Günel Mehri - Günəşə gülümsəyəndə gözlərini qırpmayan...

Poeziya
Günel Mehri - Günəşə gülümsəyəndə gözlərini qırpmayan...
Bugün üçün təşəkkür,
var olmaya səbəb qadın!
amma böyüyə bilməmişəm,
yenə o başı bantlı qızam...
çərpələnglər uçuran,
rəngli şarları sevən,
Günəşə gülümsəyəndə gözlərini qırpmayan,
dənizlə qucaqlaşanda özünü xoşbəxt sayan,
sevinəndə rəqs edən,
qəmlənəndə nəğmə deyən,
dünyaya çəhrayi eynəyinin arxasından baxmağı seçən,
sevəndə kəpənək tək qanadlı,
qanadlananda hamıdan çox sevilən,
başı bantlı qız.
Sən də bilirsən...
hərdən böyrümdən deyə-gülə qaçan sarı-sarı balalara baxırsan, baxırsan
və deyirsən ki,
sən də elə bunlara taysan,
böyüməmisən heç, böyuməmisən...

Mövzuya uyğun linklər:
Vitezslav Nezval (Çexiya) (1900-1958) - Sentyabrda
GÜNEL ƏSKƏROVA - AZAD QARADƏRƏLİNİN ROMANLARINDA MAGİK - REALİZM
NİGAR HAQVERDİ - U. FOLKNERİN TRİLOGİYASINDA (ÜÇLEMESİNDE) ZAMAN VE İNSAN KONSEPSİYASININ BƏDİİ-ESTETİK KONTRASTDA İFADƏSİ
Nikolay Qumilyov (1886-1921) - AZMIŞ TRAMVAY
Ülviyyə Əbülfəzqızının şeirləri
Həmçinin oxuyun: