Edebiyyat.az » Poeziya » Günel Mehri - Qadın

Günel Mehri - Qadın

Günel Mehri - Qadın
Poeziya
admin
Müəllif:
11:04, 09 mart 2021
1 545
0
Günel Mehri - Qadın





Onu tanıdığından əminsən?
Gəl sənə ondan danışım.
Daim yanında olsa da, fitrətini heç cür kəşf edə bilmədiyindən...
Yəqin fikir vermisən:
Çox vaxt hisslərini içində yaşayar. 
Bəlkə ilk baxışdan gücü sezilməz. Amma... 
Ən çətin məqamlarda əzmli durmağı bacarar...
Bəzən günlərlə ayaqda, bəzən sübhədək yuxusuz...
İşığıyla ən qaranlıq qəlbləri də isidər, yıxılanda dayaq olar,
Bütün yoxluqları saçının ağında, alnının qırışlarında, bir də təbəssümündə gizlədər... 
Həyat bəxş edən də odur, həyat bölüşən də odur.
Bir almanın sehrinə dalıb cənnətdən uzaq düşən də, 
Elə həmin cənnəti ayaqlarının altında gizləyən də o... 
Mərd, qürurlu, zərif varlıq...
O, anadır.
O, yardır.
O, övladdır.
Nəfəsi ilə yaralara məlhəmdir o, 
Gülüşü ilə bizi tilsimə salan, bir baxışa min sehr sığdırandır o...
O, həyat eşqinin qaynağı, o, sevginin özüdür.
Çünki... çünki o, bir qadındır.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)