Edebiyyat.az » Təqdimat » Friedrich Nietzsche haqqında

Friedrich Nietzsche haqqında

Friedrich Nietzsche haqqında
Təqdimat
nemət
Müəllif:
11:43, 26 may 2019
2 150
0
Friedrich Nietzsche haqqında





Çətinlik onun adını tələffüz etməklə başlayır. Birinci hissə "Ni", ikinci hissə isə "Çe" kimi səslənməlidir: " Ni Çe". Sonra biz onun qeyri-adi və provakativ frazaları ilə tanış olmalıyıq. "Məni öldürməyən şey məni güclü edir". "Allah öldü! Və onu biz öldürdük". Və onun yekə bığı.  Onun haqqında danışmaqla sehirli, müdrik və çox lazımlı olan bir filosofu kəşf edəcəyik. 

Friedrich Nietzsche 1844-cü ildə Şərqi Almaniyanın sakit bir kəndində atasının keşiş olduğu yerdə doğulub.O, məktəbdə və universitetdə çox yaxşı oxumuş və qədim yunancanı yaxşı öyrənərək, Bazel Universitetində professor olmuşdur (hələ 20 yaşlarında olarkən). Lakin onun rəsmi karyerası uğurlu olmamış, o işlədiyi akademiklərdən bezərək, işi atıb İsveçrənin (Alp) Sils Maria bölgəsinə köçmüş və burada sakit yaşayaraq öz şah əsərlərini yazmışdır. Adları: "Musiqinin ruhunda tragediyanın doğulması", "İnsan, həddindən artıq insan", "Şən Elm", "Zərdüşt belə deyirdi", " Xeyir və Şərin fövqündə", "Əxlaqın şəcərəsi" və s.


Onun xeyli problemi olmuş: ailəsi ilə yola getməmiş, "Mən anamı sevmirəm və bacımın səsini eşitmək belə mənə işgəncədir". Qadınlar onu rədd edirdilər. 

Kitabları satılmırdı. Və yalnız 44 yaşında Türin küçəsində öz sürücüsü tərəfindən vurulan  atı gördükdə dəli olur, qaçaraq onu qucaqlayıb, "mən səni başa düşürəm" deyə bağırır. O hadisədən sonra  heç vaxt özünə gələ bilmir və 11 kədərli ilin ardınca vəfat edir. Ancaq onun fəlsəfəsi qəhrəmanlıq və nəcibliklə dolu idi. O, özünün dediyi kimi "Selbstüberwindung" (Oxunuş:Zelbstübervindunq) idi. Yəni " özü-özünü aşan, üstələyən" Übermensch. Übermensch adlandırdığı bu böyük ruhlu insan həyatın onun üstünə atdığı hər şeyi qucaqlayıb bütün şərtlərini və çətinliklərini üstələyir. Niezsche öz kitablarında bizə bir şeyi öyrətmək istəyir: "Necə özümüz olmalıyıq". Onun fikri 4 əsas tövsiyyədə mərkəzlənir:


1. PAXILLIĞI QƏBUL ETMƏK.

Paxıllıq, Nietzschenin dediyi kimi, həyatın böyük bir hissəsidir. Ancaq Xristianlığın uzun-uzadı təsirləri ümumilikdə bizə öz paxıllıq duyğularımızdan utanmağı öyrədir və bizə şər əlaməti olaraq göstərilir. Beləliklə biz paxıllıq duyğularımızı özümüzdən və başqalarından gizlədirik. Ancaq Nietzsche paxıllığın, biz onu bələdçi kimi istifadə etdiyimiz müddətcə pis bir şey olmadığını müdafiə edirdi. Bizə paxıllıq yaşadan hər bir kəs, özümüzün bir gün necə olacağımızı bizə göstərməlidir. Paxıllığa təhrik edən yazıçı, ya da varlı və gücə sahib başçı bizə bir gün necə ola biləcəyimizi işarə edir. Bu o demək deyil ki, Nietzsche bizim həmişə   istəyimizə nail olacağına inanırdı (bunu ona öz həyatı yetərincə öyrətmişdi). O sadəcə təkid edirdi ki, biz öz gerçək arzularımızla üzləşməli, qəhrəmancasına savaşaraq ismət göstərməli və yalnız bu zaman böyük mənliklə uğursuzluğa kədərlənməliyik. "Übermensch" olmaq elə budur. 



2. XRİSTİAN OLMA!

Nietzsche xristianlıq haqqında çox qatı fikirlər deyirdi. "İncil"də yalnız bir nəfər hörmətə layiqdir: Ponti Pilat. Bu sərt olsa da, onun məqsədi daha zəki və maraqlı idi. Onun xristianlıqdan insanları paxıllıqdan çəkindirdiyinə görə acığı gəlirdi. Nietzscheyə görə, xristianlıq Roma imperiyasının sonlarında həqiqətən nə istədiklərini anlaya bilməyən aciz kölələrin fikirləri sayəsində ortaya çıxıb. Onlar öz acizliklərini yaxşılıq kimi göstərərək bu "fəlsəfəyə" bağlanıblar. O, bunu "Slavenmoral"- kölə əxlaqı, ruhu adlandırırdı. Xristianlar - onun qaba şəkildə "Die Heerde"(Sürü) dediyi -səfasını sürmək istədikləri həqiqi istəklərin tərkib hissələrini (dünyamız, seks, intellektual ustadlıq, yaradıcılıq) əldə etmək üçün xeyli yarıtmaz olan bir sürüdür. Beləliklə, onlar uydurduqları riyakar (hipokrit) dini inancları ilə istədikləri, ancaq çox zəif olduqları üçün əldə edə bilmədiklərini pisləyib, eyni zamanda mövcud olmasını istəmədikləri, ancaq olan şeyləri təriflədilər. Nietzsche yə görə, xristianlığın dəyər sistemində sekssizlik bəkarətə, zəiflik yaxşılığa, nifrət edilən insanlara təslim itaətə və intiqam ala bilməmək bağışlanmağa çevrildi. Xristianlar acı inkarlar üçün böyük bir məhvedici maşın oldu. 


3. HEÇ VAXT ALKOQOL İÇMƏ.

Nietzsche özü ancaq su içirdi və xüsusi ikram kimi -süd. Və o düşünürdü ki, biz də bu cür etməliyik. O kiçik, qəribə dieta nəzərdə tutmurdu. Bu fikir onun fəlsəfəsinin ürəyi ilə əlaqəlidir özünün  dediyi kimi: "Avropa sivilizasiyasında iki böyük narkotik var: "Xristianlıq" və "Alkoqol". O alkoqola elə xristianlığın məhəl qoymadığı səbəb görə nifrət edirdi, çünki ikisi də key bir ağrı idi və ikisi də bizi arxayın edirdi ki, hər şey elə olmalı olduğu kimidir və həyatımızı yaxşılaşdırmaq üçün olan əzmimizi əlimizdən alır. Bir neçə içki bizə müvəqqəti olan və həyatımızı inkişaf etdirmək üçün lazım olan addımların qabağını ölümcül şəkildə kəsən məmnunluq gətirir. Nietzsche müşkül bir həqiqətə çox bağlı idi: çox qiymətli şeylərə sahib olmaq ziyan verir. O yazırdı: " Siz rahat insanlar, siz insan xoşbəxtliyi haqqında necə də az bilirsiniz. Həqiqətən yaşamaq istədiyin həyatın sirri: TƏHLÜKƏLİ YAŞAYIN! Şəhərlərinizi Vezuvi vulkanı üzərində salın!"


4. Allah öldü! (Gott ist tot)

Nietzschenin "Allah öldü" deyə kəskin iddiası, tez-tez başa düşüldüyü kimi bir növ bayram olunası bir ifadə deyil. Xristianlıq haqqında qeydlərinə baxmayaraq, Nietzsche düşünmürdü ki, bir inancın sonu seviniləcək bir şeydir. Dini inanclar səhvdir, o bunu bilirdi. Ancaq o müşahidə edirdi ki, bu inanclar bizə həyati problemlərin öhdəsindən gəlmək üçün çox faydalıdır. Nietzsche sezirdi ki, dinin buraxdığı boşluq mədəniyyət tərəfindən ideal şəkildə doldurulmalıdır: Mədəniyyət İncili əvəz etməlidir ( mədəniyyət dedikdə o, fəlsəfə, incəsənət, musiqi, ədəbiyyat nəzərdə tuturdu). Lakin Nietzsche öz yaşadığı dövrün mədəniyyəti necə qəbul etməsindən şübhəli idi. O inanırdı ki, universitetlər insanlığı öldürür, onları quru akademik çalışmalara çevirir. O, yunanların tragedik dramaları necə praktiki və terapevtik (müalicəvi) şəkildə mənəvi təhsil və arınma əsasında işlətməklərinə heyranlıq duyur və öz dövrünün də təxminən bu cür olmasını arzulayırdı. O kökündən dəyişilməni, inancın sonunun  gətirdiyi krizisdən yenicə xəbərdar olan insanlardan dinlərin yaratdığı boşluğu sənət və fəlsəfə ilə doldurmasını istəyən bir reform çağırış etdi. "Hər dövrün özünəməxsus spesifik psixoloji məsələsi var"-deyən Nietzsche əlavə etdi:" filosofun vəzifəsi bunları aşkar etmək və həllinə kömək etməkdir". Nietzsche yə görə, 19-cu əsr iki böyük inkişafın təsiri altındadır: "Kütlə Demokratiyası və Ateizm". Birincisi həzm olunmayan paxıllıq axınını açıb  tökməklə ,ikincisi isə insanları bələdçisiz və ya mənəviyyatsız şəkildə buraxmaqla hədələyirdi. Hər iki çətinliklə bağlı Nietzsche bizim üçün sevgi oyadan, bığlı bir bələdçi kimi qalıb.

Mənbə: #TheSchoolOfLife

Tərcümə: Şvartsman

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)