Edebiyyat.az » Poeziya » Bənövşə Mahmudqızıdan üç şeir

Bənövşə Mahmudqızıdan üç şeir

Bənövşə Mahmudqızıdan üç şeir
Poeziya
admin
Müəllif:
11:24, 04 iyun 2024
905
0
Bənövşə Mahmudqızıdan üç şeir




Uşaqların müdafiəsi gününə valideynlərə 


Uşaqlarınızın sizə deyə bilmədikləri...


” Bilmədikləriniz “


Salam ata.

Salam ana.

Bilmirsiz…

Mən sizi çox sevirəm…

Sizin tək bilmədiyiniz,

Sizin tək görmədiyiniz

Sevgim deyil ki…

Boynum elə əyildi,

Belim elə büküldü ki…

Ruhumdakı

elə ağır yükdür ki…

Kaş soruşaydız,

Danlamaq əvəzinə

Dinləməyi sınayaydız,

Sonra qınayaydız…

Amma…

Anlamaq əvəzinə,

Danlamaq asandır.

Yoxsa yasaqdır???

” Nəyə ehtiyacın var,

Kömək lazımdır ? ”

Sualları…

Ərşə çatıb dualarım,

Bəyan olub arzularım.

Bircə siz bilmirsiniz,

Görmürsünüz.

Çünki istəmirsiniz…

Sevirsiniz…

Sizin övladınız

olduğum üçün.

Sevmirsiniz…

Məni mən üçün.

Bilmirsiz…

Sizi çox sevirəm…

Və…

Bilmədiyiniz

tək şey bu deyil!


***


" Ata "


Gözlərimdəki yağışlar

Ürəyimdəki sellərdən az olub.

Yaz olub, qış olub,

Mən həmişə səni eyni sevmişəm.

Kaş mənim belə atam olmasaydı deməmişəm.

Səni nə qədər üzmüşəmsə,

Məni o qədər bağışla.

Ata, məni sevdiyin qədər bağışla.

Məni bildiyin  qədər bağışla!

Bilirəm, normal deyiləm.

Olmaq da istəmirəm.

Maraqlı deyil başqaları.

Onların fikirləri, zəhərli sözləri.

Olurlar məğlub, elə özləri.

Olduğu kimi qəbul edilmək,

Sevilmək...

Ən böyük mükafatdır insan üçün.

Sevirsən, bilirəm.

Bir də olduğum kimi qəbul etsən,

Bir bilsən, bir bilsən...

Nə qədər xoşbəxt edərsən!

Ata! Məni sevdiyin qədər bağışla.

Ata! Məni bildiyin qədər bağışla.

Bağışla ki, azadlıq və sevgi qovuşsun.

Bağışla ki, bütün qızlar xoşbəxt olsun!


***

" Ey Eqoist Valideyn! "


Uşaqlar doğulur,

Seçmədən ana, ata.

Müqəddəs tutulur,

Başlara vurulur,

Körpəni yedirmək,

Körpəni geydirmək,

Yatızdırmaq da

Əsl ana, əsl atasan

demək deyil.

Qüsurlarını başa vurursan,

Xəstəliyə minnət qoyursan,

Axı sən "anasan", "atasan",

Özündə hər haqqı tapırsan.

Bəzən təklikdə,

Bəzən hər kəslə birgə

Tapdalayırsan, tapdalayırsan.

Unutma, övlad sənin əsərindir.

Unutma, deyil sənin əsirin!

Ey eqoist valideyn!

Səhvi özündə axtar,

Axtaran, əlbət tapar.

Ancaq inanmıram mən,

Sizin kimi axmaqlar

Özündə səhvlər görə.

Günahların içində,

Günahların içinə

Dartırsız övladları.

Ey eqoist valideyn!

Övlad sənin əsərin,

Deyil, sənin əsirin!!!



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)