Edebiyyat.az » Ədəbi tənqid » Elçin Alıoğlu - Taclı virus haqqında həqiqətlər.

Elçin Alıoğlu - Taclı virus haqqında həqiqətlər.

Elçin Alıoğlu - Taclı virus haqqında həqiqətlər.
Ədəbi tənqid
nemət
Müəllif:
19:52, 23 mart 2020
1 792
0
Elçin Alıoğlu - Taclı virus haqqında həqiqətlər.







Günlərdir ki, bu yazını yazıb-yazmamağı düşünürdüm.
Bir tərəfdən "Gördünüzmü?" sədalarının səslənəcəyinə əmin olduğum üçün komplo nəzəriyyəsinin tərəfdarlarına yeni kart-blanş vermək istəmirdim, digər tərəfdənsə gerçək və həqiqət deyilənlər anlamlar var.
İndi yazıram.
COVİD-19 koronavirusu barədə hamınız artıq az, ya çox məlumatlısınız.
Bu pandemik virusun Çinin Uhan vilayətində yarasaların ətinin yeyilməsindən yarandığı da vurğulanır.
Belədirmi?
Yox. Əfsuslar olsun ki, yox.
ABŞ bioloqları hələ 5 il əvvəl yarasalarla laboratoriyalarda eksperimentlər apararaq insan həyatı üçün ölümcül virusu süni şəkildə yaratmışdılar.
Onlar Çində yaşayan yarasalarda aşkarlanmış koronavirusunun hibridini yaratmaq istəyirdilər.
Bu məqsədlə SHCO14 adlı səth zülalı yarasaların ağciyərindən götürülmüş ağır kəskin respirator sindromu (Severe acute respiratory syndrome-related coronavirus, SARS-CoV) virusu ilə üzvi sintez olunur.
Nəticədə çox təhlükəli mutant virus alınır.
Aparılmış testlər göstərirdi ki, bu virus insan vücudunun hüceyrələrində çox böyük sürətlə və aktiv inkişaf edir.
Amerikalı bioloqlar bəyan etmişdilər: "Yeni əldə olunmuş virus ölümcül təhlükəlidir. Hesab edirik ki, bu minvalla bəşəriyyəti xəbərdar etdik.
Yeni ximera virus yarasalarda sürətlə irnkişaf etdi. Biz onu insanlardakı ölümcül xəstəliklərin formasına adaptasiya etdik.
Yeni, ximera virus insanın tənəffüs yollarındakı hüceyrələrə yoluxur. Bu isə göstərir ki, SHC014 səth zülalı həmin hüceyrələrdəki ən önəmli reseptorlarla əlaqə yaratmaq və onu yoluxdurmaq üçün zəruri struktura malikdir".
Açıqlamanın orijinalından iqtibas: "The researchers created a chimaeric virus, made up of a surface protein of SHC014 and the backbone of a SARS virus that had been adapted to grow in mice and to mimic human disease. The chimaera infected human airway cells - proving that the surface protein of SHC014 has the necessary structure to bind to a key receptor on the cells and to infect them".
Bu açıqlamadan sonra Birləşmiş Ştatların bioloqları, epidemioloqları və virusoloqları arasında mübahisələr başlanmışdı.
Maraqlıdır ki, kimsə bu virusun laboratoriya ştamlarının dərhal məhv edilməsini tələb etmirdi: hamı virusun laboratoriyadan sıza bilmə ehtimalını müzakirə edirdi.
Digər "maraqlı" bir faktı da yazım.
Hələ 6 il əvvəl, 2014-cü ildə ABŞ-da SARS və Yaxın Şərq respirator sindromu (Middle East respiratory syndrome, MERS) kimi çox təhlükəli viruslarla bağlı tədqiqatların hər hansı formada maliyyləşdirilməsi yasaqlanmışdı.
"Moratorium" adlanan yasağa rəğmən, laboratoriyada yeni, ölümcül virus hazırlanmışdı.
"Doğrudur, moratorium vardı. Amma qanun pozulmamışdı, çünki sadəcə, virus ştammının molekulyar modelləşdirilməsi ilə bağlı tədqiqatlar aparılmışdı", - həmin "tədqiqat"ların iştirakçılarından biri, ABŞ-ın Çapel-Hill şəhərindəki Şimali Karolina Universitetinin əməkdaşı, yoluxucu xəstəliklər üzrə tədqiqatçı (infectious-disease researcher at the University of North Carolina at Chapel Hill) Ralf Barik deyib.
Və üçüncü "maraqlı" məqam.
Bəhs etdiyim "tədqiqat"ın nəticələri ilə bağlı nüfuzlu "Nature" jurnalında, 2015-ci ilin noyabrın 12-də geniş məqalə dərc olunmuşdu.
Həmin məqalə beş gün əvvəl olduqca ciddi redaktəyə məruz qalıb, "xoşagəlməz məqam"ların hamısı silinib.
Fotolarda laboratoriyada süni alınmış "yeni, ximera" virus əks olunub. COVİD-19 virusunun "əkiz"idir sanki...


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)