Nemət Mətin - Müharibə haqqında bəzi məsələlər.
Sülh iki müharibənin arasındakı fasilədir. Müharibəsiz insan mövcud ola bilməz. İlk insanın ayağı yerə toxunandan savaş başlamışdır. Torpaqsız insan heç kimdir. Torpaq uğrunda mübarizə aparmayan varlıq məhvə məhkumdur və ilk öncə asanlıqla idarə olunur. Əlinə silah almazdan öncə insan torpağını sevməlidir. Əks halda silahı ona güc verməyəcək. Silah sadəcə vasitədir. Güc ağıldan və ürəkdən gəlir. Gücsüz insan torpağın bir qarışına belə sahib ola bilmir. Təbiətdə heyvanları izlədikdə bunun şahidi oluruq. Vəhşi aslan, ac bəbir zəif otyeyənləri birinci yaxalayır.
Başqa torpaqlar uğrunda döyüşmək hörmət naminə ola bilər. Lakin gələcəkdə bunun qədrini bilən olmayacaq. Sovetlərə hücum edən almanlar yaxşı bilirdilər ki, qarşıda təkcə ruslar döyüşmür. Ölkəmizdən nə qədər əsgər ön cəhbədə şəhid olmuşdur. Üstəlik ölkənin nefti sola, sağa xərclənmişdir. Bu gün isə həmin ruslar bizə öz torpaqlarımıza sahib çıxmağa imkan vermir.
Nankor qonşularımızla müharibə qaçınılmazdır. Xalqın yaddaşı silinmir. Necəsə nəsildən nəsilə ötürülür. Onların törəddikləri vəhşiliklər, oğraşlıqlar, şərəfsizliklər cavabsız qalmayacaq. Bir gün daxilimizdəki nifrət o qədər çoxalacaq ki, ağına-bozuna baxmadan hücuma keçəcəyik. İnsan yetəri qədər nifrət etmədikcə sakit olur. İki nəfər arasında iki saatlıq söhbətdə bölünmüş, parçalanmış, talanmış torpaqlar haqqında beş dəqiqə olsa belə söhbət düşmürsə deməli, hələ nifrət o qədər də oyanmamışdır. Bir gün dağ vulkan püsgürəcək.
O gün gələcək. Mütləq gəəcək. Beş barmağım kimi əminəm buna. Şəhidin bacısı əlini torpağa vuraraq “sənə layiq igidlər böyüdəcəyəm” deyəndə bunu anlamaq olardı. Gözündə, ürəyində, ağlında qorxu olmayan minlərlə şəhidlərimizin qanı yerdə qalmayacaq. Erməniləri allah o gündən qorumasın...
Milli qəhrəmanların həyatına fikir verəndə nə görürük? Qorxmazlıq, dönməzlik, bir sözlə xarakter. Biri tək ermənilərin üstünə gedir. O biri ermənini əsir götürür. Erməni deyir: Sənin adın gələndə hamı qaçırdı. Digəri ölə biləcəyini elə rahatlıqla deyir ki, sanki çörəyin üstünə yağ çəkir.. Bizdən bir kəşfiyyatçı yaralanıb huşu özündən gedəndən sonra əsir düşür. Səkkiz nəfərdən yeddisi isə özünü qumbara ilə partladır. Əsir düşənin yanına qoca erməni palkovniki gəlib soruşur:
-Bax, səndən heç nə istəmirəm. Niyə gəlmişdiniz, hara gəlmişdiniz. Sənə sadəcə bir sualım var. Sizə nə təlimi keçirlər ki, özünüzü ölümə belə rahat verirsiniz? Ölərkən bir neçə düşmən əsgəri də öldürürsünüz.
O erməni palkovniki anlamırdı ki, vətənini sevən canından belə keçməyə hazır olur...
Bir milli qəhrəmanımızın həyatı ilə maraqlanırdım. Son dəfə döyüşə getməmişdən, şəhidlik zirvəsinə ucalmamışdan öncə evdə qarmonda ifa edir. Qəflətən dayanır. Bacısı soruşur:
-Niyə qəmləndin?
-Birdən təsəvvür etdim ki, bir də heç vaxt musiqi səsini eşitməyəcəyəm.
Bəli, adam hər şeydən məhrum olur. Şəhidlik ali məqamdır. Buna hər kəs razı olmur.
Döyüşçülər hər dəfə hücuma keçməmişdən öncə vəsiyyət məktubunu yazırlar. Geri dönənlər məktubarını cırıb zibil qutusuna atır və geri dönməyənlərin məktubunu ailəsinə çatdırır. Yəni, əsgər rütbəsindən asılı olmayaraq ölümü göz önünə alırsa, deməli vətənini sevir.
Bir ömür özünə yer tapa bilməyən insanlar müharibədən uzaq adamlardır. Onlar mənasız həyatlarına rəng qatmaq üçün müxtəlif üsullar axtarırlar. İnsanın isə xəmiri savaşla yoğrulub. Hətta heyvanlara baxanda da bunu görürük. Heç bir dişi heyvan zəif erkəkdən mayalanmaq istəmir. Güclü qalib gəlir və nəsil artımı bu zaman baş verir.
Vətəni qorumağa hazır olan igidləri dünyaya gətirən analar necə də uzaqgörəndirlər. Onlar vətənin dar günündə qorxulu yuxuya çevrilə bilən oğullara süd ilə, enerji ilə, düşüncə ilə nəsə vacib bir şey ötürürlər. Bir milli qəhrəmanımızın oğlu döyüş zamanı şəhid olur. O şəhidin soyuq bədəninə baxaraq deyir:
“Burada şəhid olan hər bir kəs mənim oğlumdur. Aparın məscidə yuyun. Vaxtım olsa dəfninə gələrəm.”
Hələ əsgərlərini qorumaq üçün açıq qumbara ilə düşmənin üstünə atılan komandiri demirəm. Təbiət bu xalqa hər şey verib. Təkcə qonşularımız zay çıxdı.
İçimizdəki xainləri isə Stalin, Hitler etdiyi kimi güllələmək, asmaq, bir sözlə onlardan təmizlənmək lazımdır.
Tolstoy müharibəni pisləsə də, “Hacı Murad” əsərində rusların kişi kimi mübarizə aparmadığını göstərmişdir. Müstəqil Çeçenistanın ilk liderlərindən olan Dudayev çıxışı zamanı bunu qeyd etmişdir. Bu əsərə görə Tolstoyun başı çox ağrıyıb.
Müharibə incəsənətdir. İncə məqamlarla dolu olan döyüş meydanında sanki rəssam fırçasıyla dəhşətin rəsmini çəkir. Ən böyük ideyalar müharibədən doğur. Təkcə ikinci dünya müharibəsindən sonra xeyli film çəkilib, xeyli rəsm əsəri ərsəyə gəlib, xeyli musiqi yaranıb...
BTR-in üstünə altmış güllə ilə yollanmaq dövrü arxada qaldı. Artıq yüksək texniki göstəriciləri olan zirehli silahlarla mübarizə dövrüdür. Bu baxımdan da düşməni dəfələrlə üstələyirik. Erməni öz uşağına nə qədər vətən sevgisi aşılasa da kökü olmayan ağac quruduğu kimi onların da vətənə olan məhəbbəti quruyur. Çünki tarixdə izləri yoxdur. Keçmişdən bəri yurdları olmayan basqınçılar, soyğunçular təmizlik haqqında düşünməmişlər.
Otto Fon Bismark deyirdi ki, böyük məsələlər qətnamə və danışıqlarla deyil, dəmir və qanla həll edilir! Müharibə böyükdür. Müharibə gücdür. Bir filmdə deyildiyi kimi, güllə - hakimiyyəti seçkilərdən daha tez dəyişir. Müharibədə iştirak edən əksər yazıçılar əsərlərində həyatı, insan düşüncələrini daha dərindən göstərirlər. Ən azından qanunların susduğu müharibədə insanın psixologiyasını yaxından öyrənə bilirlər.
Demokrat prezident Ə.Elçibəyin dediyi yerinə düşər:
“Quran oxumaqla donuz darıdan çıxmaz. Zopanı götürüb, qovub çıxararlar. Qarabağı ancaq silahla azad edəcəyik.”
Həmvətənlərim, döyüşə bilən və bilməyən qardaşlar, bacılar, yaşlılar və gənclər, yazıçılar, idmançılar, jurnalistlər, kasıblar və varlılar, qürbətdə yaşayan həmyerlilər biz bir olmalıyıq! Dünyanın harasında olursan ol, ürəyin Azərbaycanla döyünsün! Ona xəyanət etmə! Sənə çörək verən, qan verən, güc verən torpağına sahib çıx!