Edebiyyat.az » Təqdimat » Dünyada oxucunun yaratdığı ilk kitab mağazası - Kitabıstan

Dünyada oxucunun yaratdığı ilk kitab mağazası - Kitabıstan

Dünyada oxucunun yaratdığı ilk kitab mağazası - Kitabıstan
Təqdimat
Nicat Heşimzade
Müəllif:
11:29, 21 oktyabr 2019
2 174
0
Dünyada ilk dəfə oxucu əlverişli qiymətə kitab əldə etmək üçün kitab mağazası yaratdı. Bir neçə ay bundan əvvəl kitab qiymətlərinin ucuzlaşdıra bilməyimiz üçün öz oxucularımıza müraciət edib “Kitabıstan mağazası açaq” ianə kampaniyasına başlamışdıq. Odur ki, gözlənilən gün gəldi. Sabah, yəni 21 oktbyabrdan etibarən Kitabıstan mağazası açılır. Bu münasibətlə sizi gün ərzində əlverişli qiymətə kitab ala bilmək, oxumaq, oxutmaq üçün Kitabıstan mağazasına dəvət edirik. Yerimiz balaca olduğu üçün açılış tədbiri olmayacaq. Amma sizi Kitabıstan mağazasında görməkdən şad olacağıq. Bu aylar ərzində bilməyinizi istəyirik ki, çox çalışmışıq və çalışmalarımız hələ tam yekunlaşmayıb. Amma olsun, biz də Kitabıstan mağazası işləyə-işləyə çalışmalarımızı yekunlaşdıracağıq. Bilməyinizi istəyirik ki, söz verdiyimiz kimi: -

Bakıda yeni kitab mağazası açılıb. Sonuncu məlum hadisədən sonra ( yəqin bildiniz ki, oxucuların yaratdığı kitab köşkünün dağıdılmasını nəzərdə tuturam) bu xəbər kitab sevər insanları təbii ki, sevindirməyə bilməz. Kitabıstan mağazası haqqında ədəbiyyat.az - a Kitabıstan nəşriyyatının direktoru Pünhani Əsgərli məlumat verib. Mağazanın açılması ilə bağlı facebook-da event yaradılıb. Həmin eventdə yazılmış müraciəti sizə təqdim edirik: 

Dünyada ilk dəfə oxucu əlverişli qiymətə kitab əldə etmək üçün kitab mağazası yaratdı. Bir neçə ay bundan əvvəl kitab qiymətlərinin ucuzlaşdıra bilməyimiz üçün öz oxucularımıza müraciət edib “Kitabıstan mağazası açaq” ianə kampaniyasına başlamışdıq. Odur ki, gözlənilən gün gəldi. Sabah, yəni 21 oktbyabrdan etibarən Kitabıstan mağazası açılır. Bu münasibətlə sizi gün ərzində əlverişli qiymətə kitab ala bilmək, oxumaq, oxutmaq üçün Kitabıstan mağazasına dəvət edirik. Yerimiz balaca olduğu üçün açılış tədbiri olmayacaq. Amma sizi Kitabıstan mağazasında görməkdən şad olacağıq.
Bu aylar ərzində bilməyinizi istəyirik ki, çox çalışmışıq və çalışmalarımız hələ tam yekunlaşmayıb. Amma olsun, biz də Kitabıstan mağazası işləyə-işləyə çalışmalarımızı yekunlaşdıracağıq. Bilməyinizi istəyirik ki, söz verdiyimiz kimi:  
- Bütün nəşrlərimizin qiymətini aşağı salmışıq. 
- Kitabıstan mağazasında satılacaq digər bütün kitabların qiyməti də sizin cibinizə zərər vurmayacaq qiymətdə olacaq. 
- Gənc yazıçıların kitablarını satmaq üçün faiz almayacağıq.

Dəvət edirik, gəlin və görün. "Kitabıstan mağazası açaq" kampaniyasına mənəvi, maddi, yazıları ilə dəstək olan hər bir Kitabıstan vətəndaşına təşəkkür edirik. Mağazaya gələndə şəkil çəkdirməyi unutmayın. :)

"Event"-i paylaşın, dostlarınıza xəbər salın ki, hamı Kitabıstan mağazasını tanısın. Çünki, Kitabıstan mağazası oxumaq istəyimizin rəmzidir.

Ünvan: 28 may metrostansiyasının yaxınlığı (Heydər Əliyev adına Respublika sarayının arxasındakı keçid). Əlaqə: 070 537 21 84




Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)