Edebiyyat.az » Poeziya » Zülfüqar Rüfətoğludan şeir

Zülfüqar Rüfətoğludan şeir

Zülfüqar Rüfətoğludan şeir
Poeziya
admin
Müəllif:
19:58, 24 sentyabr 2024
387
0
Zülfüqar Rüfətoğludan şeir




Çıxdım siqaret almağa,

Qərib London gecəsinə

Bu qaranlıq lap oxşadı,

Şərifzadə küçəsinə


Qərib London gecəsində

“Şərifzadə küçəsində”...

Qəfil anam düşdü yada,

Qəfildən də xatırladım

Daha yoxdu bu dünyada.


Daha vətən qürbətləşib,

Daha qürbət vətənləşib,

Hansısa şəhəri sevmək

İnnən belə çətinləşib...


Nə Liverpul, nə də Kentdə

Nə Yasamal, Çəmbərkənddə,

Bu xaraba məmləkətdə,

Bu avara planetdə,

Daha anam yoxdu mənim...


Siqareti tüstülətdim,

Tanış qaranlıqda itdim...

29 avqust 2016, London


Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)