Edebiyyat.az » Poeziya » Tofiq Vəliyevdən iki şeir...

Tofiq Vəliyevdən iki şeir...

Tofiq Vəliyevdən iki şeir...
Poeziya
admin
Müəllif:
17:52, 28 oktyabr 2021
1 177
0
Tofiq Vəliyevdən iki şeir...




"Bu şəhərdə xoşbəxtlik yoxdur"

Səkilərin tənhalığı,
İnsanlara yansıyıb.
Bu şəhərdə xoşbəxtlik,
Yoxdur daha.
Tələsən insanlar,
Yalnız insanlar.
Sirenalarda qışqıran,
Tənha qadının səsi,
"Qatar yola düşür" ifadəsi.
Neçə ümid aparır qatar,
Neçə ümidsizi aparır qatar.
Bu şəhərdə xoşbəxt olmayanları,
Xoşbəxtliyəmi aparır qatar?



"Köhnə park"

Bir şey olmuş,
Köhnə parklara.
Ağacları solmuş,
Oturacaqları sökülmüş.
Artıq ziyarətçisi yoxdur,
Köhnə parkların.
Əvvələr görüş yeri idi,
Tənha qocaların,
Aşiq cavanların.
Elə biz də görüşmüşdük,
Bu köhnə parkda.
Necə həvəsliydik,
Üzümüz gülürdü onda.
O zamanlarda köhnə park,
Belə deyildi.
Ağacları yamyaşıl,
Oturacaqları səliqəliyidi.
Ayaq üstə gəzərdik biz,
Qocalar əyləşərdi oturacaqlarda.
Uşaqlar oyun oynardılar,
Bu başdan, o başa qaçardılar.
Bahar olanda quşların,
Səsi ilə şənlənərdi 
Köhnə park.
İndi dəyişib hər şey təmiz
Vaxt gələcək bu parklar kimi,
Köhnələcək xatirələrimiz.

Sənə çoxlu sevgi toplamışam,
Ruhsuzların evindən.
Bu divarlarda sevgi tökülür,
Otağın hər küncündən.
Məndə bu cansız divarlardan,
Yığmışam sevgilər sənə.
Baxma köhnə olduğuna,
Sevgiləri təzədir.
Yalnızlıqları yaşamaq,
Unutmağı ölməkdir.
Bu gündən məndə köçəcəm,
Ruhsuzların evinə.
Mənim də otağımdan,
Dağılacaq sevgi hər yerə.
Məndə yalnız yaşamağı seçəcəm,
Səni unudanda isə öləcəm.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)