Edebiyyat.az » Təqdimat » Ramin Xudaverdiyev - Fortunizm Fəlsəfəsi

Ramin Xudaverdiyev - Fortunizm Fəlsəfəsi

Ramin Xudaverdiyev - Fortunizm Fəlsəfəsi
Təqdimat
admin
Müəllif:
22:53, 30 aprel 2025
116
1
Ramin Xudaverdiyev - Fortunizm Fəlsəfəsi



Mən — Ramin, bəzilərinin gözündə tanıdığı, bəzilərinin gözündə tanımadığı bir sima, içində mübariz və xəyalpərəst bir ruh daşıyan şəxs. Yazmaq, yaratmaq, oyatmaq — bütün bunlar bir xəyalpərəst olaraq mənim varoluş səbəbimdir. Yazdıqlarım vasitəsilə insanların fəlsəfi düşüncəsini hərəkətə gətirmək və onların içindəki sönməyən işığı yandırmaq istəyirəm. Çünki inanıram: inanmaq özü də ümiddir.


Həyat fərqlər üzərində quruludur. Fərqlilik insanın düşünmək, müqayisə aparmaq və öyrənmək qabiliyyətini formalaşdırır. Bu fərqlər xəyal gücünün açarlarıdır. Erynis və Fortuna — biri dağıdıcı, digəri qurucu — bəşəriyyətin içindəki ziddiyyətləri simvollaşdırır. Onların mübarizəsi isə insana yol göstərən üçüncü bir varlığı – ümidi doğurur. Həyatın əsas prinsipi budur: Mübarizə varsa, deməli yaşamaq da var.


İnsanın daxilində hər şey var, sadəcə onları oyatmaq lazımdır. Mübarizə, ümid və inam — bu üçlük bir ideologiyanın da, bir həyat fəlsəfəsinin də təməlidir. Mübarizə apararaq, ümidlə inandığın məqsədə doğru irəliləmək mümkündür. Ziddiyyətlər bir məqsədə doğru yönəlirsə, o zaman onların qarşıdurması mənasız deyil, əksinə doğuran, quran və işıq saçandır.


Fortunizm sönməz ümidin fəlsəfəsidir. Mübarizə aparmadan taleyin dəyişməyəcəyini vurğulayır...


Fortuna — qədim Roma mifologiyasında taleyin ilahəsi. Fortunizm bu obrazdan ilham alaraq insanın taleyi passiv şəkildə qəbul etməsinə qarşı çıxır.

Çarx motivi — Fortunizmdə taleyi simvolizə edən çarx hərəkətlidir və hərəkətə gətirilməsi insana bağlıdır.

Məqsəd isə həyatdakı mənasızlıq qarşısında boyun əyməmək, öz mənanı yaratmaqdır.


Bu fəlsəfə mənim ilk fəlsəfi addımımdır. İllərdir içimdə yığılan suallar, narahatlıqlar və susqunluqlar indi bir ideologiyaya çevrildi. Fortunizmlə yalnız özüm üçün deyil, oxuyacaq hər kəs üçün bir yol xəritəsi çəkmək istəyirəm. Mənim üçün bu sadəcə bir nəzəriyyə deyil — bu, daxilimdə illərdir formalaşan həyat baxışımın ilk aydın ifadəsidir. Yalnız özümü deyil, başqalarını da bataqlıqdan çıxarıb ulduzlara yönəltmək istəyirəm. Bu ideologiya vasitəsilə əsərlər yazıb Azərbaycan dramaturgiyasına yeni bir nəfəs qatmaq, fəlsəfi ədəbiyyata bir işıq olmaq niyyətindəyəm. Fortunizm – sönməz ümidin fəlsəfəsidir.

“Hər birimiz eyniyik, sadəcə bəzilərimiz ulduzlara bataqlıqdan baxır.”

Sözlərə çevirdiyim bu çarx, mənim üçün həm bir başlanğıc, həm də mübarizəyə çağırışdır. Sizlərlə bölüşdüyüm bu ideologiya, bəlkə də bir gün sizin də içinizdəki işığı oyadar...


“Fortunizm – yıxıldığın yerdən qalxmaq deyil, yıxıldığın yeri dəyişmək fəlsəfəsidir.”


Fortunizm fəlsəfəsinin banisi - İnşaat kollecinin tələbəsi olan 17 yaşlı Ramin Xudaverdiyev

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)