Edebiyyat.az » Ədəbi tənqid » Elşən Məmmədli - Cəsur yeni dünya

Elşən Məmmədli - Cəsur yeni dünya

Elşən Məmmədli - Cəsur yeni dünya
Ədəbi tənqid
admin
Müəllif:
19:12, 30 mart 2021
2 170
0
Elşən Məmmədli - Cəsur yeni dünya


 

 


 Karantin rejimi bir çoxlarını internet səyyahına çevirməyi bacardı. Məndə bu dayanmadan axan çaya seyr etmək üçün yeniliklərə daldım ki, bəlkə virtual cəmiyətimizdə yenilənmiş mövzularla tanış olum.

Səyahətimnən bəzi nəticələr əldə etdim və bunu sizinlə paylaşmaq istədim. Özlərini "ziyalı" kimi göstərməyə çalışan 3 tip insan aşkar etdim: 1-ci tipə şərti olaraq "Bazarov" adını verəcəm. Bu tip neomuxalif düşünməsini camaata sırımağa calışan, hər yerdə qışqıra-qışqıra "inkar" funksiyasını işə salan saxta nihilistlərdir. Qabağına ağ qatıq qoysan, onun qara olduğunu sübüt etməyə çalışacaq, razılaşıb "qara" desən fikrini "ağ"a dəyişəcək. Bu tip neomuxalif düşüncələrə "inkar et" əmri verilmişdir ki, oda sağa-sola bu inkar funksiyasınnan istifadə etməyə çalışır. 10 il öncə də bu tip insanlar eyni yolla, eyni ifadələrlə və eyni "hayasızlıq"la özünə fikir cəlb edirdilər. Ona görə bunlarda yeni ideya tapa bilməyəcəyimi anlayıb, səyahətimə davam etdim. 

Gördüyüm ikinçi tip insan "Avropa Şurası məmurları"dır. Bu tip haqqında çox yazmışam, çünki ən çox da elə bunlarla qarşılaşmışam. Bu tip insanlar, özlərini proqressiv göstərməyə çalışaraq, öz çalışdıqları sahələrdə hər kəsdən üstün olduqlarını düşünürlər. SMM anlayışları olduğundan, SMM ilə bağlı təkliflərinə "dahi" adını qoyurlar və yeni ideya gətirdiklərinə əmindirlər. Hər biri də, təyin olunan kimi bloger axtarışına çıxırlar ki, məhsulu kütləyə çatdırsınlar. Belə tiplərin təhlükəli tərəfi ondadır ki, bu gənclər millətinə sevgi ilə yox, yuxarıdan aşağı baxırlar. Bunların düşüncə keyfiyyətləri o qədər küt gəldi ki mənə, problemimizi təhsildə axtarmağa başladım və girdim təhsil nazirinin facebook səhifəsinə. Nazir son gördüyüm statusunda, 98% ənənəvi təhsilin bərpasından yazıb. Amma ki elə şəxsən özüm bir ay içində, xəbərlərdə 20-dən çox orta təhsil muəssisəsinin bağlandığını (distans təhsilə keçdiyini) oxumuşdum. Hələ ənənəvi göstərilən müəssisələrdə sinif otaqlarının boşluğundan danışmıram. Anladım ki, nazirin də yaxşı SMM komandası olsa da, bir o qədər məktəblərindən xəbəri yoxdur. 

Amma təəsüf ki bu tip insanların da fikri yeni deyil. Bunları da illərdi görürük və bir ideya ilə ortaya çıxa bildiklərinin şahidi ola bilməmişik.  

Üçüncü tip insan ən təhlükəlisidir. Onlara “Don Kixot” adını uyğun gördüm. Bu nadir tapıntılar, qatığın qaymağı kimidir. Biraz yağlı olduqları üçün, özlərini qaymaq bilillər amma anlamırlar ki, altlarında 3 kilo qatıq var. Onlar daima ip üzərində gəzməyi sevirlər. Mövqeni elə bildirməyə çalışırlar ki, nə şişi yandırsınlar nə də kababı. Amma biraz dərinə gedəndə, anlayırsan ki “kömür və ət”in tədarükçüsü digərləri ilə eynidir. Bu tip insanlar yenilikçilərə bənzəsələr də, bir müddət onları izləyəndən sonra bütün yeni fikirlərin, əslində boyalanmış, oboylanmış köhnə düşüncələr olduğunu anlayırsan və yenə də istədiyinə nail ola bilmirsən. 

Məsələ burda kimisə tənqid etməkdə deyil. Mən ümumiyyətlə tənqidin əleyhinəyəm. Bir məsələyə onlarca baxışın olmasını qəbul edirəm, amma fərqli baxış kimi göstərilən münasibətlərin əslində eyni fikiri ifadə etməsindən danışıram. Tək istədiyim bu düşüncə okeanında içməyə duzsuz bir qurtum su tapmaqdı. Amma nə fayda, nə qədər “gəzsəm” də yenə 10 il əvvəl gördüklərim mənzərə ilə qarşılaşıram. Yeni formada, qabları yenidir, bəzək fərqlidir, amma dadı həmin o daddır. 

Dərd orasındadır ki, onları da qınamak mümkün deyil. Bu cəsur yeni dünyadır. Ya sən bu dünya ilə ayaqlaşırsan, ya da ki ... ayaqlaşırsan. Oldos Haksli öz kitabında belə bir ideya əks etmişdir: o düşünürdü ki, gələcəkdə insanlar o qədər monoton düşüncəyə sahib olacaqlar ki, informasiya azadlığı insanın informasiya tələbatını öldürəcək. Çünki eynən mənim kimi, insanlar axtarışa çıxdıqda, o qədər məlumat əldə edəcəklər ki, heç biri digərindən fərqlənmədiyi üçün, informasiyaya marağı itəcək. 

Yaxşı, yenə də Elşənlik edib, gördüyüm problemi dedim, indi isə yenə Elşənlik edib, həllini tapmağa çalışacam. Yazar olduğum üçün, həllinin açarını ədəbiyyatda göstərəcəm. Əgər sən 18 yaşında yazıçısansa, və sən məktəbdə keçdiyin ədəbiyyatdan kənar ədəbiyyatla tanış deyilsənsə, onda ağlına gələn ideyanı unikal hesab edəcəksən. Sən hətta onun barəsində internetdə belə yazmağa qorxacaqsan ki, ideyavı kimsə götürə bilər. Amma sakit ol, sənin ideyanı artıq 20-ci əsirdə ən azı 10 nəfər yazıb. Açar daha çox kitab oxumaqdadır. Yalnız klassik hesab edilən məktəb proqramını deyil, əlinə keçən hər kitabı oxumaqdadır. Çünki tanış olduğun hər məlumat, sənin qabındakı yeməyə əlavə edilən təamlardı. Bu təamları topladıqda sən hər kəsin belə bildiyi yeməyə öz dadını qatmaqla, əsil gözəlliyi göstərə bilərsən. 

Hər bir halda, mən və mənim kimi insanlar “cəsur yeni dünya”ya yeni açıq düşüncə ilə getmək istəyirik, məhs buna görə də, sönməyinə baxmayaraq, hələ də ədəbiyyatı qorumağa çalışırıq. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)