Edebiyyat.az » Təqdimat » GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR TOPLUSU YAYINLANDI

GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR TOPLUSU YAYINLANDI

GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR TOPLUSU YAYINLANDI
Təqdimat
admin
Müəllif:
10:48, 28 noyabr 2024
67
0
GÜNEY AZƏRBAYCANLA BAĞLI YENİ ARAŞDIRMALAR TOPLUSU YAYINLANDI




 Bu günlərdə “Yeni dünya düzəni və Güney Azərbaycan problemi” adlı elmi məqalələr toplusu yayınlanıb. Professor Vaqif Sultanlı və doktor İrəc İsmayılın hazırladığı, “Aveprint” nəşriyyatında yayınlanan kitabda Güney Azərbaycanın aktual problemlərinə həsr olunmuş müxtəlif məzmunlu araşdırmalar toplanmışdır. 

Oxucuların mühakiməsinə verilən kitab Güney Azərbaycanla bağlı tarixi, siyasi-ideoloji və ədəbi-kulturoloji problemlərə aydınlıq gətirilməsi məqsədilə hazırlanmışdır. Burada bir tərəfdən tarixi-siyasi, qarşı tərəfdən ədəbi-kulturoloji səpkili araşdırmalara yer verilmiş, bu isə problemin hərtərəfli müstəvidə dəyərləndirilməsinə imkanlar açmışdır. 

Vaqif Sultanlı və İrəc İsmayılın kitaba yazdığı “Güney Azərbaycan problemi çağdaş düşüncə axarında” adlı öz sözdə problemin aktuallığına diqqət çəkilir:  “Çox təəssüf ki, demokratik dünya uzun illərdən bəri şovinist İran fars rejiminin basqıları altında inləyən, hər cür insani hüquqlardan məhrum olan, dar ağacına sürüklənən, məhbəslərdə, sürgünlərdə ağır işgəncələrdən ölümə tərk edilən, qürbətdə can verən Güney Azərbaycan Türklərinin taleyinə hələ də səssiz qalmaqdadır. Dəqiq olmayan statikstik bilgilərə görə, İran bu gün dünyada edamların sayına görə ilk yerdə dayanan dövlətlər sırasındadır. Ölkədə narkotik alveri adı altında məhkum edilən, dar ağacından asılan gənclərin böyük əksəriyyəti siyasi fəaliyyətlə məşğul olan şəxslərdir”. “Ön söz”də daha sonra  Güney Azərbaycan probleminin çözüm yolları ilə bağlı məsələlərərə aydınlıq gətirilir: “Güney Azərbaycan probleminin həlli bölgə dövlətləri ilə bağlı əsrlərdən bəri həllini gözləyən bir sıra ortaq siyasi məsələlərin çözülməsinə imkan verəcəkdir. Başqa sözlə, Güney Azərbaycanın bağımsızlıq qazanması ilə yad güclərin əlilə parçalanmış vahid xalqın birləşərək gələcəkdə yaratmış olacağı Bütöv Azərbaycan dövləti bütünlükdə Şərqin taleyində həlledici rol oynacayacqdır”. 

Kitaba daxil edilən, mövzu-problem baxımından çeşidli olan, biri digərini tamamlayan məqalələr Azərbaycan araşdırıcıları ilə yanaşı, Türkiyə və Misir alimlərinin əsərlərini də əhatə etməkdədir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)