Edebiyyat.az » Ədəbi tənqid » Sartre və Camus-un dostluğu niyə pozuldu? - ŞvartsMan (tərcümə)

Sartre və Camus-un dostluğu niyə pozuldu? - ŞvartsMan (tərcümə)

Sartre və Camus-un dostluğu niyə pozuldu? - ŞvartsMan (tərcümə)
Ədəbi tənqid
nemət
Müəllif:
13:46, 16 iyun 2019
1 728
0
Sartre və Camus-un dostluğu niyə pozuldu? - ŞvartsMan (tərcümə)



Ən önəmsiz və gözəçarpan uyuşmazlıqlar dostlar arasında olanlardır. Fəlsəfə tarixində ekzistensializmin iki əjdahası Albert Camus və Jean Paul-Sartre arasındakı  mübahisə kimi mübahisə olmayıb. 

Camus əlcəzayirli kasıb ailədən gəlirdisə, Sartre arxa planda bir fransız burjua idi. Hər ikisi 2-ci dünya müharibəsində Fransız Müqavimətinin tərəfində oldular, kommunist düşüncəyə yaxın idilər və siqaretin son dərəcə stimullaşdırıcı olduğunu düşünürdülər. Birlikdə arvadbazlıq edirdilər və bir -birlərini çox istəyirdilər. Davadan  əvvəlki zərbə Sartre-ın sevgilisi Simone de Beauvoir Albert Camusa birlikdə olmağı təklif etməyi ilə  gəldi, lakin Sartre -ın xoşuna gəlməyən Simone de Beauvoir-ın bunu təklif etməsi yox, Camus-un bu təklifi rədd etməsi idi. Hər ikisi də özləri bu terimini sevməsələr də ekzistensialist idilər. "Mən olduğum şey deyiləm" dedi Sartre, Camus da " Özümə yadam" deyə söylədi. Özlüyündə absurd, allahsız bir dünyada necə məna yaradılacağı məsələsində narahat idilər. Haqlı olaraq içdən yaradılması lazım olduğunu iddia etdilər, çünki hamımız azad olmağa məhkumuq.


Ayrılığı alovlandıran son etap 1952 -ci ildə baş verdi. Bir ekzistensialist olan Sartre insanın radikal azadlığını əhəmiyyətli hesab edirdi. Sartre marksistdi və o vaxtlar Sovetlər İttifaqında və Şərqi Avropada insanları QULAQlarda həbs edən Stalin tərəfdarı idi. Camus Sartre ın Rusiyanın yanlış kommunizminə olan dəstəyini  başa düşmürdü. Camus ziddiyyəti göstərəndə Sartre "başına çırp" dedi. 


Yaxşı, bəs əsl məsələ nədir? Məsələ insan həyatının dəyəri haqqıında idi. İdeyalar uğrunda insanları fəda etmək doğrumudur? Yoxsa həyat elə dəyərlidir ki, bir ideal  adıyla öldürməyə haqq qazandırmaq olmazdımı? Başqa tərəfdən baxanda mübahisə pessimizm qarşısında optimizm ilə bağlı idi. Sartre insan təbiəti haqqında çox düşünməmişdir, "cəhənnəm-başqalarıdır"deyə yazmışdır. Camus un  isə bir az nikbin, humanist baxış bucağı vardı. Sartre fərdi insana daha az dəyər vermişdi, onun üçün kommunizmlə gələn öldürməyi qəbul etmək asan olmuşdu. Camus bunun dəlilik olduğunu deyirdi. Bu dostluqlarının sonu oldu. 


Bir neçə il sonra Camus Nobel mükafatını alanda Sartre la münasibətinin "fövqəladə" olduğunu, "çünki ən yaxşı münasibətlərin bir-birinizi görmədikləriniz "olduğunu söylədi.

Camus 1960- cı ildə bir maşın qəzasında öldü. Sartre 20 ildən sonra, öz ölümündən bir neçə il əvvəl öz keçmiş rəqibi haqqında haqqında fikirlərini bildirdi. O mənim " ola bilsin ən yaxşı dostumdu" dedi. 

Mənbə: AEON video


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)