Edebiyyat.az » Təqdimat » “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı çap olunub

“Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı çap olunub

“Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı çap olunub
Təqdimat
admin
Müəllif:
19:09, 04 sentyabr 2021
1 149
0
“Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı çap olunub



 Vətən müharibəsinin başlamasının bir illiyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşı, fəlsəfə elmləri doktoru, professor Rahid Uluselin “Vətən müharibəsi və ədəbiyyatda milli özünüdərk problemi” kitabı “Elm və təhsil” nəşriyyatında çap olunub.
 Kitab “Qalib Azərbaycanın qalib ədəbiyyatı” paradiqmasının konseptual əsaslandırılmasından ibarətdir. Müəllif ilk dəfə olaraq Vətən müharibəsinin ədəbiyyatda milli özünüdərketmə prosesini necə təsirləndirdiyini və onda hansı keyfiyyət dəyişikliyi yaratdığını araşdırır, Azərbaycanda dövlət və mədəniyyət quruculuğunun qarşılıqlı stimullaşma təkamülünü izləyir, öz siyasi tarixindən ayrılmaz olan bir ədəbiyyatın estetik mahiyyətini açır. O, həmçinin müstəqil dövlətimizin təşəkkülünə gətirib çıxaran siyasi, mədəni, əxlaqi və ədəbi dünyagörüşünün formalaşmasını izləyir, Birinci və İkinci Qarabağ müharibələri dövründə yaradılan ədəbiyyatın – “ədəbi-bədii salnamənin birinci və ikinci qatı” – örnəklərini araşdırır. Müharibənin başladığı vaxtdan indiyədək bilavasitə bədii ədəbiyyatın və ümumən ədəbi-humanitar mədəniyyətimizin son bir ildə əldə etdiklərini ümumiləşdirərək müəllif bu nəticəyə gəlir ki, Azərbaycan ədəbiyyatı, incəsənəti və mədəniyyəti qarşısında böyük perspektivlər açılır.
Rahid Ulusel doğru olaraq göstərir ki, “Ədəbiyyatın Şuşa zirvəsini fəth etmək” – bu gün bizim yaradıcı düşüncəmizin görküdür.
Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Milli Məclisinin deputatı, Azərbaycanda Atatürk Mərkəzinin müdiri akademik Nizami Cəfərovdur.


Mənbə: Azərtag.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)