Edebiyyat.az » Təqdimat » "Ulduz"un yeni sayı təqdim edilib.

"Ulduz"un yeni sayı təqdim edilib.

"Ulduz"un yeni sayı təqdim edilib.
Təqdimat
admin
Müəllif:
16:49, 24 oktyabr 2024
265
0
"Ulduz"un yeni sayı təqdim edilib.




Oktyabrın “Ulduz”u Əlizadə Nurinin “Özüylə söhbəti...” və şeirləriylə açılır.

Edebiyyat.az xəbər verir ki, Ruslan Mollayevin “Aktrisa” hekayəsindən sonra Məti Osmanoğlu “Gənc yazarlar üçün ustad dərsi” keçir.

“Şeir vaxtı”nda Vüqar Rahi, Ramil Mərzili, Aysel Xanlarqızı, Xəyalə Sevil, Gülər Mübariz, Anar Seyidağa, Ülkər Nicatlı, İmir Məmmədlidir.

Xanəmir Telmanoğlu “Qızıl alma vücudnaməsi”ni təqdim edir.

Alpay Azər “Ali rütbəli nəzarətçilər”, Nurlana İşıq “Qazinin izi”, Rey Kərimoğlu “Telli Mədət və Xankəndidə torpaq satan dəli qadın” (sənədli hekayə), Səadət Musayeva “Son çağırış” hekayələriylə görüşünüzə gəlib.

“Nağıl” rubrikasında “Tənbəl ayı” ilə Əfsanə Rəhimlidir.

Fələstin və iordan əsilli şair, rəssam Əli-Əl-Əmirinin “Dünya poetik sanitariyaya möhtacdır...” essesi, Elxan Yurdoğlunun 70 yaşı tamam olan İbrahim Yusioğluna dost məktubu,“Anım” rubrikasında Aydın Tağıyevin unudulmaz şair Səyavuş Sərxanlı haqqında yazısı bu sayda yer alır.

“Yük” yazısıyla “Dərgidə kitab”da Nemət Mətindir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)