Edebiyyat.az » Ədəbi tənqid » Könül Nuriyeva - Şeytanın üç rəngi

Könül Nuriyeva - Şeytanın üç rəngi

Könül Nuriyeva - Şeytanın üç rəngi
Ədəbi tənqid
nemət
Müəllif:
23:13, 04 avqust 2019
2 065
0
Könül Nuriyeva - Şeytanın üç rəngi

 



 Şeytan üçrəngi-eşq, evlilik, sədaqətsizlik. Biri digərinə aşiq olduğu zaman ona görmək istədiyi bütün  üstün xüsusiyyətləri əta edər. Bir müddət sonra isə görmək istədikləri   onda  olmasa belə, sevən insana  elə gəlir ki, heç vaxt başqası ilə əvəz edilə bilməz, həyatına anlam gətirmişdir, ruh əkizidir. Qısası biri digərinə aşiq olduğunda   gözəllikləri   görmək istədiyi üçün eşq bir görmə qüsurudur. Eşq bir görmə qüsurudursa, evlilik də onun müalicəsidir. Evləndiyində xəyal ediləni deyil, əlinizdə  olanı   görürsüz. Qısası  eşq xəyal edilənlə  əldə edilən arasında keçən zamandır. Eşqi vazkeçilməz edən nədir? İnsanın içində gizlədiyi  o dərin və  kimsəyə açmadığı  tərəflərini birinə həsr etmə istəyinin olmasıdır. Saysiz saxtalıqlarin yaşandığı dünyada dəqiq əmsalın keçici  zaman üçün olsa belə davam etməsidir . Tükənmə sindromu yaşanan  dünyamızda  baş döndərən duyğunun dadma və tükətmə istəyidir. Üç cür sevgi vardir;  birincisi, ”çünki“ sevgisidir. Səni sevirəm, çünki çox gözəlsən, çunki fərqlisən, çünki sənə ehtiyacim var. İkincisi, “ əgər “sevgisidir ,səni sevirəm əgər səndə məni sevərsən, əgər indiki kimi qalarsan kimi deyimlərlə başlayar .  Bu iki halda bir insan kim və nələrə sahib olduğu ücün sevilir. Üçüncüsü isə  insan kim və nəçi oldugu ücün deyil ,kim olduğuna baxmayaraq sevilir.  Ən gözəl nümünəsi Paris Notre-Dame kilsəsi əsərindəki Esmiralda ilə qozbelin sevgisidir,  yaxud əsilzadə cavanın  qaraçı qizina eşqidir. Bu sonuncu isə bütün ürəklərin susadıgi sevgi növüdür. Onu  azlığı səbəbindən  dunyada ən böyuk qıtlıq olaraq tanımaq olar. 

Ən çox verilən suallardan biri budur eşq neçə il yaşayır. Biz eşq bıtdiyində  onun yerini tutacaq duyğunun ən azı onun qədər doyurucu olduğunu bilsəydik, bu sual bu qədər önəmli oludumu?

Təbii ki, hər eşq sevgiyə  çevrilməz. Əgər bu olarsa, sevgi eşqdən üstün bir yaşamdır. Çünki eşq sizin başınızı hərlədir, gicəlləndirir, sevgi isə dünyanı dəyişdirir.Eşq ehtiyac, sevgi sənətdir.Eşq coşqun bir duyğu halında yaşanırkən, sevgi fərqində olmaq və dərinlikdir.İki insan aşiq olduğunda qəlblər atəş üstündədir,sonunda külə dönür. Küllənən atəş yaxıcı atəşdən daha comərddir.Bəlkə də sizi yandırmadan isidə bildiyi üçün.

Siz  evliliyinin əllinci il dönümünü yaşayan cütlük gördünüzmü?

Evlilik haqqında əks fikirlərimin olduğu dövrdə, evlilik tədbirinə getdim. Cütlük əylənir, hərəsi öz dostları ilə söhbətləşirdilər. Bir-birinin yanından keçəndə əllərini toxundurur ,gülümsəyirdilər. Xoşbəxtliyin səbəbini qadından soruşanda mənə bunun sirrinin  beş  kişi ilə evlənməsində olduğunu dedi.

-Uzun bərabərliyiniz var, necə belə coşqulu ola bilir?

-Evləndiyim beş kişi eyni soyadını daşıyır. İlk evləndiyim adam yaraşıqlı, özündən əmin ,şən xarakterli idi.Onu hər kəs sevərdi.İkinci adam isə işgüzar,daima çalışır, mənə vaxt ayırmırdı,onu sevmək çox çətin idi.Sonra orta yaş böhranı gəldi, sanki son qatar gedir, məndə onunla uzaqlaşmalıyam bu adamdan. Amma yenə sevdim və  bu dövrü keçirə bildim. Sonra o biri adam gəldi ,təqaüdçü ,deyingən bir kişi.İndi qarşidan gələn bu adam beşincidir.Dəyişkənlik qaçınılmazdır,əsas qəbul edərək ,olduğu kimi sevməkdir.

                Evlilik biz ola bilmək olduğu halda , boşanmalar yüzün əlliyə nisbətindədir. Bu iflas edici rəqəmdir.İki evlilikdən biri boşanır, siz yatırımı aşagı olan bir iş birliyinə, ailəyə necə belə bağlı olduğunuzu heç düşündünüzmü?

Sanki  nəzarət sənin əlindədir, maşını sən sürürsən, unudursan ki ailə maşının iki sürücüsü var, ikisi eyni anda qaza basmaq yaxud sürətli getmək istəmir.Həmdə evlilikdən əvvəl daimi mukafatların olduğu münasibətlər, evlilik  zamanı əvəzetmələrlə dəyişdirilir, qaydalar, madiyyat, uşaq problemləri.

Kişi boşanırsa ölüm riski artmış olur, qadın isə xoşbəxt olmayan evlilikdə depressiya və ölüm riskinə girir. Ölüm, depressiya, intihar səbəblərinin çox faizi evliliklə bağlı olduğu halda, evlənmək arzusu niyə belə qabarıqdı?

Bu faciələrə baxmayaraq evlilik dünyanın ən böyük könüllü təşkilatıdır, birliyidir, dindən sonra.

Hər kəs evliliyə böyük səbətlə addımlayır, içində qaydalar olan səbət zaman keçdikcə zəncir olub cütlüyün ayaqlarına, boynuna dolanır,boğur,nəfəsalmağa əngəl olur, addımlamağa mane olur.Gerçəklər nə sualina cavab verir, şübhələr, danlaqlar isə nədən sualına cavab axtarır.Və məzzəmət, töhmət  cütlüyün bir-birinə vaxtiylə dediyi  sevgi kəlmələrini əvəz edir.

-Bütün işlərin yolunda getməməsini anladım,səbəbi mən çox sevən qadınlardanam.

-Mən özünü incidən qadınlardanam.

-Mənim ərim qadınlardan nifret edir.

Bu fikirlərə səbəb qadınların o mövzuda oxuduğu kitablar olmuş,orda özlərini görmələri idi, münaqişə səbəbi kimi onu önə çəkirdilər. Amma həm xoşbəxt ,həmdə xoşbəxt olmayan evliliklərdə oxşar dərdlər olur, fərq cütlükdən birinin kar ,o birinin lal olmasıdır. Çətinlik çıxanda onun mənbəyinin adam deyil,münasibət olmasını dərk etməkdir. Bir-birini deyil,məsələni birlikdə dartışmaqdır.

Sədaqətsizlik  və   aldatma fəqrli davranışlardı. Sədaqətin içində aid olma,bağlanma var. Sədaqətsizlik bir seçimdir, yalan isə qaçınılmaz hala gələn konkret hərəkətdir. Acıdan  anlam çıxara bilmək çox dəyərlidir. Niyə sənə sədaqətsizlik etdi sevdiyin, yoldaşın?

Bizdə buna cavab axtaran yoxdu, mühakimə, ittiham, zor tətbiq etmə inkişaf edib.

İlk dəfə səaqətsizliyi hiss etdiyində özündə nələri dəyişdin?

Boksçu ilk zərbədən sonra ehtiyat tədbirləri görməsə, nokdauna düşərsə, səbəbkar özüdür.

Qəbul etmə və bağışlamaq  axrıncı hissədir. İnsanların həyatına anlamlı şeylər  etiraz edərkən gəlməz. Hadisəni istədiyimiz kimi deyil, olduğu kimi görməkdi bağişlamaq. Bağişlamaq səs vermək deyil,görməzdən gəlmək deyil, boyun əymək deyil.Bu zaman alan bir qərardı, sürətli əhv edərsənsə, bu gerçək bağışlamaq deyil.

Bagışlayarsansa, acın keçərmi?

Bağışlamaq keçmişi deyil, gələcəyinizi seçməkdir. İstilii biz, üşüməyin nə olduğunu bildiyimiz üçün seçərik. Xoşbəxt olmamaq, gələcəkdə olan xoşbəxtliyin işıq ucudur.

Sevgi, birlikdə olmaq, ayrılma səbəblərinin sizin əlinizdə olması, içinizə ötürdüklərinizin bir anda qırıb atılmaması zaman–zaman çətin periodlardan mütləq keçməlidir. Mənin biz olması, yaxud bizdə mənlərin qorunub saxlanması kimi.






Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)