dodağım qaçır: sevinirəm ki, insanlar düşünməyə başlayır.  

 

Əvvəllər allaha, dinə, dövlətə qarşı çıxmaq küləyə qarşı işəmək idi. İndi isə bu hərəkət sadəcə yanan ocağı söndürməkdir.  

 

İnkvizisiya cəhənnəmin varlığını sübut etmək üçün insanları tonqallarda yandırırdı ki, cənnətə özləri getsinlər.  

 

Hər məhəbbətdə Froydan nəsə var: xilas üçün məhəbbətə can atırıq və bilə-bilə ki, sonda bizi məhv edəcək. 

 

 

2

"Çox maskulinist roman olsa da, qadınları başa düşməyə kömək edir".

-Elmar Cəfərov

 

"Fərqli, qısa və oxunaqlı roman. Sizin cümlələriniz qısa və dərin idi. Romanda hadisələri danışa-danışa düşündürücü sözlər deməyiniz xoşuma gəldi". 

-Sevinc Məlikova 

 

"Yeyiləsi romandır, amma dadlı deyildi. Sevgi romanı kimi yanaşsaq uğurlu deyil mənə görə, çünki sevgi romanlarını sevmirəm.  Amma ötürdüyün mesajlara köklənsək uğurludur, hətta səmimi yazmısan. Bəzi yerlərdə güldüyüm oldu, bacıma, gəlinbacıma oxutdum həmin hissələri,  gördüm onlar da güldü. Demək ki oxucuda gülüş də yaradırsan. Bənzətmələrin, istinadların xoşuma gəldi. Film adları, musiqi adları qatmağın - filan bunlar da uğurludur". 

-Aytac Muxtarova

 

"Əxlaqçı, dindar adamlar üçün təhlükəli, intellektuallar üçün əyləncəli roman".

-Samir Fərəcov

 

"Qəribə romandır. Qadın kimi xətrimə dəyən sözlər, epizodlar vardı. Çox az qadın belə bir sevgi romanı oxuyar. Düzü, kitab xoşuma gəlmədi, amma yenə də oxuyuram. İki dəfə oxumuşam, üçüncü dəfə də oxuyacam. Xoşuma gəlmir, amma yenə də oxuyuram. Qəribədir 😄".

-Dilarə Ağayeva

 

"Buna əmin ola bilərsən, bu 104 səhifəlik romanı heç kim yarımçıq qoymaz. Məhəbbət, qadın-kişi münasibətləri haqqında orjinal sözlər oxudum. Hə, bu kitab bizdə yazılan məhəbbət romanları üçün ürəkbulanma ola bilər". 

-Ayaz Səfərli

 

"Tamerlan, roman yadımda qaldı. İki-üçgünlük təsirində idim. Sonuncu iki abzası oxuyub kitabı bitirəndə daxilimdə pozitiv sakitlik hiss etdim. Kitab bitmişdi, amma içimdə nəsə davam edirdi". 

-Vaqif Məmmədov

 

"İnaniel mahnısını dinləyəndə həmişə bu roman yadıma düşəcək☺".

-Gülşən Quluzadə 

 

 

3

Kitabı bu ünvanlardan əldə edə bilərsiniz:

 

1.Kitabevim.az(28 May, Yelobankın baş ofisinin yanı) 

2.Bookzone (28 may, AFFmall -un yanı)

3.Akademiya Kitab Mərkəzi (Sahil metrosu, Tarqovu)

4.Kitabal (Elmlər metrosu, Yes Akademiyasının içi) 

5."Xan Xəzinəsi" Kitab evi (Elmlər metrosu,   Ədliyyə Nazirliyin arxası) 

 

Pulsuz çatdırılma var: 

- 28 May

-Nizami 

-Elmler 

-İnşaatçılar

 

Şəhərkənarı və rayonlara poçtla göndərilir. 

 

Əlaqə: (070) 824 04 37

E-mail: gschwarzmann@mail.ru

 

Qiymət: 6.99 AZN 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)